Bakirə qızı edam etməzdən öncə zorladılar - Azərbaycanlı Zəhranın FACİƏVİ SONU - FOTOLAR

Azərbaycan da daxil olmaqla bir çox ölkələrdə ölüm hökmü ləğv edilsə də İranda, İraqda, Səudiyyə Ərəbistanında edam cəzası hələ də qalmaqdadır. Edam edilənlər arasında qadınlar da kifayət qədərdir.

Sonxeber.az BiG.AZ-a istinadən edam edilən qadınların bir neçəsini təqdim edir:

Bakirə qızı edam etməzdən öncə zorladılar - Azərbaycanlı Zəhranın FACİƏVİ SONU - FOTOLAR- İranda azərbaycanlı Zəhra Haşimi adlı xanıma əvvəl təcavüz edib, sonra edam ediblər.

İran İslam Respublikasının cəza qanunlarında bakirə qızı edam etməzdən öncə zorlayırlar.

Qeyd edək ki, İran Təhlükəsizlik Nazirliyinin əməkdaşı Zəhra Haşimiyə təcavüz etmək istəyib, ancaq o dirəniş göstərib və həmin şəxsi öldürüb. Məhkəmənin qərarı ilə Zəhraya ölüm hökmü verilib.

Bakirə qızı edam etməzdən öncə zorladılar - Azərbaycanlı Zəhranın FACİƏVİ SONU - FOTOLAR- İranda Kəşfiyyat Nazirliyinin keçmiş əməkdaşını qətlə yetirməkdə təqsirli bilinən 26 yaşlı qadın asılıb.

Amnesty İnternational hüquq müdafiə təşkilatının çağırışlarına baxmayaraq, edam hökmü ləğv edilməyib. Reyhan Cabbari ona təcavüz etməyə cəhd göstərən keçmiş kəşfiyyatçını 2007-ci ildə öldürüb. Hüquq müdafiəçilərinin fikrincə, cinayətin araşdırılması zamanı ciddi qanunsuzluqlara yol verilib. Ötən ay sosial şəbəkələrdə edam hökmünün ləğvi ilə bağlı kampaniya da başlamışdı.

Bakirə qızı edam etməzdən öncə zorladılar - Azərbaycanlı Zəhranın FACİƏVİ SONU - FOTOLAR- İranda 16 yaşlı Atifə Sahale dar ağacından asılaraq edam edilib.
13 yaşında olanda bir kişi ilə eyni maşında getdiyi üçün həbs olunan Atifə həbsdən çıxdıqdan sonra 51 yaşlı taksi sürücüsü tərəfindən təcavüzə uğrayıb.

Daha sonra imzasız bir şikayət məktubu ilə ikinci dəfə həbs edilən Atifə həbsxanada işgəncələrə məruz qalıb. Maraqlıdır ki, məhkəmədə hakim və prokuror eyni şəxs olub.

Barəsində edam qərarı verildiyi zaman Atifə 16 yaşında olduğu üçün Ali Məhkəmə qərarı təsdiqləməli idi. Başqa işlərdə Ali Məhkəmənin qərarı təsdiqləməsi uzun müddət tələb etdiyi halda Atifə ilə bağlı qərar 2 gün ərzində təsdiqlənib.

Edamdan əvvəl ailəsi ilə son görüşünə icazə verilməyən Atifə xalqın gözü qarşısında edam edilib və 40 dəqiqə boyunca cəsədi ağacdan sallandırılıb. Dəfn edildikdən bir gün sonra naməlum şəxslər cəsədini məzardan çıxararaq, ona təcavüz edib.

Bakirə qızı edam etməzdən öncə zorladılar - Azərbaycanlı Zəhranın FACİƏVİ SONU - FOTOLAR- İranda şiddət gördüyü ərini 2012-ci ilin fevral ayında öldürdüyü üçün 22 yaşlı Zeynep Sekaanvand edam edilib.

Beynəlxalq Əfv Təşkilatı İrandan 22 yaşlı qadına verilən edam cəzasının ləğv edilməsini istəyib.

Sekaanvand cinayətdə təqsirləndirilərkən hələ 17 yaşı var idi. Bu səbəbdən beynəlxalq hüquq qanunlarına görə, yetkinlik yaşında onun cəzası icra edilə bilməzdi.

Bakirə qızı edam etməzdən öncə zorladılar - Azərbaycanlı Zəhranın FACİƏVİ SONU - FOTOLARİranda 40 yaşlı qadın edam edildi.

