Elm və Təhsil Nazirliyi Ramiz Mehdiyevin oğluyla işbirliyində - Milyonluq satınalma...
"Ramiz Mehdiyevin oğlunu 2 milyonluq, Əli Həsənovun şirkətini 115 min manatlıq tenderin "qalibi" seçib"
"Cəmi 20 gün əvvəl yazmışdım. Elm və Təhsil Nazirliyi tender müsabiqəsi keçirmədən Ramiz Mehdiyevin oğluna məxsus şirkət ilə 2 milyon manatlıq satınalma müqaviləsi imzalayıb".
Bunu iqtisadçı Allahverdi Aydın sosial media hesabında yazıb.
O qeyd edib ki, Elm və Təhsil Nazirliyi bu dəfə də Əli Həsənovun ailə üzvlərinə məxsus şirkəti 115 min manatlıq tenderin "qalibi" seçib: "Deməli, "Azərbaycan Müəllimi" qəzeti Elm və Təhsil Nazirliyinin rəsmi mətbuat orqanıdır. Yəni "Azərbaycan Müəllimi" qəzetinin sahibi (təsisçisi) Elm və Təhsil Nazirliyidir. Amma, nazirlik öz qəzetini Əli Həsənova bağlı olan "Azərmətbuatyayımı" ASC-dən satın alır. Üstəlik, 8 səhifəlik qəzetin bir ədədini 1 manata alacaq".
"8 səhifəlik qəzetin 1 manata alınması "Dövlət satınalmaları haqqında "Qanunun 19-cu maddəsinin tələbinin pozulması deməkdir. Həmin maddədə yazılır ki, satınalan təşkilat tərəfindən ehtimal olunan qiymət təsdiq olunmadan satınalmaya başlanıla bilməz. Əgər ölkədə 16 səhifəlik qəzetlərin pərakəndə satış qiyməti 60 qəpikdirsə, 8 səhifəlik qəzetin topdansatış qiymətinin 1 manat olması o deməkdir ki, nazirlik ehtimal olunan qiyməti düzgün hesablamayıb. Bu da Qanunun tələbinin pozulması deməkdir", - deyə iqtisadçı vurğulayıb.
İqtisadçı bildirib ki, "Azərmətbuatyayımı" ASC-nin təsisçisi "Kaspi Mətbuat Yayım" MMC-dir. Hər iki şirkətin rəhbəri eyni şəxsdir - Salmanov Süleyman Əli oğludur.
"Kaspi Mətbuat Yayım" MMC-nin dövlət qeydiyyatına alındığı hüquqi ünvanda - Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında Əli Həsənоvun ailə üzvlərinə bağlı olan şirkətlər yerləşir: "Məsələn, Əli Həsənovun həyat yoldaşının rəhbərlik etdiyi olan "Kaspi Education" MMC də (VÖEN – 1701352711) bu ünvanda qeydiyyatdadır. Yeri gəlmişkən, qeyd edim ki, elm və təhsil nazir də əvvəllər "Kaspi Education" MMC-də Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb".
"Arqument.az" Elm və Təhsil Nazirliyindən məsələyə münasibət öyrənə bilməyib/Arqument.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2138 Tarix: 10 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind
4 noyabrSabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər
3 noyabrDaha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları
4 noyabrAstarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı
Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru
4 noyabrAğır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar
Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu
3 noyabr3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək
3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını
4 noyabrUşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə
4 noyabrXırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib
Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var
4 noyabr