Vaksin vurduran tələbələrə təhsil haqqında güzəşt ediləcək? - AÇIQLAMA
Özbəkistanda vaksin vurduran tələbələrə təhsil haqqını ödəməkdə 10 faiz güzəşt ediləcəyi barədə qərar qəbul edilib. Bəs Azərbaycanda da tələbələrə endirim tətbiq olunma ehtimalı varmı?
Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov Sonxeber.az-a açıqlama verib.
O, başqa çıxış yolunun olmadığını qeyd edərək bunları əlavə edib:
"Təəssüflə bildirirəm ki, Azərbaycanda və dünyada vaksin və vaksinləşmə ilə bağlı ciddi problemlər var. Yayılan bəzi məlumatlar insanları qorxudur. Halbuki vaksinlərin sağlamlıq üçün nəzərdə tutulan yeganə vasitə olduğunu hər birimiz gözəl bilirik. Buna görə də müxtəlif ölkələrdə bu və ya digər həvəsləndirici, eyni zamanda cəlbedici qaydalar qoyulur.
18 yaşdan yuxarı tələbələr yalnız vaksin pasportu əldə etdikdən sonra təhsil müəssisələrində iştirak edə bilərlər. Bir sıra ölkələr bunu digər həvəsləndirici addımlarla həyata keçirir, güzəştlər edir. Azərbaycanda belə bir təcrübə tətbiq edilə bilməz. Çünki bizim ölkəmizdə ödənişsiz təhsil alan insanların sayı ümumi tələbələrin 50 faizinə bərabərdir və hər 2 tələbədən biri pulsuz oxuyur. Yerdə qalan hissə isə, təbii ki, dövlətin xüsusi diqqət və qayğısına ehtiyacı olan müəyyən sosial kateqoriyaya aiddir. Birmənalı şəkildə bir daha vurğulayım ki, Azərbaycanda bu halın tətbiqi mümkün deyil. Çünki bu, süni şirinlikləndirici vəddir və neqativ nəticələrə gətirib çıxara bilər və bir çox hallarda güzəşt əldə etmək üçün müəyyən məhdudiyyətlərə və ya əsassız tələblərə səbəb olacaq addımdır.
Məsələn, Türkiyədə vaksin vurdurmaq istəməyən şəxslər əvəzinə hər həftə PZR(PCR) testi verməlidirlər. Bu isə düzgün yanaşma deyil, əksinə, müəllim və tələbələrin saatlarla vaxt itirməsi ilə nəticələnə bilər.
Ona görə də, düşünürəm ki, konkret bir qərar qəbul edilməlidir. Ya vaksin olunmalısan, ya da vaksin olunmalısan. Bunun başqa variantı yoxdur.
Biz düzgün maarifləndirməliyik ki, süni şəkildə yoluxma sürəti artmasın. Doğru şəkildə maarifləndirmə aparsaq, hesab edirəm ki, hər hansı kampaniyanın təşkil edilməsi vaksinləşmə ilə bağlı təhsilin keyfiyyətinə təsir göstərməyəcək. İnsanlar nəyinsə qarşılığında yox, sağlamlıqlarını düşündükləri üçün bunu edəcəklər. Bu səbəbdən ən yaxşı üsul, təbii ki, maarifləndirmə və məhdudiyyətlərin tətbiq edilməsidir".
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 2421 Tarix: 10 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu qidaları yedikdən sonra yuxunuz gələ bilər
Bəzi qidalar qəbul edildikdən sonra insanda yorğunluq və yuxululuq yarada bilər. Bu, xüsusilə ağır və çox kalorili yeməklərdən sonra daha çox müşahidə olunur. xəbər verir ki, qida tərkibi və porsiyanın həcmi yeməkdən sonra yaranan yuxululuğa təsir edən əsas amillərdəndir. Karbohidratla zəngin qidala
14 sentyabrYatanda işığı açıq saxlamaq ürəyə ziyandır
Gecə yuxusu zamanı işığı açıq qoymaq ürəyin quruluşu və funksiyasında potensial zərərli dəyişikliklərə səbəb ola bilər. Axşam.az xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə saatlarında işığa məruz qalma ilə ürək-damar problemləri arasındakı əlaqə araşdırılıb
20 sentyabrYuxusuzluq insult riskini 26 faiz artıra bilər - Alimlərdən yeni araşdırma
Yuxu pozğunluğu ilə insult riski arasında əlaqə olduğu müəyyənləşib. Alimlərin apardığı araşdırmaya görə, yuxusuzluqdan əziyyət çəkən insanlarda insult ehtimalı daha yüksəkdir. xəbər verir ki, Bolonya Neyroloji Elmlər İnstitutunun mütəxəssisləri müxtəlif tədqiqatların nəticələrini təhlil ediblər. İnsultl
29 sentyabrDişlərinizi bir ayaq üstə təmizləyin - Yaşlanmaya qarşı maraqlı TÖVSİYƏ
Dişləri fırçalayarkən bir ayaq üstə dayanmaq qəribə görünsə də, bu sadə vərdiş yaşlılıq dövründə yıxılma və travma riskinin azalmasına kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, ortoped-cərrah Coselin Vittsteyn dişlərini hər gün bir ayaq üstə dayanaraq təmizlədiyini bildirib. Onun sözlərin
20 sentyabrKirpik qaynağı ilə bağlı araşdırma: 25 qadından 24-də gənə aşkarlanıb
Gözəllik məqsədilə geniş istifadə olunan kirpik uzatma proseduru ilə bağlı yeni araşdırma diqqətçəkən nəticələr ortaya qoyub. Alimlər uzun müddət və müntəzəm şəkildə kirpik uzatdıran şəxslərdə göz ətrafında parazitlərin və digər qalıqların toplanması riskinə diqqət çəkiblər. Qaynarinfo xəbər verir ki
16 sentyabrGözləriniz əsl yaşınızı göstərə bilər
Yeni araşdırma süni intellektlə aparılan göz müayinələrinin insanların bioloji yaşlanma sürətini və bəzi gizli sistem xəstəlikləri erkən mərhələdə müəyyən edə biləcəyini ortaya qoyub. xəbər verir ki, Cənubi Koreyanın Seul milli universitetinin alimləri gözün arxa hissəsində yerləşən tor qişanı (retinanı
30 sentyabrQlobal istiləşmə insanları sağlam dəridən məhrum edir
İqlim dəyişikliyi bütün dünyada insanların dərisinə ciddi zərər vurur və yeni xəstəlik dalğalarının yaranmasına səbəb olur. Qaynarinfo xəbər verir ki, beynəlxalq tədqiqatçılar qrupunun gəldiyi bu nəticələr Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa Dermatologiya və Venerologiya Akademiyasının (EADV
30 sentyabrXərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu
ABŞ-ın Moderna şirkətinin melanoma xəstələri üçün hazırladığı fərdi mRNT vaksininin klinik sınaqlarında ümidverici nəticələr əldə olunub. xarici mediaya istinadla xəbər verir ki, söhbət Moderna və Merck şirkətlərinin birgə hazırladığı eksperimental Intismeran vaksinindən gedir. Preparat yüksək riskl
13 sentyabr