Balaəli Maştağalı kimdir?- Meyxanaya trend və şounu gətirən cazibəli çirkin

Balaəli Maştağalı kimdir?- Meyxanaya trend və şounu gətirən cazibəli çirkinO, son 1 ildə meyxana sözü işlədiləndə adı ən çox yada düşən meyxanaçılardandır. Bir çox həmkarları, xüsusən klassik janrda meyxana deyənlər Balaəli Maştağalının adı gələndə qısqanclıqlarını gizlətmirlər. "Balaəlidən də yaxşı meyxana deyənlər var, o şou ilə tanındı" desələr də, ortada bir gerçək var ki, o da Baləlinin çox populyar olmasıdır.

Lent.az "Biorafiya" rubrikasında Balaəli Maştağalı barədə məlumat verir.

- Balaəli harada anadan olub?

Balaəli Oqtay oğlu Rzayev Bakının Maştağa kəndində anadan olub.

- Balaəlinin neçə yaşı var?

Balaəli 1986-cı il avqustun 28-də anadan olub.

- Balaəlinin ailəsi haqqında nə məlumat var?

Balaəlinin atası Oqtay Rzayev ailəsini kasıblıq işçində dolandırmağa çalışmış insandır. Vaxtilə bazarda satıcılıq, restoranlarda kababçılıq kimi işlərlə məşğul olub. Balaəlinin anası bir neçə il öncə vəfat edib. Qardaşı ilə eyni həyətdə, Maştağa kəndində yaşayır.

- Balaəli ailəlidir?

Bəli.

- Balaəlinin övladı var?

Dəniz adlı azyaşlı bir qızı var?

- Balaəlinin avtomobili hansı markadır?

Balaəlinin qara rəngli "Range Rover" markalı avtomobili də özü qədər məşhurdur.

- Balaəli nə zamandan meyxana deyir?

Balaəli 10 yaşından meyxanaya meyl göstərib, orta məktəbi bitirəndən Bakı kəndlərində toy məclislərində meyxana deyərək özünü tanıtmağa çalışıb. Balaəli gənc yaşlarından Pərvizin, Aydının, Vüqarın, Rəşadın, Bayramın, Kərimin yanında meyxana deyib.

- Balaəli nə zamandan populyarlıq qazanmağa başlayıb?

2010-cu və 2011-ci ildə Azərbaycan telekanallarında yayımlanan "De gəlsin" meyxana yarışmasında iştirak edib. Meyxanaçı 2022-ci ildə "Vurularam hərdən" meyxanası ilə populyarlıq qazanıb.

- Balaəli həyətində heyvan bəsləyir?

Balaəlinin bir ağ atı var. O heyvanlara xüsusi maraq göstərdiyini deyib.

- Balaəli kiminlə duet oxumaq istəyir?

Balaəli Xalq artisti Röya ilə duet oxumaq arzusunda olduğunu bildirib. "Bunu çoxdan arzu edirəm. Röya ilə duet oxumaq istəyirəm. Amma o bilmir. Gərək Röya xanım da bunu istəyə, təklifi qəbul edə", - deyə meyxanaçı bildirib.

- Balaəlinin ən böyük dərdi nədir?

Balaəli anasının vaxtsız itkisi ilə barışa bilmir. "Kaş bu günlərimi o da görəydi" deyir. "Bu gün hər şeyim var amma heç nəyim yoxdur. Anamdan sonra həyatım tör-töküntüdür, dağınıqdır. Anamı geri qaytarmaq üçün əlimdə olan hər şeyi verməyə hazıram. Amma heyf ki, mümkün deyil. Ən böyük arzum o idi ki, min əziyyətlə məni böyütmüş qadın kaş xoş günlərimizi görəydi", deyə bildirib.

- Balaəlinin meyxanada ən böyük dostu kimdir?

Balaəli hazırda həbsdə olan Rəşad Dağlını özünə ustad, böyük qardaş hesab edir. Etdiyi bütün çıxışlarda Rəşad Dağlının adını çəkərək ona sədaqətini elan edir. Rəşad Dağlı tutulandan sonra Balaəli daha da məşhurlaşdı. Rəşadın ən yaxın dostu olaraq, sanki meyxana məşəlini daşıyan o oldu.

- Balaəli özünə niyə oğru şair deyir?

Baləlinin hər üç qafiyəsindən beşi "lotu şairəm mən"lə başlayır, "oğru şairəm mən"lə bitir. Kriminal dünyada "oğru" bir addır, statusdur. Balaəli özünü bu dünyaya niyə yaxın hesab edir, bunun izahını vermir.

- Necə oldu ki, Balaəli hazırda ən məşhur meyxanaçılardan biri oldu? Ən çox sevilən, ən çox arzulanan şairə çevrildi?

