Azərbaycanda vergi tarixində inqilabi dəyişikliyə - Ekspertdən şərh

Azərbaycanda vergi tarixində inqilabi dəyişikliyə - Ekspertdən şərhXəbər verdiyimiz kimi, 2019-cu ildən etibarən Vergi Məcəlləsində mühüm dəyişikliklər gözlənilir. Belə ki, aylıq əməkhaqqı 8 000 manatadək olan qeyri-neft və qeyri-dövlət sektorunda çalışan vətəndaşlar üçün gəlir vergisi 0 səviyyəsində müəyyənləşdirilir və təklif edilir. Əməkhaqqı 8 000 manatdan yuxarı olan məbləğə gəldikdə isə fiziki şəxslərin gəlir vergisinin 14% həcmində müəyyənləşdirilməsi təklif edilir. Güzəştlərin 7 il müddətinə tətbiq olunması gözlənilir.

İqtisadiyyatçı ekspert Natiq Cəfərli Məcəllədə nəzərdə tutan dəyişiklikləri "Qafqazinfo"ya şərh edən zaman bildirib ki, bunu kifayət qədər inqilabi dəyişiklik adlandırmaq olar:

"Ölkəmizdə əmək müqaviləsi ilə çalışan 1 milyard 600 minə yaxın insan var. Onların təqribən 650 minə yaxını məhz qeyri-neft sektorunda, yəni özəl sektorda çalışır. Əvvəllər həmin şəxslər ortalama 14% gəlir vergisi ödəyirdi. Yeni dəyişikliklərə əsasən 8 min manatadək maaş alanlar üçün həmin gəlir vergisi sıfırlanacaq. Əməkhaqqı 8 000 manatdan yuxarı olan məbləğə gəldikdə isə fiziki şəxslərin gəlir vergisinin 14% həcmində olması nəzərdə tutulub. Ölkəmizdə də 8 min manatdan yuxarı maaş alan çox cüzi bir kəsim var. Ona görə deyə bilərik ki, dəyişiklik böyük bir kütləyə şamil ediləcək".

İqtisadçının sözlərinə görə, güzəşt vergisinin ləğv olunmasının yeganə əvəzi kimi vətəndaşlara sosil müdafiə fonduna olan ödənişlərin artırılması nəzərdə tutulub:

"Əvvəllər maaşın 3 faizi Sosial Müdafiə Fonduna köçürülürdü. Dəyişikliklərə əsasən isə 200 manatdan yuxarı maaş alanlar 6 manat üstəgəl maaşlarının 200 manatdan yuxarı olan hissəsinin 10 faizini Fonda ödəniləcək. Gəlir vergisinin ləğv olunması insanların maaşlarında müəyyən artıma səbəb olacaqdısa, Fonda olan ödənişlərin artımı bunu kompensasiya edəcək. Yəni dəyişiklik tamamilə vergilərdən azad olunmaq demək deyil.

Daha aydın olması üçün bir misal da çəkək.

Azərbaycanda ortalama maaş 560 manata yaxındır. Bu rəqəmi 500 manat götürək. 500 manat maaş alan işçi gəlir vergisindən tamamilə azad olunacaq. Amma 200 manata görə Sosial Müdafiə Fonduna ödədiyi 6 manat + 300 manatın 10%-i 30 manat, toplamda 36 manat Fonda pul ödəyəcək. Ancaq yenə də, güzəştli vergilərin ləğvi, insanların cibində bir qədər artıq pul qalmasına səbəb olacaq".

N. Cəfərli son olaraq onu da qeyd edib ki, Fonda ödənişlərin artımın əsas səbəbi də gələn il bu qurumun tamamilə dövlət büdcəsindən ayrılmasının nəzərdə tutulmasıdır:

"Bu, 2012-ci ildə baş verməli idi, ancaq maaşların rəsmiləşdirilməsi prosesində problemlər yaşandığı üçün baş verməmişdi. Fonda dövlət büdcəsindən ayrılan vəsaitlər azaldılacaq, əvəzində vətəndaşlardan tutulan vəsaitlər artırılacaq.

