"Heç bir intim əlaqədən söhbət gedə bilməz!" - Maşında sevgilisi ilə meyiti tapılan Könülün anası

"Heç bir intim əlaqədən söhbət gedə bilməz!" - Maşında sevgilisi ilə meyiti tapılan Könülün anasıBakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində, beş mərtəbəli binanın həyətindəki qarajda sevgilisi ilə birlikdə dünyasını dəyişən Könül Əhədovanın anası baş verən hadisənin təfərrüatları barədə a24.Az-a müsahibə verib.

Gülnarə Əhədova qızı haqqında yazılan xəbərlərin əsassız olduğunu, yayılan şayiələrin isə onu çox hiddətləndirdiyini bildirib.

– Gülnarə xanım, həmin günü necə xatırlayırsınız?

– Avqustun 28-də axşam saat 9-a işləmiş qızım dedi ki, Elvinlə görüşüb şəhərdə gəzəcəklər. Mən də icazə verdim. 12-yə işləmiş zəng etdim, dedi ki, yoldayam, gəlirəm. Sonra məni yuxu tutub, yatmışam. Oyananda gördüm ki, saat 2-yə işləyib. Durmadan Elvinə və Könülə zəng etdim. Onlarla əlaqə saxlamaq cəhdlərim boşa çıxdı. Qəfildən içimdə bir səs dedi ki, "onlar ölüblər".

Bacıma zəng etdim ki, bəs, Könüldən xəbər ala bilmirəm. Elvinlə bacımgil qonşudurlar. Bacım evə gedəndə görüb ki, həyətdə səs-küy var. Hər kəs "Elvin, Elvin!" ,-deyə qışqırır. Bacım soruşub ki, "maşında qız da olub?" deyiblər ki, oğlanla bərabər bir qız da boğulub.

Onun ölüm xəbərini alanda, dünya başıma fırlandı. Mən onu min bir əziyyətlə böyütmüşdüm. Onu tanıyanlar bilir ki, o, çox yaxşı qız olub. Könül ən gec 11-ə işləmiş, uzağı 12-yə işləmiş evdə olub. Evə gec gələn hər qız pis deyil ki. Qızımın rəfiqələri belə olmayıb. O, heç vaxt evə gec gəlmirdi. Yayda hamı axşam saatlarında şəhərə gəzməyə çıxır, həyətə hava almağa düşür. Elvin onu çox qoruyurdu. Hər yerə onunla gedirdi. Könül sevgisinin qurbanı olub.

– Qızınızın sevdiyi insan olduğunu necə öyrəndiniz?

– Hər bir qızın sevməyə haqqı var. Qızımın 16 yaşı olanda Elvinlə tanış olublar. Bilirdim ki, Könülün sevdiyi insan var. Qızımla bu barədə söhbət etdim. O, məni Elvinlə tanış elədi. Həmin vaxt mən oğlanın nişanlı olduğunu bilmirdim.

Qışda Elvin mənə nişanlı olduğunu söylədi. Məndən elçilik üçün möhlət istədi. Qızım yalnız son iki ildə Elvinin nişanlı olduğunu bilmişdi. Dəfələrlə Elvindən ayrılmaq da istəmişdi. Lakin o, qızımı ayrılmağa qoymurdu, əl çəkmirdi ondan.

Elvin anasının yaxın rəfiqəsinin qızı ilə nişanlanmışdı. O, Könülə deyirdi ki, nişanlımı sevmirəm, işlərimi yoluna qoyum, sizə elçi göndərəcəyəm. Mənə də deyirdi ki, sizin qızınızı sevirəm, onunla ailə quracam. Oğlanın toyu olacağını biz bilmirdik. Elvin 9 il nişanlı olub. Mənim qızımla isə 5 illik sevgi münasibətləri vardı. Bilmədiyimiz səbəblərdən dolayı onların toyu olmayıb. Bunu anlaya bilmirəm. Qızım Elvinin telefonunda nişanlısının şəkilini görəndə, hər şey ortaya çıxmışdı. Könül ondan ayrılmağa çalışdı. Elvin isə "o mənə aiddir", -deyib qızımdan ayrılmırdı. Könülə "səni heç kimə yar etməyəcəm", demişdi. Elvinin anası qızıma zəng etdi ki, "oğlumdan uzaq dur, nişanlısından soyuyur". Mən də onu çox danlamışdım ki, niyə nişanlı oğlanla danışırsan?. Deyirdi ki, "Elvin nişanlısını sevmir, məni sevir".

"Heç bir intim əlaqədən söhbət gedə bilməz!" - Maşında sevgilisi ilə meyiti tapılan Könülün anası– Deyilənlərə görə Könül salonda çalışırdı. Hətta hadisənin baş verdiyi avtomobil də Könülə məxsusdur. Bu barədə nə deyə bilərsiniz?

