Paşinyana hava, su kimi lazım olan proses - Azərbaycanın bu addımı Qarabağı QAYTARACAQ

Paşinyana hava, su kimi lazım olan proses - Azərbaycanın bu addımı Qarabağı QAYTARACAQ"Hər zaman qeyd edirəm ki, Ermənistanda hakimiyyətə gəlmə səbəbindən asılı olmayaraq istənilən hakim dairələrdə oturan şəxslər ifrat erməni millətçisidir. Buna görə də onların Dağlıq Qarabağla bağlı hər hansı güzəştlərə gedə biləcəyi, ən azından beynəlxalq hüququ əsas götürərək davrana biləcəyini gözləmək mənasızdır".

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Natiq Miri deyib. Ermənilərin Kələbəcərdə yeni qəsəbə salmasına münasibət bildirən politoloq qeyd edib ki, Paşinyanın öz xələfi Serj Sarkisyandan fərqli addımlar atmayacağı bəlli idi:

"Düzdür, Düşənbədə qarşılıqlı razılıq əldə edildi, amma bunu anlaşma kimi qəbul etmək olmaz. Orada sadəcə olaraq Azərbaycan dövlət başçısı ilə Ermənistan baş nazirinin ayaqüstü bir danışığı olub. Konkret hansısa nəticəyə varacaq söhbətlər aparılmayıb. Sadəcə iki dövlət arasıda bu günə qədər heç vaxt mümkün olmayan açıq mexanizm xətti nəzərdə tutulurdu. Düşünülürdü ki, bu, münaqişənin həllinə maraqlı olan şəxslərə müstəqil davranma şəraiti yaradar. Məsələn, belə deyək, ATƏT-in Minsk qrupunun həmsədirlərinin bu məsələdə dominant olan Rusiyanın iştirakı olmadan istənilən zaman hərbi təxribatlar olduğu təqdirdə, birbaşa qarşı tərəflə danışıqlara girib təxribatların qarsısın almaq imkanı var. Bu həm də Ermənistanla-Azərbaycana vasitəçi olmadan danışıqların aparılmasına imkan yaradırdı. Buna baxmayaraq, Paşinyanın növbəti dəfə Dağlıq Qarabağ probleminin həllində sərsəm hərəkətlərə yol verməsi onu göstərdi ki, bu adam konkret şəkildə siyasətdən uzaq bir şəxsdir. Paşinyan anlamalı idi ki, Düşənbədə baş verən ayaqüstü söhbət məhz Rusiyanın təzyiqi ilə baş tutmuşdu. Çünki spontan olaraq adətən iki düşmən dövlətin rəhbərləri arasında bu cür münaqişələr müzakirə edilmir. Təbii ki, Rusiya Federasiyasının lideri Vladimir Putinin Azərbaycana səfəri çərçivəsində bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən xahiş etdiyi ehtimal olunur. Bu məsələnin həlli bu gün Paşinyana hava, su kimi lazımdır, amma o, bunun fərqində deyil".

Politoloq onu da əlavə edib ki, bu gün Ermənistanda iqtisadi-siyasi vəziyyətin həddən artıq gərgin olması ölkəni idarəedilməz hala gətirib çıxarıb:

