"Bakı Bus"un yenə qapısı qırıldı: səbəbi...

"Bakı Bus"un yenə qapısı qırıldı: səbəbi...Bu gün "Bakı Bus"a məxsus daha bir avtobus ön qapısı qırıq vəziyyətdə hərəkət edib. Günün pik saatlarında yaşanan bu hadisə sərnişinlərin etirazına səbəb olub. Onlar bildiriblər ki, tez-tez müşahidə olunan bu hala səbəb ön qapının bir layının daimi bağlı saxlanılması üçün edilən müdaxilədir.

Sərnişinlər bununla bağlı Bakı Bus MMC-yə dəfələrlə şikayət etmələrinə baxmayaraq, problemin həll edilmədiyini deyiblər.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən BNA-nın mətbuat katibi Mais Ağayev bildirib ki, məsələ araşdırıldıqdan sonra səbəbləri barədə konkret fikir söyləmək olar:

"Əvvəlcə qapının niyə o hala düşməsini araşdırmaq lazımdır. Buna səbəb texniki nasazlıq və ya sərnişinlərin avtobusa daxil olan zaman yaratdığı sıxlıq ola bilər. Səbəb nə olur-olsun, problem qısa vaxtda həll olunacaq. Bu kimi hallar marşrut xəttinin fəaliyyətinə təsir edən ciddi məsələ deyil".

Qurum rəsmisi "Bakı Bus"un dövlət büdcəsi hesabına alınan konfortlu və rahat avtobuslarının ön qapılarının yalnız bir layının tez-tez sıradan çıxmasının səbəbi kimi avtobusa sərnişinlərin ön qapıdan daxil olmalarını göstərib. O, "Bakı Bus"a məxsus digər avtobusun bir müddət əvvəl qapısının qırılmasına da sıxlığın səbəb olduğunu xatırladıb.

Problemin səbəblərindən danışan yol-nəqliyyat eksperti Elməddin Muradlı isə bildirib ki, "Bakı Bus" avtobuslarının ön qapısının bir layının daimi bağlı saxlanılmasının yaratdığı narahatlıqlar var və bunun səbəbkarı həm də sərnişinlərdir:

"Sərnişinlər ictimai nəqliyyatda davranış qaydalarına riayət etsə, nizam-intizam mədəniyyəti formalaşsa, yəqin ki, "Bakı Bus" avtobusa giriş üçün nəzərdə tutulan ön qapının bir layını bağlamaz. Davranış qaydaları hamı tərəfindən pozulur".

Qeyd edək ki, bundan öncə də "Bakı Bus"a məxsus yeni və konfortlu avtobuslarda ön qapının məhz bağlı saxlanılan layının qırıldığı hallar müşahidə olunub. Bəziləri bunu şirkət tərəfindən avtobusa edilən kənar müdaxilənin nəticəsi olduğunu hesab edir.

"Bakı Bus" sərnişinlərin avtobusa minərkən ödənişdən yayınmasının qarşısını almaq üçün ictimai nəqliyyat vasitələrinin ön qapısının bir layını bağlayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 856   Tarix: 12 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

TƏBİB-ə yeni səlahiyyət verildi

Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri

17 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021