Qadınlar seksual enerjini HARADAN ALIR? - Onları heyranedici göstərən ÜÇ ƏSAS MƏRKƏZ

Qadınlar seksual enerjini HARADAN ALIR? - Onları heyranedici göstərən ÜÇ ƏSAS MƏRKƏZQadın gücünün ilk mənbəyi sakral qadın mərkəzi bölgəsində - uşaqlığında (Svadhishthana adlanan çakrada) yerləşir. Qadınların seksual enerji mənbəyi buradadır. Bu mənbə açıq olanda qadının həyat eşqi, həyat gücü və gözəlliyi işıq saçır, o, inanılmaz dərəcədə cəzbedici və heyranedici görünür.

Sonxeber.az xəbər verir ki, publika.az bu yazıda oxucuları qadının enerji və güc mərkəzləri, eləcə də onu hərəkətə gətirməyin yolları ilə tanış edib.

O, özünü sevir, hörmət edir, özünə inanır, öz məziyyətlərini görür, öz ləyaqətini hiss edir və özünü təzə açmış çiçək kimi qoruyur. O, başqa insanları sevir və hörmət edir. O, həyatın hər anından zövq almağı bacarır. Belə qadınların enerjisi kişiləri həmişə özünə çəkir.

Bu mərkəzdə pozuntular qadınların bir çox komplekslərinin olmasına gətirib çıxarır: o, incikdir, hər şeydən şübhələnir, menstruasiya və reproduktiv orqanlarda problemlər yaranır, kişiləri qəbul etmir, seksdən həzz almır, enerji toplaya və onu qoruya bilmir, özünü hər an yorğun və tükənmiş hiss edir, özünə qulluq etmir, öz bədənini qəbul etmir və s.

Bəs seksual mərkəzi nə açır?

İntim əzələlərin daimi inkişafı, gözəl geyim, bəzək əşyaları, makiyaj, rəqslər, incə yeriş. Şirniyyat məhsullarının istifadəsi və onların dadından həzz almaq bacarığı. Qadınlığın açılması üçün meditativ məşqlər. Komplekslərin analizi, şüuraltı dağıdıcı proqramlarla iş. Yaradıcılıqla məşğul olmaq, gözəl və zərif musiqi dinləmək, kitab oxumaq, gözəl rəsm əsərinə tamaşa etmək, romantik filmlərə baxmaq, zərif qadınlar haqqında mütaliə.

Estetik zövq aldığınız hər şey sizi bərəkətli enerji ilə təmin etməyə qadirdir. Bu, sizə əsl xoşbəxtlik, fiziki rahatlıq və ruhi səadət bağışlayacaq, ən vacibi əsas enerji mərkəzini hərəkətə gətirəcək.

Qadının ikinci güc mərkəzi

Qadının ikinci güc mərkəzi Anaxata çakra sahəsində - ürəkdə yerləşir. Məhəbbət enerji mənbəyi buradadır. Əgər qadının ürəyi açıqdırsa, sevgisinin ən saf enerjisini dünyaya yayır, ətrafa minnətdarlıq hissiylə baxır, o, sevinclə parıldayır, istənilən şəraitdə xoşbəxt ola bilir. O, ən təmiz sevgi və qayğını ötürməyi və qəbul etməyi bacarır. O, dünya, qohumları, uşaqları və ən əsası öz əri ilə sevgiyə əsaslanan dərin və inamlı isti münasibətlər yaratmağa qadirdir. O, hər insanlıq halından anlamağa, başqalarının dərdini duymağa, onlara etibar etməyə və şəfa verməyə qadirdir.

Ürək mərkəzində pozuntular yaşayan qadınlar adətən qapalı olur. O, nə uşaq, nə ünsiyyət, nə də hər hansı münasibət istəyir. O, işə gedə, hətta əlavə öhdəlikləri öz üzərinə götürə bilər, təki ürək nahiyəsindəki ağrıları hiss etməsin. Onun yol yoldaşları bax, bunlardır: depressiya tutmaları, özünə və həyata qarşı məyusluq, güvənmək qorxusu, özünə inamı və həyatın mənasını itirmək.

