Abel Məhərrəmov özünü necə yandırdı - prezident rektoru bu səbəbdən qovdu? / Sensasiya

Abel Məhərrəmov özünü necə yandırdı - prezident rektoru bu səbəbdən qovdu? / SensasiyaƏvvəlcə, Airbus-319A təyyarəsi ilə uçmağa hazırlaşan nümayəndə heyəti öz yerini tutduqdan sonra təyyarə 2 saata qədər havaya qalxa bilməyib. Buna səbəb isə sərnişinlərdən birinin - nümayəndə heyətinin tərkibində yer alan BDU-nun rektoru, akademik Abel Məhərrəmovun 2 tonluq baqajı olub. Səfər iştirakçıları noyabrın 10-da Madriddən qayıdanda da eyni hadisə ilə üzləşməyə məcbur olublar. Yalnız A.Məhərrrəmova və onun ölkəmizin İspaniya Krallığındakı səfir işləyən oğluna məxsus 2 tona qədər yük boşaldıldıqdan sonra təyyarənin uçuşuna icazə verilib.

Sual oluna bilər ki, bir nəfər bu qədər yüklə niyə səfərə çıxır. Mənbəmizin məlumatına görə, haqqında danışdığımız yük adi yol çemodanları yox, hörmətli akademikin və onun səfir oğlunun şərab biznesinə aid çəlləklər imiş. Sən demə, şərab dolu çəlləklər kontrabanda yolu ilə Azərbaycandan İspaniyaya aparılır və orada şüşələrə doldurularaq qeyri-qanuni şəkildə geri qaytarılır. Sonra isə ispan şərabı adı ilə A.Məhərrəmova məxsus şadlıq evlərində, restoranlarda və digər ticarət nöqtələrində satılır.

Lakin A. Məhərrəmovu "yandıran" səbəb onun diribaş biznesmen olması, hörmətli şeyxin təyyarəsini özünün yükdaşıma nəqliyyat vasitəsi hesab etməsi yox, Madridin "Eurostar Madrid" otelinin restoranında adını çəkmək istəmədiyimiz millət vəkillərindən biri ilə yeyib-içdiyi vaxt saldığı dava-dalaşdır. Əldə etdiyimiz məlumata görə, gətirdiyi şərablardan və cürbəcür ispan içkilərindən qəbul etdikdən sonra hörmətli akademik bəziləri ilə "haqq-hesab çürütmək" fikrinə düşüb. "Haqq-hesab" o qədər səs-küylü və aqressiv olub ki, nəinki restoran və oteldəkilər, hətta ətraf məhəllələrdə yaşayan sakinlər də narahat olublar. Yalnız ispan polisi işə qarışdıqdan sonra dava-dalaş dayanıb və bardakı hörmətli həmvətənlərimiz dağılışıblar.

Bəs A.Məhərrəmovu özündən çıxaran o məşum səbəb nə imiş? Deyilənə görə, Azərbaycanın İspaniyadakı səfiri, hörmətli akademikin oğlu Anar Məhərrəmovla şeyxin qudası Əli Evsen adlı iş adamı arasında olan ixtilaflar ucbatından baş verən bəzi "hörmətsizlik"lər onu özündən çıxarıb. Abel müəllimin fikrincə, Əli Evsen ona və oğluna lazımi diqqət göstərməyib. Hətta Abel müəllim o gecə qeyzlənərək lovğa-lovğa söyləyirmiş: "BDU elə-belə yer deyil. Minlərlə gəncin, yüzlərlə ziyalının toplaşdığı bir müəssisədir. Əgər mən istəsəm onların gücü ilə bir anda ölkədəki sabitliyi poza bilərəm." Mənbəmizin verdiyi məlumata görə, A.Məhərrəmov hətta şeyxi gecəyarı qaldığı nömrədən çıxararaq qudasına "tərbiyə" verməsi" tələbi ilə restorana gətizdirib.

Səfər iştirakçılarından birinin dediyinə görə, o gecənin səhəri tədbirin keçirildiyi salonda da utandırıcı anlar yaşanıb. Hələ də özünə gələ bilməyən Abel müəllim, çıxış edərkən olduqca yayğın olub, məntiqsiz və rabitəsiz sözlər səsləndirib. Mənbəmizin dediyinə görə, orada olan yerli və xarici jurnalistlər, ötən gecə baş verənlərdən xəbərdar olan konfrans iştirakçıları öz aralarında pıçıldaşaraq, onun hələ də ayılmadığını deyir və rişxəndlə gülürdülər.

