Abel Məhərrəmovun sələfləri: kimlər gəldi, kimlər getdi -TAM SİYAHI

Abel Məhərrəmovun sələfləri: kimlər gəldi, kimlər getdi -TAM SİYAHIXəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru (BDU) Abel Məhərrəmov noyabrın 15-də vəzifəsindən azad edilib. Sonxeber.az xəbər verir ki, A. Məhərrəmov indiyədək universitetə rəhbərlik etmiş 24 rektordan biridir.

Belə ki, əsası 1 sentyabr 1919-cu ildə qoyulan universitetin bu günədək 24 rektoru olub. Universitetin ilk rektoru Vasili İvanoviç Razumovskidir. Ümumiyyətlə 24 rektordan 4-ü qeyri-azərbaycanlı olub. A. Məhərrəmov universitetə ən uzun müddət rəhbərlik edən rektordur. O, 19 il BDU-nun rektoru vəzifəsində çalışıb.

Maraqlıdır ki, A. Məhərrəmovdan əvvəl bu posta müvafiq olaraq, keçmiş təhsil naziri Misir Mərdanov və Milli Məclisin sabiq spikeri Murtuz Ələsgərov təyin edilib. Digər maraqlı fakt ondan ibarətdir ki, universitetə rəhbərlik etmiş 24 rektordan yalnız 2-si həyatdadır - Abel Məhərrəmov və Misir Mərdanov.
Onu da qeyd edək ki, BDU-nun əvvəlki adları S.M Kirov adına Azərbaycan Dövlət Universiteti, M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universiteti olub.

Azərbaycanın ilk ali məktəbi olan BDU-nun 24 rektorunu təqdim edirik:

1. V.I.Razumovski (1857-1935) Vasili İvanoviç Razumovski 1919-1920-ci illərdə BDU-ya rəhbərlik etmiş ilk rektordur.

2. S.N.Davidenkov (1880-1961) Sergey Nikolayeviç Davidenkov 1920-1923-cü ilərdə rektor olmuşdur.

3. A.D.Qulyayev (1870-1930) Aleksandr Dmitriyeviç Qulyayev 1923-26-cı illərdə rektor olmuşdur.

4. T.A.Şahbazi (1892-1937 ) Tağı Şahbazi Simurq1926-1929-cu illərdə BDU-nun ilk Azərbaycanlı rektor uolmuşdur.

5. V.S.Yelpatyevski (1877-1937) Vladimir Serqeyeviç Yelpatyevski 1929-cu ildə rektor olmuşdur.

6. M.M.Məmmədov (1897-1937) Maqsud Məmməd oğlu Məmmədov 1929 - 1930-cu illərdə rektor olmuşdur.

7. M.Ə.Ələkbərli (1892-1937) Məmmədkazım Ələkbər oğlu Ələkbərli 1934 -1935-ci illərdə rektor olmuşdur.

8. B.C.Həsənbəyov (1899-1937) Balabəy Cabbar oğlu Həsənbəyov Ələkbərli 1935–1937-ci illərdə rektor olmuşdur.

9. Ə.M.Əliyev (1897-1962) Əziz Məmmədkərim oğlu Əliyev 1937-ci ildə rektor olmuşdur.

10. C.A.Ələsgərov (1907-1969) Cəbrayıl Ağaəli oğlu Ələsgərov 1937-41-ci illərdə rektor olmuşdur.

11. Ş.R.Əliyev 1912-1969) Şamil Rəhim oğlu Əliyev 1941-1941 -ci illərdə rektor olmuşdur.

12. A.İ.Qarayev (1910-1968) Abdulla İsmayıl oğlu Qarayev1944-1950 -ci illərdə rektor olmuşdur.

13. C.Z.Hacıyev (1910-1961) Cəfər Xəndan Zeynal oğluHacıyev1950-1954 -cü illərdə rektor olmuşdur.

14. Y.H.Məmmədəliyev (1905-1961) Yusif Heydər oğlu Məmmədəliyev1954-1958 -ci illərdə rektor olmuşdur.

15. Ş.F.Mehdiyev (1911-1985) Şəfayət Fərhad oğlu Mehdiyev 1958-1965-ci illərdə rektor olmuşdur.

16. M.S.Əliyev (1907-1972) Mehdi Sadıq oğlu Əliyev1965-1970-ci illərdə rektor olmuşdur.

17. F.M.Bağırzadə (1926-1988) Faiq Məmməd oğlu Bağırzadə1970-1987-ci illərdə rektor olmuşdur.

18. Y.C.Məmmədov (1930-2000) Yəhya Cəfər oğlu Məmmədov 1987-1989-cu illərdə rektor olmuşdur.

19. C.B.Quliyev (1927-2010) Cəmil Bahadur oğlu Quliyev 1989-1990-cı illərdə rektor olmuşdur.

20. M.G.Qasımov (1939-2008) Mirabbas Göycə oğlu Qasımov 1990-1992-ci illərdə rektor olmuşdur.

21. F.Y.Səməndərov (1939) Firudin Yusif oğlu Səməndərov1992-1993 -cü illərdə rektor olmuşdur.

22. M.N.Ələsgərov (1928) Murtuz Nəcəf oğlu Ələsgərov 1993-1996-cı illərdə rektor olmuşdur.

23. M.C.Mərdanov (1946) Misir Cümayıl oğlu Mərdanov 1996-1998-cı illərdə rektor olmuşdur.

24. A.M.Məhərrəmov (1950) Abel Məmmədəli oğlu Məhərrəmov 1999-2018-ci illərdə rektor olmuşdur.

Məftun


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 10678   Tarix: 19 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır

"Rusiya Qarabağ ərazisində dağıdılmış abidələrlə bağlı məsələlərin həllində Azərbaycan və Ermənistana kömək göstərməyə hazırdır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. "Ermənistan və Azərbaycan arasında mədəni abidələrin, tarixi abidələrin v

25 aprel
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

24 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar. Bu barədə AZƏRTAC məlumat yayıb

25 aprel
.

Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsi prosesi başlayıb

2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Baş nazirinin müavin

23 aprel
.

"Ermənistanın havadarına çevrilməkdə olan ABŞ açıq şəkildə Azərbaycan ordusunun gücündən narahatdır" - POLİTOLOQ

Xəbər verdiyimiz kimi, ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nd

23 aprel
.

Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar ediblər. xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb

22 aprel
.

Azərbaycan-Qırğızıstan münasibətləri türk dünyasının birliyinə mühüm töhfələr verir

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə kəmiyyət və keyfiyyətcə intensivləşən münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir və strateji xarakter alır. Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistanla münasibətlərimiz çoxşaxəli olmaql

24 aprel
.

Prezident: "Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir"

"Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir. Məhz bu səbəbdən Avropa Komissiyasının sədri, ABŞ-nin Dövlət katibi və Ermənistanın baş nazirinin tarixdə görünməmiş Brüssel görüşündən narahatlığımızı bildirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezident

23 aprel
.

Azərbaycan XİN Avropa Parlamentinə cavab verib

Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq. report-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Avropa Parlamentinin 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə bağlı bildirib

26 aprel