Güzəştli vergilərin ləğvinin təbii ki, büdcəyə təsiri olacaq. Ancaq ciddi bir dəyişikliyin olması gözlənilmir. Dövlət büdcəsinə təqribən 150 milyon manat az vergilər şəklində vəsait daxil olacaq. Ancaq Fonda 70-80 milyon əlavə vəsaitin daxil olması gözlənilir. Bu da, az da olsa ödənişləri kompensasiya edəcək".

Qeyd edək ki, işçinin aldığı əmək haqqı 200 manatdan çox olarsa, o zaman işçi 6 manat + 200 manatdan artıq məbləğin 10%-i miqdarında sosial sığorta haqqı ödəyəcək. Bu halda işəgötürən 44 manat + 200 manatdan artıq məbləğin 15%-i miqdarında sığorta haqqı ödəyəcək.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 4440   Tarix: 16 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Xakerlərin istədiyi pul ödəndi, ABŞ-ın ən böyük yanacaq kəməri fəaliyyətini BƏRPA ETDİ

ABŞ-ın ən iri daxili yanacaq boru kəməri sistemi Colonial Pipeline həftənin çərşənbə günü fəaliyyətini qismən, dünən isə tam bərpa edə bilib. Lakin iddialara görə, bu, heç də operator şirkətə havayı başa gəlməyib. -a istinadən xəbər verir ki, bir sıra amerikan KİV-lərinə istinadla xəbər verir ki, ad

14 may 2021
.

Azərbaycanda ərzağın qiyməti niyə bahalaşır? - AÇIQLAMA

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

17 may 2021
.

"Elmlər Akademiyası" stansiyasının pəncərələrinə 5,3 mln manat xərclənəcək

"Bakı Metropoliteni" QSC "Elmlər Akademiyası" stansiyasının inzibati binasının 5-ci mərtəbəsində pəncərələrin hazırlanıb quraşdırılması işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Nimex"

25 avqust 2021
.

İnvestisiya Holdinqinin idarə edəcəyi qurumlarla bağlı - Sərəncam

Baş nazir Əli Əsədov Prezidentinin "Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı"nda dəyişiklik edilməsi haqqında" Fərmanının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb

8 may 2021
.

Laçında ətrafında içki məclisi qurulduğu iddia edilən bulağı salan şəxsin övladı danışdı - VİDEO

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə çəkiliş üçün Laçına gedən bir qrup rəsmi şəxsin və deputatın Laçında Humay Hümbətov adlı şəxsin xatirəsinə salınmış bulaq başında kef məclisi qurması ilə bağlı iddialar yayılıb. Yayılan məlumatda bildirilir ki, qeyd edilən məclisdə Laçın rayonunun deputatı Mahi

19 may 2021
.

Dünya bazarında neft qiymətləri necə dəyişib?

Dünya bazarında neft qiymətləri yüksəlib. Bu barədə RT məlumat yayıb. Belə ki, WTI markalı neftin avqust fyuçersləri 0,15 faiz bahalaşıb və bir barelinin qiyməti 66,52 ABŞ dolları təşkil edib. "Brent" markalı neftin sentyabr fyuçersləri 0,16 faiz bahalaşıb və dəyəri 68,73 ABŞ dolları olub

20 iyul 2021
.

Çip defisitinə görə "Toyota" istehsalı kəskin azaldır

Yaponiyanın avtomobil nəhəngi "Toyota" gələn ay bütün dünya üzrə avtomobil istehsalını 40 % azaldacaq. Report-a istinadən xəbər verir ki, şirkət çip çatışmazlığına görə, sentyabrda 900 min yerinə 500 min avtomobil istehsal edəcək. İstehsalın azalmasına görə gələn aydan Yaponiyadakı bir neç

19 avqust 2021
.

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,43 ABŞ dolları, yaxud 0,6 % azalıb. xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 73,53 ABŞ dolları təşkil edib. Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağ

4 sentyabr 2021
.

İyulun 22-nə USD/AZN rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 22-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən -a bildirilib ki, bankın iyulun 22-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,700 manat səviyyəsində müəyyən olunub

17 iyul 2021