O, istilik yox, soyuqluq saçır. Buzlar kraliçasına çevrilir. Belə bir vəziyyət bəlkə də qadın xəstəliklərinin inkişafına və sonsuzluğa gətirib çıxarır.

Ürək mərkəzinin açılmasına nə kömək edir?

Bir seçilmiş tanrıya meditasiya və ya ibadət etmək qəlbi saf sevgi ilə doldurur. Qadın tanrıçalara dua etmək - Məryəm ana, Kuan-İn, İsida və s. Heç bir mənfəət güdmədən insanlara yardım etmək, yemək bişirmək, istər yemək, istər maddi predmetlər, elmi bilik və ya təcrübəni bölüşmək, eləcə də uşaqların qayğısına qalmaq.

Səmimi dua, dini musiqi, ruhani musiqi dinləmək. Açıq rəngli yüngül paltar geymək və daha tünd rənglərdən qaçmaq əlverişli hesab olunur. Ərli qadınlarla və analarla daha çox ünsiyyət qurmaq. Ürək çakralarını açan praktika və meditasiyalar, inciklikləri bağışlama və təhqirlərdən təmizlənmə ayinləri. Çəhrayı kvars, həmçinin ay daşları taxmaq.

Menyuya daha çox süd və süd məhsulları, yaşıl tərəvəz daxil edin, zorakılıq (ət, balıq, yumurta) enerjisini özündə ehtiva edən heyvan məhsullarından imtina edin. Hil, şatavari otları, daha çox gül çayları, xüsusilə qızılgül çayı için.

Qadının üçüncü güc mərkəzi

Qadın üçüncü güc qüvvəsi boğaz nahiyəsində - Vişudxa çakrasında yerləşir.

Bu mərkəzin məqsədi - dünyaya saflıq, təmizlik, gözəllik, harmoniya, ahəng, zövq və dad bəxş etməkdir. O, məhz bunun üçün də bizə verilib. Əgər bu mərkəz inkişaf edibsə, qadın özünü mənəviyyatını, İlahi gücünü və yaradıcı potensialını hiss edir. O, fəsahətli (Aydın, gözəl, səlis, düzgün nitq), çox düzgün və aydın danışır, onu dinləmək xoşdur, o, həqiqəti görür və onu ifadə edə bilir. Onun nitqi şirin və xoşdur. "O, mahnı kimidir", - sözlərini məhz belə qadınlar haqqında deyirlər.

Əgər burada müəyyən pozuntular varsa, qadın mənfi şeylər haqqında danışmağa, söyüş söyməyə, qeybət etməyə və inancını itirməyə meyilli olacaq. Dünya rəngləri onun üçün solur, o, həyatda nə gözəlliyi, nə sevinci görə bilir. Həyatın ona xəyal qırıqlığı yaşatdığını düşünür. Onu heç nə qane etmir. O, sürətlə solur. Əlbəttə ki, burada heç bir zəriflikdən söhbət də gedə bilməz.

Bu mühüm mərkəzin işini nə qaydaya salır və harmonizasiya edir?

Mənəvi inkişaf, dini ədəbiyyat, müqəddəs yazıları mütaliə. Müəllimlər, ümumi mənəvi prinsipləri və idealları olan insanlarla ünsiyyət. Ustad, yaxud böyük məhəbbət ehtiyatı və təcrübəsi olan şəxslərlə işləmək. Mühazirələr dinləmək, təlimlərdə iştirak etmək. Karmanın sualını araşdırmaq. Sağlam və təmiz həyat tərzini sürmək: xarici və daxili nəzarət.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2943   Tarix: 11 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İranlı bloqer estetik əməliyyatların sayına görə rekord vurub

Sosial mediada məşhur simalardan biri kimi tanınan iranlı bloqer Anahita Naço 388 kosmetik əməliyyat keçirdiyini deyib. xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb. Məlumata görə, bununla da Naço Ginnesin Rekordlar Kitabına düşdüyünü və "dünyanın ə

17 dekabr
.