Bütün bunlardan sonra yəqin ki, A.Məhərrəmov özünün və oğlunun taleyini həll edib. Daha bundan sonra minlərlə tələbənin oxuduğu və çoxsaylı ziyalının işlədiyi BDU ona etibar edilməyəcək. Atalar demişkən artıq tamah baş yarar. Abel müəllimin də tamahı özünün və oğlunun başını beləcə yardı.

P.S. İndicə aldığımız məlumata görə ölkə başçısı Abel Məhərrəmovu BDU-nun rektoru vəzifəsindən azad edib. Bax beləcə, Abel Məhərrəmov da vüsala qovuşdu...

"Musavat"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 16847   Tarix: 15 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

DİQQƏT! Bu dondurmalar zəhərləyir - Necə ayırd etmək olar?

Dondurma ən məşhur yay məhsullarından biridir. Lakin süddən hazırlanan bu məhsul həm də zəhərləmə potensialı ən yüksək olan qidalar arasındadır. xəbər verir ki, dondurmadan zəhərlənməmək üçün bir neçə sadə qaydaya əməl etmək lazımdır. Mütəxəssislər kristallaşan dondurmaları yeməmək barədə xəbərdarlı

9 may
.

Bakıda dörd dostun faciə ilə bitən əyləncəsi: Qaranlıqda gizlənən MƏQAMLAR - VİDEO

Paytaxtın Səbail rayonunda fəaliyyət göstərən hotellərin birində zəhərlənən dörd dostla bağlı əhali arasında müxtəlif fikirlər səslənib. Onların qidadan zəhərləndiyi bildirilsə də, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu məlumatı təkzib edib. Zərərçəkənlərin qohumları isə fərqli fikirdədirlər

9 may
.

DİQQƏT! Bakıda bu yol bağlıdır

Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsi, metronun "Nəriman Nərimanov" stansiyası istiqamətində aidiyyəti dövlət qurumu tərəfindən asfalt örtüyünün yenilənməsi işləri aparılır. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektua

10 may
.

"Müstəqil Azərbaycan dövlətinin hər bir atributu Heydər Əliyevin adı, onun yorulmaz fəaliyyəti ilə bağlıdır" - DEPUTAT

"Heydər Əliyev şəxsiyyəti Azərbaycan tarixində, milli-siyasi təfəkkürümüzdə, dövlətçilik şüurumuzda çox böyük məna yükünü daşıyan əsas siyasi fiqurdur". Bunu -a danışan deputat Müşfiq Cəfərov bildirib. Deputat qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin hər bir atributu Heydər Əliyevin adı

10 may
.

Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Səfər çərçivəsində Almatı şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iki ölkə arasında "Sülhün və dövlətlərarası münasibətlərin təsi

10 may
.

Elm və Təhsil Nazirliyi Ramiz Mehdiyevin oğluyla işbirliyində - Milyonluq satınalma...

"Ramiz Mehdiyevin oğlunu 2 milyonluq, Əli Həsənovun şirkətini 115 min manatlıq tenderin "qalibi" seçib". "Cəmi 20 gün əvvəl yazmışdım. Elm və Təhsil Nazirliyi tender müsabiqəsi keçirmədən Ramiz Mehdiyevin oğluna məxsus şirkət ilə 2 milyon manatlıq satınalma müqaviləsi imzalayıb"

10 may
.

Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA

1 saylı Bakı İstintaq Təcridxanasında (Kürdəxanı) bit xəstəliyinin tüğyan etdiyi iddia olunur. Bu barədə məlumatlar sosial şəbəkələrdə yayılıb. Bizim.Media məlumatı dəqiqləşdirmək üçün Penitensiar Xidmətlə əlaqə saxlayıb. Penitensiar Xidmətin mətbuat katibi Tanrıverdi Mustafayev cavab olaraq bildiri

10 may
.

Ağcabədidə qəza: 84 yaşlı sürücü ölüb

Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. APA xəbər verir ki, Hindarx qəsəbəsində 1991-ci il təvəllüdlü Emil Sahib oğlu Mirzəyevə məxsus VAZ-21011 markalı avtomobillə 1940-cı il təvəllüdlü Türbəndə Talış oğlu Quliyevə məxsus VAZ-2106 markalı avtomobil toqquşub. Nəticədə Türbəndə Quliye

10 may
.

Veteran pulları ilə bağlı SEVİNDİRİCİ XƏBƏR - 160 manat...

Son günlər dövlətin ayırdığı müavinətlər arasında veteran pulunun da artırılması məsələsi müzakirə mövzusuna çevrilib. Müharibə iştirakçıları hazırda 80 manat müvainət alsa da bu məbləğin az olması zaman-zaman dilə gətirilib. -in məlumatına görə, millət vəkili Vüqar Bayramov da veteran pulunun artırılmas

10 may