Evdar xanım yoxsa çalışan qadın: hansı yaxşıdır?

Evdar xanım yoxsa çalışan qadın: hansı yaxşıdır?Bu gün çalışan qadınların sayı getdikcə artmaqdadır ki, bu da müxtəlif səbəblərlə bağlıdır.
Yəni qadınların bir qismi cəmiyyətə inteqrasiya olmaq, karyera əldə etmək, maddi problemlərini həll etmək və digər səbəblərlə bağlı çalışmaq qərarına gəlirlər. Bəzi qadınlar isə əksinə, çalışmaq istəmir, vaxtını yalnız ailəsinə sərf etməyə üstünlük verirlər. Bu baxımdan bəzi qadınlar çalışanların, bəziləri isə evdar qadınların daha xoşbəxt olduğunu düşünürlər.
Çalışmaq nəyə mane olur?
Gencaile.az bildirir ki, İngiltərədə aparılan bir araşdırmaya görə, evdar qadınlar çalışan qadınlara nisbətən daha xoşbəxtdirlər. Araşdırma göstərir ki, evdar qadınlar evdə vaxt keçirərkən daha az sıxılır və özlərini daha dəyərli hiss edirlər. Qadınlar evdə uşaqları ilə vaxt keçirərkən özlərini daha xoşbəxt hiss edir və işə dönmək istəmirlər. Hətta İngiltərədə qadınların iş sahəsində daha çox rol almasını istəyən yeni bir qayda hazırlanır ki, burada kişi və qadının çalışması şərtilə 5 yaşdan aşağı uşaqların xərcləri üçün aylıq 1200 funt-sterlinq ödənməsi nəzərdə tutulur.
Türkiyədə aparılan araşdırmada da çalışan qadınların xoşbəxt olmadıqları və gələcəyə inamla baxmadıqları müəyyən edilib. Qadınların xoşbəxt olmamağının səbəbləri arasında işə yönəlmək və ailə qurmaqda gec qalmaq, hələ də kişilərin təzyiqinə məruz qalmaq kimi səbəblər göstərilir. Özəl şirkətlərdə çalışan universitet məzunları, 23-40 yaş arasında 400 qadın arasında aparılan araşdırma çalışan qadınların o qədər də xoşbəxt olmadığını ortaya çıxarıb. Nəticədə, çalışan qadınların 62 faizinin xoşbəxt olmadığı, 71 faizinin isə gələcəkdən ümidsiz olduğu aydınlaşıb. "Xoşbəxtsinizmi?" sualına 38 faiz qadın "bəli" cavabını verib. Qadınlar xoşbəxt olmadıqlarının bəzi səbəblərini belə qeyd ediblər: "İşə çox vaxt ayırıram, şəxsi həyata vaxtım qalmır, uşağım olmasını istəyirəm, amma vaxtım yoxdur. Karyeramda yüksəlmək üçün çox güzəştə gedirəm, az qazanıb çox xərcləyirəm, karyerada hələ kişilərə üstünlük verildiyini düşünürəm, işsiz qalmaqdan qorxuram, ailə qurmaq üçün doğru namizəd tapa bilmirəm, sürətlə yaşlandığımı düşünürəm, uşaqlarıma vaxt ayıra bilmirəm, işimi sevmirəm və s."
Qadınlar çalışdıqları işdən məmnun və gələcəkdən ümidli olmadıqlarını da ifadə ediblər. "Həyatınızı yenidən qurmaq şansınız olsaydı, eyni işi seçərdinizmi?" sualına qadınların 41 faizi "bəli" və 59 faizi "xeyr" cavabı verib. Onların 71 faizi gələcəyə ümidsiz, 29 faizi isə ümidlə baxır.
Amerikalı alim L.M. Alfons isə öz yazısında 1364 yeni ana olmuş qadın üzərində aparılan araşdırmaya toxunub. Bu araşdırmada ən az yarım gün çalışan qadınların, evdə uşaqları ilə vaxt keçirməyə qərar verən analara görə daha sağlam və xoşbəxt olduqları göstərilir. Həmçinin bu araşdırmaya görə, bir ananın çalışmasının çox faydası var. Belə ki, həftədə 1 saat ilə 32 saat arasında çalışan qadınlar uşaqlarının ehtiyaclarına qarşı daha həssas olurlar, çalışmayan analara nisbətən daha az depressiyaya meyllidirlər və həyat yoldaşları ilə ev işlərini daha yaxşı paylaşırlar. Tam iş saatı çalışan analar isə daha stresli olmalarına baxmayaraq, onlarda bütün gün evdə olan qadınlara nisbətən daha az depressiya əlamətləri görmək mümkündür.
Nəhayət, digər bir araşdırmanın nəticələrinə görə, çalışan qadınların 78 faizi məhz "çalışan qadın" olmaqdan məmnundur. Araşdırmaya görə, uşaqlarının yaşı 18-dən aşağı olan min qadın çalışmağının ana olmağa əngəl olmadığını bildirib. Sadəcə bu deyil, çalışmağın faydaları da göstərilib. Çalışan bir qadın olmanın uşaqları üçün yaxşı bir nümunə olduğunu düşünənlər 50 faiz təşkil edir. Həmçinin çalışmanın daha yaradıcı bir ana və iş yerində fərqli baxış bucağına sahib olmağa imkan yaratdığını düşünənlərin sayı isə 40 faizdir. Digər 32 faiz isə ana olduqdan sonra iş yerində üzərlərinə daha çox yeni məsuliyyət, rollar götürdüklərini deyirlər. Bundan başqa, çalışan qadınların böyük əksəriyyəti - 77 faizi evdə uşaqlarını böyütməkdə köməkçinin olduğunu deyirlər.
