Azərbaycanda gəlin qaçırma halları arta bilər - BU SƏBƏBƏ GÖRƏ

Azərbaycanda gəlin qaçırma halları arta bilər - BU SƏBƏBƏ GÖRƏ"Uşaqların cinsə görə seçilməsi problemi bizi çox narahat edir".

Sonxeber.az "Report"-a istinadla xəbər verir ki, bunu BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev Azərbaycanda Gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyəti cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı layihəsinin təqdimatı zamanı deyib.

Onun sözlərinə görə, əvvəllər yalnız Cənub-Şərqi Asiyada müşahidə edilən bu problem artıq Azərbaycan da daxil olmaqla bütün Cənubi Qafqaz və Şərqi Avropanın bir sıra ölkələrində özünü biruzə verir.

Baş müşavir bildirib ki, tədqiqatlar ailənin sosial-iqtisadi vəziyyətindən asılı olmayaraq, mövcud patriarxal münasibətlər sistemində valideynləri mütləq şəkildə oğul övladına sahib olmağa vadar etdiyini göstərir: "Bu vəziyyət gələcəkdə əhalinin ümumi strukturu və dinamikası baxımından çox xoşagəlməz nəticələrə gətirib çıxara bilər".

F.Babayev əlavə edib ki, kişilərin sayının həddən artıq çoxalması onların ailə qurmaq üçün partnyor tapa bilməməsi, eyni zamanda ölkədə zorakı davranış hallarının geniş yayılması nəticəsində ümumi kriminogen durumun ağırlaşması, gəlin qaçırma, erkən nikah, insan alveri və s. bu kimi bir sıra mənfi hallarla sıx şəkildə əlaqəlidir.

Mövcud problemin BMT-nin Əhali Fondunu narahat etdiyini vurğulayan qurum rəsmisi deyib ki, bu istiqamətdə Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq şəraitində müxtəlif layihələr həyata keçirilir: "Adıçəkilən layihənin qəbulu ilə Azərbaycanı "çatışmayan qızlar" fenomeninin yayıldığı ölkələrin siyahısından çıxararaq Cənubi Koreyadan sonra ikinci uğur hekayəsini yazmağa müvəffəq olacağıq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1210   Tarix: 19 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bəzi rayonlarda dolu düşəcək, çaylardan daşqın və sel keçəcək (XƏBƏRDARLIQ)

İyunun 9-12-si gündüz saatlarında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var

8 iyun
.

Sabahın havası açıqlandı

İyunun 11-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperatur

10 iyun
.

Səfurə Rəhimovaya hökm oxundu

Bakı şəhəri, Nizami rayonu, Etibar Cəlilov adına 272 nömrəli tam orta məktəbin keçmiş direktoru Səfurə Rəhimova barəsində cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Qaynarinfo-nun məlumatına görə, məhkəmə araşdırması zamanı müəyyən edilib ki, Səfurə Rəhimova məktəb direktoru vəzifəsində işlədiy

10 iyun
.

Azərbaycan parlamenti büdcənin icrasını müzakirə edir

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası başlayıb. xəbər verir ki, iclasda "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə edilir. Sənəd parlamentə iyunun 8-də daxil olub. Ötən il büdcənin gəlirləri 39 milyard 184,6 milyon manat təşki

9 iyun
.

Vəzifəli şəxslər küçə itlərinin yempulunu da mənimsəyiblər

Masallı Rayon Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin (MKTİB) yeyintidə ittiham olunan vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. İş üzrə üç nəfər - MKTİB rəisi Məhərrə

10 iyun
.

Uzaqdan işləmək tək yaşayanların psixikasına mənfi təsir göstərir - Alimlər

Koronavirus pandemiyası zamanı geniş yayılmış evdən işləmə modeli, Ukraynada isə genişmiqyaslı müharibə fonunda daha da aktuallaşıb. Lakin "Science" jurnalında dərc olunan yeni araşdırma göstərir ki, bu iş forması işçilərin psixi sağlamlığına mənfi təsir göstərə bilər. Qaynarinfo xəbər veri

8 iyun
.

Bundan sonra gəlinlik seçmək üçün mağazalara giriş ödənişli olacaq

Bartında toy hazırlığı görən cütlüklərlə gəlinlik salonları arasında uzun müddətdir müzakirə olunan "gəlinlik sınaq haqqı" məsələsində ilk rəsmi addım atılıb. Şəhərdə gəlinliklərin sınaqdan keçirilməsi üçün ödəniş tətbiqi qanuni əsaslara salınaraq rəsmi qiymət cədvəlinə daxil edilib. xaric

9 iyun
.

Vəkilin oğlu faciəvi şəkildə vəfat etdi

Azərbaycanda vəkilin ailəsində bədbəxt hadisə baş verib. Unikal-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu İnqilab İsmayılov küçəsində qeydə alınıb. Belə ki, 19 yaşlı Cavid Ağazadə binadan yıxılaraq dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, Cavid Ağazadə Vəkillə

10 iyun
.

Azovda həlak olan kapitanın nəşi sabah TORPAĞA TAPŞIRILACAQ

İyunun 5-də Azov dənizində yük gəmisinə PUA hücumu zamanı həyatını itirən 45 yaşlı Xaçmaz sakini Fuad Orucovun nəşi ya bu gün axşam, ya da sabah səhər doğulduğu Yergüc kəndinə gətiriləcək. Bu barədə mərhumun ailəsinə rəsmi qurumlardan məlumat verilib. Bizim.media-ya istinadən xəbər verir ki, Xaçmaz Rayo

9 iyun