Günə 4 minlik şərab içir... - Dünya mediası Hacıyevadan yazır
Son 10 ildə Londonun məşhur univermağı "Harrods"da 35.85 milyon manat xərcləyən Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva Türkiyə mediasının da diqqət mərkəzindədir.
Hacıyevanın xərcləmələri ilə bağlı İngiltərə mətbuatında yer alan "Dünya belə pul xərcləyən qadın görmədi" şərhi Türkiyə mediasının manşetinə daşınıb.
"The Sun" nəşrində xərcləmələrlə bağlı dərc olunan siyahıda ən diqqət çəkənlər arasında Z.Hacıyevanın hər gün şüşəsi təxminən 4 min manatlıq şərabdan içməsi, Fransanın zinət əşyaları və saat evi olan "Boucheron"dan təxminən 337 min manata broş və 225 min manata "Cartier" dən zinət əşyası almasıdır.
Eyni zamanda, məhkəmə sənədlərində qeyd edilir ki, Cahangir Hacıyev həyat yoldaşı üçün xüsusi yaşayış vizası almaq üçün təxminən 2 milyon 250 min manat və aylıq yaşayışı üçün təxminən 45 min AZN pul ödəyib.
Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı"nın 15 il rəhbəri olmuş Cahangir Hacıyev elə payının əksər hissəsi dövlətə məxsus olan həmin bankın pullarını mənimsəməkdə, vəzifə səlahiyyətlərini aşmaqda və rüşvət almaqda ittiham edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.
Pul yeyintisində onun arvadı Zamirə Hacıyeva cinayət ortağı kimi tanınıb, lakin İngiltərə höküməti onu Azərbaycanın istintaq orqanlarına verməkdən imtina edib.
mənbə: qafqazinfo
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 3473 Tarix: 11 oktyabr 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAzərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı
Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini
25 aprelİkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
İkinci əl məhsullar, adətən, ucuz olduğundan vətəndaşların onlara marağı da yüksək olur. Ancaq bəzən bu məhsullar alındıqdan bir müddət sonra oğurluq olduğu ortaya çıxır. Bu barədə ARB TV-nin süjetində deyilir. Qeyd olunan məsələ ilə bağlı fikrini bildirən hüquqşünas Fərhad Mehdiyevin sözlərinə görə
25 aprelBakıda məktəbin yaxınlığında BÖYÜK TƏHLÜKƏ - VİDEO
Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qəzalı vəziyyətdə olan ağac təhlükə saçır. Bu barədə məlumat -in qaynar xəttinə daxil olub. Bildirilib ki, 99 saylı tam orta məktəbin çıxışında yerləşən ağac qoparaq dəmir hasara ilişib. Baş verə biləcək xırda hadisə dəhşətli faciəyə səbəb ola bilər
26 aprelYeddi kişini şantaja görə mühakimə olunacaq - İş məhkəmədə
Özünü Milli Fədailər Hərəkatının qurucusu kimi təqdim edən, 6 ay əvvəl isə şantaja görə tutulan Fuad Muradovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. "Qafqazinfo"nun məlumatına görə, iş üzrə toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib
26 aprelBakıda 21 yaşlı model bədbəxt hadisədə öldü - Foto
Bakıda gənc qız dəm qazından boğulub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib. Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskv
26 aprel