"Həkimin etdiyi əməliyyatda 3-cü ölən mənim övladımdır..." - Video
Kürdəmirdə cərrahi əməliyyatdan beş gün sonra vəfat edən 22 yaşlı Məleykə Nurməmmədovanın yaxınları həkimi ittiham edirlər.
"Qafqazinfo" xəbər verir ki, onlar bununla bağlı "Baku TV"yə danışıblar.
Mərhumun atası Müsəllim Məmmədov hadisənin qan köçürüldükdən sonra baş verdiyini iddia edib: "Həkim cərrahi əməliyyat keçirdi. Beş gündən sonra qan köçürüldü, qızımın halı dəyişdi. Dedilər ki, gözləri, ağzı açıq qalıb, eləcə uşaq əldən gedib... 5 ildir evli idi, iki azyaşlı uşağı var. Kistadan heç kim ölmür, bunu bacarmırsınızsa, göndərin Bakıya, camaatın balasını niyə qırıb öldürürsünüz?! Deyilənə görə, həkimin etdiyi əməliyyatda 3-cü ölən mənim övladımdır, sabah 4-cünü öldürəcək... Xahiş edirəm, tədbir görülsün, ağır cəza verilsin".
Məleykənin həyat yoldaşı Simran Nurməmmədov isə həkimdən təzminat tələb edib: "Dünən gecə dedilər ki, qan köçürülməlidir. Səhv köçürüblər, yoxsa bilmirəm nə ediblər... Gecə 3-də zəng etdilər ki, vəziyyəti yaxşı deyil. İki uşağım var, indi mən onlara necə baxacağam?"
Məsələ ilə bağlı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, dekabrın 11-i saat 15:15 radələrində vəziyyətinin pisləşməsi səbəbilə xəstəxanaya müraciət edən qadına müvafiq tibbi müayinələrdən sonra yumurtalığın kistası diaqnozu təyin olunub: "Pasiyentdə sağ yumurtalığın pazvari rezeksiya əməliyyatı icra edilib. Əməliyyat fəsadsız keçib və əməliyyatdan sonrakı dövr stabil olub. Dekabrın 16-sı saat 16:00 radələrində ani ürək dayanması baş verib və təcili reanimasiya tədbirlərinə başlanılıb. Lakin aparılan bütün reanimasyon tədbirlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, dekabrın 16-sı saat 19:00-da pasiyentin bioloji ölüm faktı qeydə alınıb".
Daha ətraflı videomaterialda:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 249 Tarix: 17 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda ciyərləri zədələyən virus yayılır? - Rəsmi açıqlama
Son günlər əhali arasında yeni virusa yoluxma hallarının artması müşahidə olunur. Xəstəlik yüksək hərarət və ağciyərlərə təsiri ilə xarakterizə edilir, əlamətləri isə "COVID-19" virusunu xatırladır. Bu durum əhali arasında müəyyən narahatlıq yaradıb. Məsələ ilə bağlı -a açıqlama verən Səhiyy
17 dekabr3 qohumunun ölümünə səbəb olan sürücüyə - Bu cəza verildi
Kürdəmirdə 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi üzrə açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində rayon sakini 1992-ci il təvəllüdlü Əflatun Əflan oğlu Umudova hökm oxunub. Bildirilib ki, hadisə ötə
16 dekabrSabah yağış yağacaq?
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, dekabrın 16-dan 17-nə keçən gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şər
16 dekabr13 nömrəli avtobus niyə gecikir? - RƏSMİ AÇIQLAMA
Saytımıza 13 nömrəli avtobus marşrutu ilə bağlı çoxsaylı şikayətlər daxil olur. Sərnişinlər avtobusun təxminən yarım saat gecikdiyini bildirirlər. Hətta bu gün saat 10:00-10:30 aralığında gecikmə o qədər uzun çəkib ki, 7B marşrutunun sürücüsü 13 nömrəli avtobusun əvəzinə hərəkət edərək sərnişinləri götürü
17 dekabrBakcell texno-blogerlər üçün "Media Tech" təlimini həyata keçirdi
İnnovasiya lideri Bakcell-in rəqəmsal bacarıqların inkişafına yönəlmiş "MediaTech" layihəsi çərçivəsində təlim proqramı baş tutub. "Smart Nation" ilə birgə həyata keçirilən "MediaTech: Blog the Future" tədbiri ilk dəfə texno-blogerlər üçün nəzərdə tutulmuş innovativ məzmunl
16 dekabrMasazırın bəzi ərazilərində işıq olmayacaq
Bu gün Masazır qəsəbəsiniin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq. "Azərişıq"dan -a verilən məlumata görə, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq "Masazır" yarımstansiyasında 10 kV-luq bölmədə təmi
16 dekabr