Hansı sadə vərdişlər beyni cavan saxlamağa kömək edir?

ABŞ-nin Florida Universitetinin alimləri sadə gündəlik vərdişlərin beyni təxminən on il "cavanlaşdıra" biləcəyini sübut ediblər. Bu barədə "ScienceDaily" nəşrinə istinadən məlumat verir. Məlumata görə, iki il davam edən araşdırma sübut edib ki, qoruyucu davranış faktorları beyin sağlamlığın

18 dekabr
.

Zeytun yağından istifadə zamanı edilən 4 səhv

Zeytun yağından istifadə zamanı yol verilən geniş yayılmış səhvlər. Bir çox insan zeytun yağının istənilən halda faydalı olduğuna inanır. Lakin gündəlik istifadədə edilən bəzi səhvlər onun qida dəyərini ciddi şəkildə azalda bilər. bu 4 səhvi təqdim edir:. Yüksək temperaturda qızdırmaq. Ən böyük səhvlərdə

17 dekabr
.

"Evdə tək"in ulduzları 35 il sonra görüşdü - Fotolar

90-cı illərin məşhur komediya filmi olan "Evdə tək"in aktyorları Makoley Kalkin, Co Peşi və Daniel Sternin yenidən bir araya gəlib. Axşam.az xəbər verir ki, aktyorlar 35 ildən sonra görüşüblər. Həmin anları əks etdirən görüntülər sosial mediada yayılıb

19 dekabr
.

Bu ətləri qətiyyən almaq olmaz - Ekspertdən XƏBƏRDARLIQ

"Hansı ölkədən idxal olunmasından asılı olmayaraq bütün ətlər sərhədi keçəndə aidiyyəti qurum tərəfindən həm qida təhlükəsizliyi qaydalarına uyğun şəkildə nəzarət, həm də risk əsaslı laborator analizlər aparılmalıdır. Bu məhsullar satış mərkəzlərinə soyuq qida zəncirində gətirilməlidir, temperatu

20 dekabr
.

Tez-tez ayaqyalın gəzdikdə orqanizminizdə nələr baş verəcək?

Ayaqyalın gəzmək sağlamlığı möhkəmləndirməyin sadə, lakin effektiv üsullarından biridir. xarici KİV-ə istinadla bildirir ki, bu vərdiş qan dövranını yaxşılaşdırır, ayaqaltındakı sinir uclarını stimullaşdırır, stressi azaldır və bədənin təbii duruşunun bərpasına kömək edir. Ayaqyalın gəzməyin faydaları

19 dekabr
.

Yeni il ağacları təhlükəli ola bilər

"Yeni il ağacları ciddi allergiyaya səbəb ola bilər". "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu rusiyalı həkim Aleksandra Filyova deyib. O qeyd edib ki, allergiyanın səbəblərindən biri satışdan əvvəl daşınarkən və saxlanılarkən canlı ağacın qabığında və gövdəsində əmələ gələ

17 dekabr
.

İnsanların 50 yaşından sonra peşman olduqları 16 səhv

50 yaşında, bəzən isə daha gec bir həqiqət aydın olur: keçmişi dəyişmək mümkün deyil, amma gələcək hələ də açıqdır. İnsanlar isə tez-tez bəzi şeyləri düzgün etmədiklərinə görə peşman olurlar. Qaynarinfo xəbər verir ki, bu barədə "BestLife" yazır. 2024-cü ildə aparılan sorğu göstərib ki, 5

19 dekabr
.

Emosional soyuqluq və stres: Demensiyanın görünməyən siqnalları

İngiltərəli alimlər orta yaşlarda özünəinamın itirilməsinin qocalıqda demensiya riskinin artması ilə əlaqəli olduğunu aşkar ediblər. xəbər verir ki, bu barədə araşdırma müəlliflərinə istinadən "Independent" nəşri məlumat yayıb. Qeyd olunur ki, tədqiqatçılar 5 811 iştirakçının məlumatların

18 dekabr