Xoşbəxt adam odur ki, səhər işə, axşam evə tələsir
Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İctimai Birliyinin sədri Lyudmila Xəlilova bildirir ki, qadının xoşbəxtliyi yalnız onların evdar və ya çalışan olması ilə ölçülmür: "Təbiətin qadına verdiyi xoşbəxtlik - ana olmaqdır və bu mənada onun üçün ailə sahibi olmaq çox əhəmiyyətlidir. Bununla yanaşı, öz övladlarını gözəl tərbiyə etmək üçün qadın özü kifayət qədər savadlı, bilikli və dünyəvi düşüncələrə sahib olmalıdır, yəni təhsilli olmalıdır. Bəzən qadının özünü övladlarına həsr etməsi və ya digər qayğılar onu evdar qadına çevirir".
L.Xəlilovanın fikrincə, əgər bu qadının öz seçimidirsə, bu onun üçün əhəmiyyətlidirsə və o bunu özünə bir mənəvi borc bilirsə, o elə həmin zaman da xoşbəxt ömrün sahibi kimi görünür. Onun sözlərinə görə, bu qayğılar olmadıqda, qadın təhsilini davam etdirdikdə, hər hansı sahədə peşəkar olduqda, o özünü həyatda realizə etmək arzusunda olanda, həm də öz sevdiyi işlə məşğul olanda, orada öz uğurlarını yaşayanda, özünü lazımlı və gördüyü işin faydalı olduğunu görəndə də qadın özünü xoşbəxt hiss edir: "Qadının xoşbəxtliyi onun tək işdə əldə etdiyi uğurlarla yox, həm də şəxsi həyatda qazandığı nailiyyətlərlə ölçülməlidir. Həyatda harmoniyanı tarazlayan qadın özü də bu harmoniyanı yaşayanda xoşbəxt olur. Belə bir söz var: "Xoşbəxt adam odur ki, səhər işə, axşam evə tələsir"".
Çalışmayanlar çalışanlara hərdən həsəd də aparırlar
Uzun illərdir müəllimə kimi çalışan Validə Şamilova deyir ki, harada çalışmasından asılı olmayaraq sevilən qadınlar xoşbəxtdirlər: "Yəni elə qadın var ki, işi əladır, amma öz aləmində tənhadır. Yaxud evdardır, amma tənhadır, sevilmir. Amma sevilərkən hər halında xoşbəxtdir. Mən xoşbəxtliyi çalışmağımda görürəm. Çünki ətrafımda, işlərimdə sağlam rəqabət aparan dostlar var. Mən də öyrənirəm, çalışıram, işlərimdən güc alıram. Hiss edirəm ki, cəmiyyətə faydam dəyir və daha yaxşı nailiyyətlərə doğru addımlayacağam".
V. Şamilovanın sözlərinə görə, ətrafında olan, tanıdığı xanımların işləyəndən sonra özlərini daha optimist fikirli xanım kimi hiss etdiklərinin şahidi olub. O da vurğulandı ki, xoşbəxtlik insanın həyat amalından asılıdır: "Əgər qarşısında cəmiyyətə qatılıb bir işlə məşğul olmaq onun niyyətidirsə, şikayət etmir. Yox, əgər sadəcə qismətilə barışıb özünü mətbəxdə görürsə o, öz xoşbəxtliyini orada tapacaq. Məsələn, mən islərimdə irəliləyiş olmayanda depressiyaya düşəcək qədər bir hal yaşayıram. İşdən yorulmuram. Məncə, çalışan qadınlar xoşbəxtdirlər. Çalışmayanlar çalışanlara hərdən həsəd də aparırlar".
Həmsöhbətimin sözlərinə görə, işləyəndə ev işlərini daha tez çatdırmaq olur, nəinki işləməyəndə: "Bunu rəfiqələrim də təsdiqləyirlər. Məsələn, mən bu gün səhər saat 4-də durub yemək bişirmişəm. Bilirdim ki, akademiyaya, universitetə gedib işlərimi görəcəm. İşə gedəndə ev işlərini planlı görürük. Bilirik ki, vaxtımız məhduddur. Yoxsa arxayın oluruq, bəzən işlər yarımçıq qalır. İşim olmasa, yaradıcılığım olmasa, mən depressiyaya düşərəm. Həyat mənim üçün qaranlıq olar. Mən bu gün çalışdığım üçün bir qadın olaraq xoşbəxtəm".

"xeberaz"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1473   Tarix: 12 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. "İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərində

17 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021