Donuz ətinin zərərləri
Donuz əti dində haram sayılır. Bu barədə həm "Quran", həm "İncil" vasitəsi ilə insanlar xəbərdar edilib. Öz nəcisini yeməsi bu heyvanın ətinin infeksiya yaymasına səbəb olur. Ümumiyyətlə, donuzun əti bir çox xüsusiyyətinə görə zərərli hesab edilir.
Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, bu ətin zərərləri və acı nəticələri barədə yazıb:
Az bişmiş donuz əti bağırsaqlarda donuz qurdları, parazit və bakteriyaların inkişaf edərək çoxalmasına gətirib çıxarır. Bu isə insanda ağrı, ishal, hərarət, əzələ zəifliyi, halsızlıq və mədə pozğunluğu kimi əlamətlərlə özünü göstərir.
İnfarkt riski
Donuzda olan doymuş yağlar ürək xəstəliyi üçün ən mühüm risk amillərindən biridir. Doymuş yağlar "pis" xolesterin olan LDL xolesterin səviyyələrini artırıb ürək xəstəliyinə yaxalanma ehtimalını artırır. Doymuş yağlar, piylənməyə səbəb olduğu kimi, həm də ürək və digər orqanlara mənfi təsir göstərir.
Sidik kisəsinin xərçəngi
Texas Universitetinin alimlərinin apardığı araşdırmaya görə, yaxşı bişmiş yaxud yanan ət sidik kisəsinin xərçənginə yaxalanma ehtimalını artırır! Yüksək temperaturda bişirilmiş donuz xərçəngə səbəb olur. Məlum olub ki, donuz əti yeyənlər dana əti yeyənlərə nisbətən sidik kisəsinin xərçənginə daha çox yaxalanır.
Böyümə hormonları
Donuz ətinin tərkibində böyümə hormonu da çoxdur. Ona görə də bu ətdən çox istifadə etmək ona gətirib çıxaracaq ki, böyümə hormonu orqanizmdə toxuma şişlər və iltihablar yaradır. Bu hormon burun, çənə, əl və ayaq sümüklərinin anormal şəkildə böyüməsinə və orqanizmin piylənməsinə səbəb olur.
Donuz ətinin tərkibində olan histamin və imidazol adlı maddələr isə dəridə qaşınma yaradır. Nəticədə ekzema, dermatit, neyrodermatit kimi iltihabi dəri xəstəliklərinə zəmin yaradır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 2130 Tarix: 30 noyabr 2015
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yeni il ağacları təhlükəli ola bilər
"Yeni il ağacları ciddi allergiyaya səbəb ola bilər". "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu rusiyalı həkim Aleksandra Filyova deyib. O qeyd edib ki, allergiyanın səbəblərindən biri satışdan əvvəl daşınarkən və saxlanılarkən canlı ağacın qabığında və gövdəsində əmələ gələ
17 dekabrYeni ildə Şaxta baba QİYMƏTLƏRİ - 1 saatı 300 manat
Şaxta baba Yeni İlin əsas simvoludur. Mifiklərə əsasən, o, ağ saçlı, yaşlı, uşaqları sevən, onlara hədiyyə gətirən biri kimi təsəvvür edilir. Ölkəmizdə isə şaxta baba reallıqdan uzaqdır. Təxminən 30-35 yaşda qırmızı xalat geyinib İcra Hakimiyyətindən lisenziya alan şəxslər bu personaja çevrilə bilər
20 dekabrYaddaşı gücləndirməyin üsulları
Yaşın irəliləməsi ilə yaddaşın zəifləməsi, tez-tez unutqanlıq və diqqət dağınıqlığı kimi problemlər ortaya çıxa bilər. Bu cür halların qarşısını almaq məqsədilə xalq təbabətində bir sıra təsirli üsullardan istifadə olunur. "Qafqazinfo"nun məlumatına görə, ilk olaraq qanda hemoqlobin səviyyəsini
17 dekabrEvdə elə bir yer var ki... bir neçə dəqiqəyə stressi azaldır
Evdə bir neçə dəqiqə ərzində sakitləşdirən və rahatladan bir məkan mövcuddur. Bu barədə məlumat verir:. Evdə sakitlik guşəsi nədir?. Sakitlik guşəsi evdə istirahət və bərpa üçün xüsusi ayrılmış məkandır. Bu zona stress səviyyəsini azaltmağa, diqqəti toplamağa və daxili tarazlığı bərpa etməyə kömək edir
19 dekabrHansı sadə vərdişlər beyni cavan saxlamağa kömək edir?
ABŞ-nin Florida Universitetinin alimləri sadə gündəlik vərdişlərin beyni təxminən on il "cavanlaşdıra" biləcəyini sübut ediblər. Bu barədə "ScienceDaily" nəşrinə istinadən məlumat verir. Məlumata görə, iki il davam edən araşdırma sübut edib ki, qoruyucu davranış faktorları beyin sağlamlığın
18 dekabrGündə bir və ya iki dəfə qida qəbulunun FƏSADLARI
"Gündə üç dəfə qida qəbulundan imtina etmək maddələr mübadiləsini poza bilər". xəbər verir ki, bunu diyetoloq və qastroenteroloq Viktoriya Qonçar -ya açıqlamasında bildirib. Həkimin fikrincə, qida qəbulu arasında müddət, yuxu saatlarını saymasaq, 3-5 saat təşkil etməlidir. "Belə intervalla
19 dekabr