– Könül işləmirdi. Salonda dırnaqları qaynaq etməyi öyrənirdi. Yazırlar ki, salonda işləyənlər pozğun olur. Bu sözlər məni çox incidir. Könül hər zaman hara getsə, məndən icazə alırdı. Elvin onu özü aparıb, özü gətirirdi. Hadisə baş verən maşın mənim qızımın deyil. Yalan xəbərlər yazırlar. Maşın Elvinindir. Heç bir intim əlaqədən söhbət belə gedə bilməz. Bununla bağlı ekspertizanın rəyi də var.
Elvin maşından düşüb, sürünərək xilas olmağa çalışıb. Lakin huşunu itirib. Könül isə maşının arxa oturacağında dünyasını dəyişib. Deyirlər ki, guya mən qızımdan imtina etmişam. Elə bir şey olmayıb. Guya mənim qızımı Elvinin ailəsi dəfn edib. Xeyr! Qızıma rayonda yeddi gün yas verilib. İnternetdə yayılan fotolardakı qaraj belə həmin qaraj deyil.

– Bəs ailələr arasında hər hansı münaqişə baş verib?

– Yox! Hətta cümə axşamlarında Elvinin yaxın qohumları da bizə gəldilər. Dedilər ki, kaş ki, belə olmazdı. Xalası dedi ki, Elvinə Könülü qaçırmağı məsləhət görmüşdüm.

– Qızınızın ölümündə kimi günahlandırırsınız?

– Elvinin anasını. İndi Elvinin anası deyir ki, kaş ki, alardım Könülü. Elvin ən istəkli oğlu idi. Onun anası mənim qızımın qatili oldu. O, iki gəncin həyatını məhv elədi. Ölənə kimi onu bağışlamayacam. Mənim qızımın qatili odur.

Könül mənim tək qızım idi. Mən onu hər zaman xoşbəxt görmək istəyirdim. Qızım deyirdi ki, Mən Elvindən başqasını sevə bilmərəm. Könül çox saf bir qız idi. Heç kimlə işi olmazdı. Ancaq gülərdi.

– Buradan qızınız haqqında mənfi fikirlər yazan insalara nə demək istərdiniz?

– Qızım haqqında mənfi fikirlər yazanlara səslənirəm: Bilmədiyiniz şeyləri danışmayın!. Həyatdır, hər kəsin başına gələ bilər. Elə o cür rəy yazanların özləri düzgün insanlar deyil. Özünüzə gəlin! Heç kimin haqqına girməyin! Çox təəssüf ki, bu cür yazanların əksəriyyəti də elə qızlardır. Mənim yaralı yerimə toxunmasınlar.

– Könülün xalası qızı da insanları əsassız ittihamlarda günahlandırıb…

– İnsanlar gərək görmədikləri, bilmədikləri şeyləri danışmasınlar. Elvin Könülə çox dəyər verib. Bunu hər kəs bilirdi. Hər zaman Elvinin gözündə Könül, Könülün gözündə Elvin olub. Elvinin nişanlısından ayrılmamaq üçün səbəbləri olub. Könüllə Elvin bir-birlərini çox seviblər. Buna hər kəs şahiddir. Könül çox saf bir qız idi. Elvinin ailəsi, hər kəs bilir ki, Elvin Könülü çox sevirdi.

O 9 ildir ki, nişanlı idi. Hər bir qız hiss edər ki, mənim nişanlım başqası ilə danışır və məni sevmir. Elvinin telefonu Könülün şəkilləri ilə dolu idi. Necə olur ki, bu qız bir dəfə də olsun, bundan şübhələnməyib? Hər gün Elvin Könülün yanında idi. 9 il necə nişanlı qalmaq olar?. Qadın qüruru buna imkan verməz ki, nişanlısı başqasını sevə və bu cür münasibəti davam etdirəsən.

Onlar bizə yasa gələndə, Elvinin xalasıgil bizə mesajlar göstərdilər. Mesajlarda Elvin anasına yazmışdı ki, "Ana, buna son qoy. Mən o qızı semirəm. Məni bədbəxt edirsən". Elvinin anası bu məsələyə son qoymaq üçün Türkiyədən gəldi. Bilirdi ki, oğlu Könüldən ayrıla bilmir. Oğlanın anası qızgilə mesaj yazıb ki, hər şeyi aydınlaşdırmağın vaxtı gəlib:" Oğlum bu toyu istəmir".

Qız səsə qulaq asıb. Lakin cavab yazıb ki, səs silinib. Qulaq asa bilmədik. Elvinin nişanlı olduğu qız Könülü çox gözəl tanıyırdı. O, hər şeyi bilirdi. Sadəcə, göz yumurdu. O qızı heç vaxt Elvinin yanında görməmişdik.

