Azərbaycanda dərslər sentyabrın 1-dən BAŞLAYACAQ? - AÇIQLAMA

Azərbaycanda dərslər sentyabrın 1-dən BAŞLAYACAQ? - AÇIQLAMABir çox valideynin, şagird və tələbələrinin narazılıq etdiyi məsələ dərs ilinin iyunun 14-ə qədər davam etməsidir. İyun ayında havalar çox isti keçdiyindən şagirdlərin dərs davamiyyətində problemlər yaranır. O cümlədən şagirdlərin bir çoxu bu müddət ərzində dərslərdə belə iştirak etmirlər. Bu gün Azərbaycanda mövcud tədris sistemi ən çətin model olaraq qiymətləndirilir. Dərsliklər sadələşdirilməli və şagirdlərə müvafiq imkanlar yaradılmalıdır. Bu baxımdan ilk olaraq tədris müddəti ilə bağlı narazılıqlar aradan qaldırılmalıdır. Bu baxımdan Azərbaycanda tədris ili senytabrın 1-dən başlayıb mayın 31-də bitə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan təhsil məsələləri üzrə ekspert Elşən Qafarov bildirib ki, ölkədə tədris ilinin müddəti 34 həftədir. Dərslər sentyabrın 15-də başlayır və iyunun 14-də bitir. Son 10 ildə tədris ilinin müddətinə bir neçə dəfə dəyişiklik edilir:

"İlk dəfə 2004-cü ildə prezidentin müvafiq sərəncamı ilə dərslər sentyabrın 1-dən yox 15-dən başladı və mayın 31-də də bitirdi. Digər tərəfdən 30 oktyabr 2014-cü il tarixində Nazirlər Kabinetinin 362 saylı qərarı ilə tədris ilinin müddətinin uzadılmasına qərar verildi. Tədris ili mayın 31-i yox iyunun 14-ü bitməyən başladı. Belə ki, tədris ili 34 həftəyə qaldırıldı. Amma bu qərar 2015-2016-cı il tədris ilindən tətbiq olunmağa başladı. Həmin vaxtlardan hər tədris ilinin başa çatma ərəfəsində və yeni tədris ilinin başlanması zamanı tədris verənlər, şagirdlər və valideynlər tərəfindən təkliflər gəlir ki, tədrisin iyunun 1-dən 14-ə qədər olan müddətdə ölkənin müəyyən regionlarında, xüsusilə Aran bölgələrdə isti olduğundan tədrisi təşkil etmək olmur".

Ekspertin sözlərinə görə, məktəblərimizdə havalandırma sistemi qurulmadığına görə tədrisin təşkilində müəyyən çətinliklər var:

"Əsas təklif bundan ibarətdir ki, tədris ili sentyabrın 1-də başlayıb 31-də bitsin. Düşünürəm ki, bu da kifayət qədər əsaslıdır. Bizim təkliflərimiz ondan ibarətdir ki, tədris ilinin müddətində və gedişində müəyyən dəyişikliklər etmək lazımdır. Tədris ilinin sentyabrın 1-də başlayıb, mayın 31-ə qədər aktivlik hissəsi təmin olunmalıdır. İyun 1-14-ə qədər olan müddətdə isə BSQ və yekun qiymətləndirilmənin keçirilməsi daha doğru olardı. İyun 1-14-ə qədər olan müddətdə aktiv dərslər keçilməsin. Bu təklifimiz qəbul edilərsə, müvafiq sahədə olan narazılıqlar aradan qalxmış olar".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 17651   Tarix: 10 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozduğuna görə "Ford" markalı nəqliyyat vasitəsinin sürücüsü E.Həsənov saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, yoxlama zamanı müvafi

29 iyun
.

NASA-nın məxfi sənədlərində Ayda yadplanetli bazasının ehtimalı qeyd olunub

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) ictimaiyyətə açıqladığı yeni məxfi sənədlərdə Ay səthində yadplanetlilərə aid bazanın olması ehtimalından bəhs edilir. -ın məlumatına əsasən, sözügedən faktla bağlı "Daily Mirror" nəşri xəbər yayıb. Məlumata görə, ABŞ hakimiyyətini

17 iyun
.

Türkiyədə mədəndə uçqun: Ölən var

Türkiyənin Bolu bölgəsində mədəndə baş verən uçqun nəticəsində bir nəfər ölüb. xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb. Hadisə Mengen rayonu ərazində baş verib. Hələlik hadisənin səbəbi məlum deyil. Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır

17 iyun
.

Nirezo Official Azərbaycanın tanınmış endirim bloq səhifəsi

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosial şəbəkələrdə geniş auditoriyaya sahib olan platforma hər gün minlərlə istifadəçin

17 iyun
.

Ərini öldürəndən sonra silahla arvadını da hədələyibmiş - Yevlaxdakı qətlin təfərrüatı

Ötən ilin iyulunda Yevlaxın Malbinəsi kəndində 1985-ci il təvəllüdlü Ruslan Mustafayevi güllələyərək öldürən şəxsin məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə mərhumun 1957-ci il təvəllüdlü həmkəndlisi Əli Rəsulova hökm oxunub. Bildirili

23 iyun
.

Hava KƏSKİN DƏYİŞİR: Bu tarixdən LEYSAN BAŞLAYIR - XƏBƏRDARLIQ

Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensi

5 sentyabr
.

Azərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur

Azərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur. Sözügedən məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə çıxarılan "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksin

24 iyun
.

Gürcüstanda 20 yaşlı azərbaycanlı qız faciəli şəkildə öldü

Gürcüstanın Saqareco vilayətində yaşayış evində baş verən partlayış nəticəsində İlia Dövlət Universitetinin 20 yaşlı tələbəsi Lamiyə Allahverdiyeva dünyasını dəyişib. -yə istinadən xəbər verir ki, hadisə mətbəxdə qaz sızması nəticəsində baş verən partlayış zamanı qeydə alınıb. Partlayış nəticəsində gən

23 iyun
.

Pirşağıda dənizdə qadın batıb

Abşeronda daha bir nəfər dənizdə batıb. -a istinadən xəbər verir ki, hadisə Pirşağı çimərliyində qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Raisa Abbasova dənizdə çimərkən boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır

29 iyun