Meyxanaçılar bunu onunla izah edirlər ki, Balaəli sözə yox, söz ona xidmət edir. O daha çox getdiyi məclislərdə şou göstərir. Meyxana məclislərində Balaəlinin "trend qafiyələrini" gözləyir. Toylarda o mikrofonu əlinə götürəndə, xiridarlar "trend olsun Balaəli, trend olsun" deyərək qışqırırlar. Bilməyənlər üçün qeyd edək ki, "trend video" Yutubda ölkə daxilində ən çox baxılanlar siyahısına düşən video deməkdir. Doğrudan da, Balaəlinin açdığı musiqili qafiyələrin çoxu trend olur. Bir günə yüz minlərlə baxılır. Balaəliyə qədər meyxana da ritm vardı və əsasən sözə, deyişməyə, bacarığa, çevikliyə, zəkaya, hazırcavablılığa, yumora fikir verilirdi. Bakı kəndlərinin koloriti, təbiiliyi özünü qədimyanə meyxanalarda göstərirdi. Kütləyə hesablanan fikirlər az idi. Heç bir meyxanaçı ayağa duranda "necə deyim ki, trend olsun" deyə fikirləşmirdi. Bir sözlə, meyxana şou yox, iş idi. Balaəli yeni bir mərhələ oldu. Balaəlinin gəlişi ilə meyxanada məzmunun yerini forma tutdu. Əcaib-qərib qafiyələr normal qəbul edilməyə başladı. Çətin əruz bəhrləri, yerini get-gedə başqa dillərdən götürülmü kəlmələrdən ibarət qafiyələr tutdu.

- Balaəli estetik əməliyyat etdirmək istəyir?

Xarici görünüşü ilə başqalarından çox fərqlənən bu meyxanaçı dişlərini düzəltdirib. Gələcəkdə burnunda estetik əməliyyat etdirmək arzusu var.


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 2931   Tarix: 07 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İlham Əliyev Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən xəbər verir ki, müraciət mətnini Azərbaycan Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub

29 iyun
.

İlham Əliyevdən Hüseyn Quliyevlə bağlı SƏRƏNCAM

Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Rzaqulu oğlu Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, H.Quliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarınd

22 iyun
.

Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind

3 iyul
.

34 yaşlı Vətən müharibəsi iştirakçısı qəfil vəfat etdi

Naxçıvan Muxtar Respbulikasının Kəngərli rayonunda Vətən müharibəsi iştirakçısı ürək çatışmazlığından vəfat edib. -a istinadən xəbər verir ki, 44 günlük Vətən müharibəsi iştirakçısı Elvin Pənahov iş yerində idman edərkən dünyasını dəyişib. Qeyd edək ki, 34 yaşlı mərhum E.Pənahov ailəli olub, üç övlad

26 iyun
.

Qızı şikayət etdi, anası cəzalandırıldı - Ailə münaqişəsinə səbəb nə olub?

Sumqayıt şəhərində azyaşlı övladının üzünü cıran ana cəzalandırılıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü ildə Abşeron rayonunun Novxanı kəndində anadan olmuş C.V. barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş protokola məhkəmədə baxılıb. V.V. övladının şikayəti əsasınd

18 iyun
.

KDR-də Eboladan bir gündə 13 nəfər öldü: Yoluxma sayı ARTIR

Konqo Demokratik Respublikasında (KDR) Ebola xəstəliyi səbəbindən həyatını itirənlərin təsdiqlənmiş sayı son sutka ərzində 13 nəfər artaraq 267-ə yüksəlib. xəbər verir ki, bu barədə ölkənin Rabitə və Mətbuat Nazirliyi rəsmi məlumat yayıb. Məlumata görə, virusuna yoluxan şəxslərin ümumi sayı 1 048 nəfə

23 iyun
.

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu...

Gəncədə avtomobil alqı-satqısı adı ilə dələduzluq edən şəxsə hökm oxunub. Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs özünə məxsus olmayan "Hyundai Sonata" markalı avtomobili satmaq adı ilə tanışını aldadaraq onun 2650 manat pulunu ələ keçirib. O, avtomobili

18 iyun
.

Ebola virusu Avropa və Asiyaya yayıla bilər - Yaxın bir ayda risk altında olan ölkələr

Ebola virusuna yoluxmuş Afrika sakinlərinin 30 gün ərzində Avropa və Asiyanın əsas tranzit hava limanlarında olması ehtimalı yüksəkdir. -ın xəbərinə görə, bu barədə yapon alimlərinin - Ryo Kinosita, Motoi Sudzuki və Daysuke Yoneokinin "medRxiv" portalında dərc olunmuş riyazi modelləşdirməsind

16 iyun
.

Avropa İttifaqına daxil olma qaydaları dəyişir

Avropa Komissiyası Avropa İttifaqına (Aİ) üzv olmaq istəyən namizəd ölkələrə ittifaqa tam daxil olmamışdan əvvəl iqtisadi imtiyazların verilməsi planı üzərində işləyir. xəbər verir ki, bu barədə iki məmura istinadən "Politico" nəşri məlumat yayıb. Nəşr qeyd edir ki, hazırda hökumətlər Aİ-y

26 iyun