40 yaşlı Şəhla Cahidin İranın tanınmış futbolçularından olan Nasir Məhəmməd-Xani ilə siğəsi olub. Onun edamı "Amnesty International" da daxil olmaqla bir çox beynəlxalq təşkilatları ayağa qaldırıb.

Futbolçunun həyat yoldaşının meyiti 2002-ci ildə evində tapılıb. Hadisə yerindən cinayət aləti və ya hər hansı dəlil aşkarlanmayıb. Buna baxmayaraq, polis əməkdaşları Nasir Məhəmməd-Xaninin sevgilisi Şəhla Cahidi saxlayıb. Tehrandakı "Evin" həbsxanasında saxlanılan qadın bir il ərzində istintaqa heç bir ifadə verməyib. Lakin 2003-cü ildə o, günahını etiraf edib. Qadının vəkilləri etiraf ifadəsinin hədə-qorxu və işgəncə yolu ilə alındığını iddia edirlər. Bir qədər sonra Şəhla Cahid ifadəsindən imtina edib. Lakin məhkəmə onun barəsində edam hökmü çıxarıb.

Bakirə qızı edam etməzdən öncə zorladılar - Azərbaycanlı Zəhranın FACİƏVİ SONU - FOTOLAR- Səudiyyə Ərəbistanı ilk dəfə insan haqları uğrunda mübarizə aparan ictimai fəal qadının edamına qərar verib.

Ölkənin qabaqcıl şiə fəallarından olan Əsra Əl Gamham 3 il əvvəl həyat yoldaşı ilə birlikdə həbs edilmişdi. Hər iki şəxsin ölümünə qərar verən məhkəmə onların başının kəsilərək edam edilməsini tövsiyə edib.

İnsan Haqqları Müşahidə Təşkilatı qərarı vəhşilik adlandırıb və Gamhamın heç bir zorakılıq törətmədiyini bildirib.

Qeyd edək ki, Əsra Əl Gamham 2011-ci ildə Şərq Əyalətində nümayişləri başlatmaqda ittiham edilir. Son 1 ildə Səudiyyədə "Mülayim İslam" qaydaları tətbiq edilsə də, ölkədə hələ də siyasi partiya qurmaq və nümayiş keçirmək qadağandır.

- İranda hollandiyalı qadın edam edilib.

Hollandiya və İran vətəndaşı olan Sahra Bəhrami narkotik qaçaqmalçılığı üstündə edam edilib. Bu barədə İran rəsmiləri xəbər veriblər. 46 yaşlı Bəhrami hökumət əleyinə nümayişlərdə iştirak etmişdi.

Bakirə qızı edam etməzdən öncə zorladılar - Azərbaycanlı Zəhranın FACİƏVİ SONU - FOTOLAR- İŞİD terror təşkilatı döyüşçüləri ilk dəfə suriyalı jurnalist qadın Rukiyə Həsən Rakkada edam edilib.

Onun nə vaxt terrorçulara əsir düşdüyü məlum deyil. İlkin ehtimallara görə, R.Həsən casusluq ittihamı ilə edam olunub. Bu, İŞİD-çilərin edam etdiyi 5-ci jurnalistdir.

Bakirə qızı edam etməzdən öncə zorladılar - Azərbaycanlı Zəhranın FACİƏVİ SONU - FOTOLAR- İŞİD rəhbərinin bacısı İraqda edam edilib.

İraqın Mərkəzi Cinayət Məhkəməsi İŞİD terror qruplaşmasının rəhbəri Əbu Umar əl-Bağdadinin bacısı barədə edam hökmü çıxarıb.

Məhkəmə İraqın terrorçuluqla mübarizə haqqında qanununa müvafiq hökm çıxarıb – adı açıqlanmayan qadın asılaraq edam olunub. Onun əri də terrorçu olub və daha əvvəl edam edilib.

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 9489   Tarix: 15 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Avtoxuliqan polisi maşınla vurub

Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi

17 sentyabr 2021
.

Mingəçevirdə minik avtomobili kül oldu

Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

11 sentyabr 2021
.

Samuxda azyaşlı bacı-qardaşın çöplü şirədən zəhərlənib öldüyü güman edilir

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. -a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətlər

13 sentyabr 2021
.

Ağdaşda yaşayış evi kül oldu

Ağdaş rayonunun Qulbəndə kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

12 sentyabr 2021
.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021
.

Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü

Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

16 sentyabr 2021
.

Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO

"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind

11 sentyabr 2021
.

Ötən gün 10-dan çox koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı

Sentyabrın 10-da daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməkl

11 sentyabr 2021