Badamdar şossesindən son MƏLUMAT - istinad divarları 1 metrə qədər aralanıb - RƏSMİ
Xəbər verdiyimiz kimi, Bakı şəhəri Səbail rayonu ərazisində - Badamdar şossesində (Badamdar-20-ci sahəni birləşdirən yol) böyük sürüşmə təhlükəsi yaranıb.
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov ərazidə sürüşmənin aktivləşdiyini bildirib:
"20-ci sahə ilə Badamdar arasında avtomobil yolunun sol hissəsindəki yamacda sürüşmə prosesi gedir. Bu, yeni sürüşmə sahəsi deyil, 2012-ci ildə də ərazidə sürüşmə baş vermişdi. Həmin vaxt onun eni 180-200 metr arasında dəyişirdi. 2013-cü ildə müəyyən istinad divarları tikildi, hamarlama işləri aparıldı və indiyədək hansısa dəyişiklik görünmürdü. Tərəfimizdən hazırlanmış Abşeron yarımadasının sürüşməyə meylli ərazilərinin xəritəsində ərazinin konturları var. Bu gün baş verən proses də həmin konturlar daxilindədir. Bu ayın əvvəlində həmin ərazilərdə aktivləşmə gördük və bu barədə müvafiq orqanları yazılı şəkildə məlumatlandırdıq ki, gərginlik yaranıb. Artıq bu gün istinad divarının 150 metrə yaxın uzunluqdakı hissəsində çatlar əmələ gəlib, müxtəlif yerlərdə divarlar 1 metrə qədər aralanaraq hərəkət edib. Aşağı hissədə xırda gölməçələr əmələ gəlib. Yamacın meylliyi 60 dərəcədən yuxarıdır. Hazırda ərazi aktiv fazadadır, sürüşmə davam edir".
Qurum rəmisinin sözlərinə görə, Baş nazirin müavini Hacıbala Abtutalıbov, Fövqəladə Halalr Nazirliyinin əməkdaşları, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev və digər əməkdaşları hadisə yerindədir.
Ə.Qaralov bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim edilməsi üçün zəruri sənədlər hazırlanır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











"Qalatasaray"dan gecə yarısı İkardi AÇIQLAMASI
"Pulu stolun üstünə qoydum, dedim ki, nə qədər qızıl varsa, götür"
Meyiti tapılan Müşfiq vaxtsız ölən əmisinin adını daşıyırmış - Fotolar
"Azərbaycan tarixində ən böyük amnistiya aktı gözlənilir" - AÇIQLAMA
Tanınmış qiraətçi Nadir Hüseynovun ölümü ilə bağlı yeni detallar məlum oldu (YENİLƏNİB)
Gənc alimin ehtiyatsızlığına görə dünya ən qədim ağacını itirdi - 5 min yaşı var idi
Müştəriləri aldadan şadlıq sarayı Xəlil Göyüşovun imiş
Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
"Amnistiya aktı ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir" - Deputat
Bakıdakı şadlıq sarayı istehlakçıları aldadırmış - Nöqsanlar aşkarlandı+Fotolar
13 nömrəli avtobus niyə gecikir? - RƏSMİ AÇIQLAMA
Nazirdən iki təyinat
Həyat yoldaşından boşanmaq üçün TV proqramına müraciət edən qadın estetiklərlə yeni biri oldu!
Ölkə başçısının növbəti humanist addımı
Piroq vitrini siçan tərəfindən zəbt olundu: görüntülər sosial mediada gündəm oldu - VİDEO