Xatırladaq ki, avqustun 29-da Bakının Yasamal rayonu Mirəli Seyidov küçəsində beş mərətəbəli binanının həyətindəki qarajda "Nissan" markalı avtomobildə 1997-ci il təvəllüdlü Könül Əhədova və 1990-cı il təvəllüdlü Elvin Zeynalovun meyiti tapılıb.

"Heç bir intim əlaqədən söhbət gedə bilməz!" - Maşında sevgilisi ilə meyiti tapılan Könülün anası


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 10119   Tarix: 11 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Yolda düşürdüyü sərnişini geri qayıdanda vurub öldürdü

Bu ilin iyununda Bakı-Qazax magistralının Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınan piyada 1985-ci il təvəllüdlü Elmir Ağamalıyevin ölümü ilə bağlı məhkəmə prosesi başa çatıb. Teleqraf-ın əldə etdiyi məlumata görə, ehtiyatsızlıqdan zərərçəkmişin ölmünə səbəb olan 199-cu il təvəllüdlü Nica

17 dekabr
.

Bu toyuqları almayın - AÇIQLAMA

Toyuq əti Azərbaycanda ən çox istehlak olunan qida məhsullarından biridir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi hallarda toyuq əti sağlamlıq üçün ciddi təhlükə yarada bilər. xəbər verir ki, qida təhlükəsizliyi üzrə mütəxəssisi Ağa Salmanovun sözlərinə görə, risk əsasən istehsal, saxlanm

21 dekabr
.

Ferması yanan kişinin sözləri diqqət çəkib

Türkiyənin Bolu vilayətinin Mudurnu rayonunda Niyazi Cengizə məxsus boş hind quşu fermasında baş verən yanğın yanğınsöndürənlərin müdaxiləsi ilə nəzarət altına alınıb. türk mediasına istinadən xəbər verir ki, Mudurnunun Hacıhalimlər kəndində yerləşən və 7 min tutumlu olan boş hind quşu fermasında naməlu

18 dekabr
.

Bakıda işlədiyi evdə oğurladığı dollarların yerinə saxtalarını qoyan usta saxlanılıb

Bakıda işlədiyi evdə oğurladığı dollarların yerinə saxtalarını qoyan usta saxlanılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, paytaxtın Nəsimi rayonu ərazisində yerləşən evlərin birində oğurluq hadisəsi qeydə alınıb. Həmin evdə usta kimi işləyən şəxs ev sahibini

20 dekabr
.

Qəzada ölən dostlarını avtomobildə qoyub qaçdılar

Ədirnədə baş verən yol-nəqliyyat hadisəsində 18 yaşlı gənc həyatını itirib. Hadisə Edirnə mərkəzinə bağlı Üyüklütatar kəndi ərazisində qeydə alınıb. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, 18 yaşlı İsa Özerin idarə etdiyi 16 APR 045 dövlət nömrə nişanlı avtomobil güclü duman səbəbində

18 dekabr
.

16 yaşlı qız evdə başından güllələnmiş halda tapıldı

Türkiyənin Kocaeli vilayətinin Körfəz rayonunda 16 yaşlı qız uşağı evdə başından güllələnmiş vəziyyətdə aşkar edilib. Səhiyyə əməkdaşlarının bütün müdaxilələrinə baxmayaraq, yeniyetmə həyatını itirib. türk mediasına istinadən xəbər verir ki, əldə edilən məlumata görə, 16 yaşlı A.C. ailə üzvləri tərəfində

17 dekabr
.

Bacısı oğlu və azyaşlı uşağının başına silah dayayıb girov götürdü: Hacıqabuldakı cinayətin TƏFƏRRÜATI

Bəhram Qəmbərlinin (ad-soyadlar şərtidir) münasibətindən şübhələndiyi üçün onları qanunsuz olaraq silah gücü ilə azadlıqdan məhrum edib. -a istinadla xəbər verir ki, ötən il baş verən hadisə ilə bağlı məhkəmə prosesi bu həftə başa çatıb. Hacıqabul Rayon Məhkəməsinin hökmünə əsasən, Ş.Valehov 5 il müddətin

20 dekabr
.

Sevgilisinin arvadının iş yerinə gedərək - Onu təhqir etdi

Sabirabad rayonunda qadınlar arasında xoşagəlməz hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, rayonun kəndlərindən birində 44 yaşlı qadın sevgi münasibətində yaşadığı kişinin həyat yoldaşının iş yerinə hücum edib. Belə ki, təhsil müəssisələrinin birində katibə-makinaçı işləyən S.Həsənov

17 dekabr
.

Qaradağ rayonunda 48 ədəd kombi oğurlayan şəxs saxlanılıb

Qaradağ rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs bir yarımtikilidən ümumi dəyəri 1 400 manat olan inşaat materiallarını hissə-hissə oğurlayaraq satıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Qaradağ RPİ 11-ci Polis Şöbəsi əməkdaşlarını

20 dekabr