"Ermənistanın qanunverici orqanı iflic vəziyyətdədir. Hökumət başçısı istefaya gedib. Bütün məsələlərin əsas səbəbi olan növbədənkənar parlament seçkilərinin isə konkret tarixi təyin edilməyib. Bu qədər qarışıq bir zamanda Paşinyana özünün olmayan nüfuzunu qoruyub saxlaya bilməsi üçün ayrıca zaman lazım idi. Qarabağ klanı isə Dağlıq Qarabağ cəbhəsində hərbi təxribatlar törətmək imkanına malikdir. Ona görə də, İlham Əliyevlə Paşinyan arasındakı kiçik dialoq bu cür təxribatların qarşısını almağa yönəlik bir addım idi. Bunu Paşinyan kimi təcrübəsiz siyasətçi anlamalı idi. Təəssüf ki, bütün bunlara rəğmən, yenidən Azərbaycanın işğal altında olan torpaqlarında bu cür qanunsuz hərəkətlərə yol verilir. Bu anlaşmanı çıxmaza aparır. Bütün bunlar onu göstərir ki, Nikol Paşinyan ona vaxt ayıracaq, sərsəm bəyanatlarına cavab veriləcək qədər önəmsənilməməlidir. Azərbaycan öz qiymətli vaxtını qətiyyətli addımlara ayırmalı və bunun nəticəsində yeni bir proses yaratmalıdır. Bu proses yaradılarsa, bütün dünya gücləri Ermənistanı danışıqlar masasına oturmağa və Azərbaycanın torpaqlarını geri qaytarmağa məcbur edəcək. Proses deyərkən nəzərdə tutduğum Aprel döyüşləri fonunda hərbi hərəkətlərə başlamaqdır. Azərbaycan bunun üçün ilk olaraq paytaxt Bakıda bütün təşkilatların, səfirliklərin, hüquqşünasların iştirakı ilə Beynəlxalq Qarabağ Konfransı keçirməlidir. Bundan sonra düşünürəm ki, bütün Azərbaycan dövlətinin adından son dəfə olaraq Ermənistana işğal edilmiş torpaqlardan çıxmalarına dair ultimatum xarakterli mesaj göndərilməlidir. Qarşı tərəf razılıq verməzsə, Azərbaycan BMT-nin nizamnaməsi çərçivəsində ona verilən hüquq yönündə addım atmağa başlamalıdır. Bundan sonra Azərbaycan özünün müəyyənləşdirdiyi zaman çərçivəsində, lokal sürətli hərbi əməliyyatlara başlamalıdır".

Natiq Miri Azərbaycanın Kəlbəcərlə bağlı BMT-yə müraciət etməsinin fayda verəcəyini düşünmədiyini də dilə gətirib:

"BMT-nin mandat verdiyi ATƏT-in minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həllinə bu günə qədər hansı reaksiyanı veriblərsə, bu, bundan sonra da belə də davam edəcək. Onların bu məsələyə reaksiya verəcəyi, Ermənistana nizamnamənin müddəalarını xatırladacağını düşünmürəm. Onların mövqeyi bəllidir, kənardan tamaşa etmək".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1963   Tarix: 19 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

24 aprel
.

"Ermənistanın havadarına çevrilməkdə olan ABŞ açıq şəkildə Azərbaycan ordusunun gücündən narahatdır" - POLİTOLOQ

Xəbər verdiyimiz kimi, ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nd

23 aprel
.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

25 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü olub. Bununla bağlı məlumat yayıb. 11:49. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibd

24 aprel
.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25 aprel
.

Prezident: "Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir"

"Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir. Məhz bu səbəbdən Avropa Komissiyasının sədri, ABŞ-nin Dövlət katibi və Ermənistanın baş nazirinin tarixdə görünməmiş Brüssel görüşündən narahatlığımızı bildirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezident

23 aprel
.

"Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinə sürətlə gedir" - Politoloq

Dünən 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Yaxın gələcəkdə hansı əraziləri

24 aprel
.

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində SON DURUM

Ermənistanla Azərbaycan arasındakı şərti sərhədin Qazax istiqamətindən görüntülər yayılıb. Ermənistan mediasında yayılan kadrlarda hazırda işğal altında olan Bağanis Ayrım kəndində azərbaycanlılara məxsus viran qalmış evlər əks olunub. Həmçinin Ermənistan KİV-də bölgədə delimitasiya prosesinin aparılmasın

23 aprel
.

Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT + FOTO

Naxçıvan Muxtar Respublikasının (MR) baş naziri vəzifədən azad olunub. APA xəbər verir ki, Naxçıvan Ali Məclisinin qərarı ilə MR-in Baş naziri Səbuhi Məmmədov işdən azad edilib. Ali Məclisin digər qərarı ilə muxtar respublikanın yeni Baş naziri Ceyhun Cəlilov təyin olunub. Fotoda Ceyhun Cəlilov

25 aprel