İrəvanı qorxuya salan Azərbaycan və Pakistan FAKTORU: Pərdəarxasında NƏLƏR BAŞ VERİR?

İrəvanı qorxuya salan Azərbaycan və Pakistan FAKTORU: Pərdəarxasında NƏLƏR BAŞ VERİR?Bütün hərbi təşkilatlar kimi ümumi müdafiə prinsipi əsasında qurulan Kollektiv Təhlükəsizlik Müdafiəsi Təşkilatı (KTMT) son vaxtlar ən ağır dövrünü yaşayır. Prosesləri bizim üçün maraqlı edən amil isə təşkilat daxilində müşahidə olunan qarşıdurmanın bir tərəfində Ermənistanın yer almasıdır. Ermənistanın təşkilatda məhz təklənən tərəf olması isə prosesləri daha maraqlı hala gətirir.

Publika.az-a müsahibəsində politoloq İlqar Vəlizadə KTMT daxilində baş verən prosesləri və İrəvanın digər üzv dövlətlərlə qarşıdurmaya getməsinin səbəblərini şərh edib.

- Hazırda KTMT daxilində hansı proseslər baş verir, müşahidə olunan qarşıdurmanın səbəbləri hansılardır?

- Avqustda təşkilat daxilindəki ekspert qrupu bir təklif hazırladı. Təklif ondan ibarətdir ki, KTMT-də iki status yaradılsın: müşahidəçilik və partnyorlar. Bu statuslar KTMT-nin fəaliyyətini gücləndirməyə imkan yaradır. Digər tərəfdən isə təşkilata tərəfdaş ölkələri cəlb etməyə imkan verir. İndi dünyada qutbləşmə prosesi aktivləşib və müxtəlif hərbi-siyasi mərkəzlərin yaradılmasına başlanılıb və yeni formatlar əmələ gəlir. Bu proseslərə cavab olaraq KTMT-də də müəyyən dəyişikliklər baş verir. Struktur dəyişiklikləri təklifi ilə təşkilatın əsas üzvləri – Rusiya, Belarus və Qazaxıstan çıxış edir. Onlar başa düşürlər ki, digər hərbi-siyasi mərkəzlərlə rəqabət aparılması üçün təşkilatda bu dəyişikliklər vacibdir. Burada əsas məqsəd bu və ya digər şəkildə yeni üzvlərin, yaxud da müşahidəçilərin cəlb olunmasıdır.

- Belə çıxır ki, təşkilatda sözügedən dəyişikliklərə qarşı çıxan yeganə ölkə Ermənistandır...

- Partnyor və müşahidəçi statusuna bir neçə ölkə namizəd sayıla bilər. Bunlardan biri Özbəkistandır, həmçinin Pakistan və Azərbaycan istisna edilmir. Ermənistanı qıcıqlandıran məqam məhz budur. Burada maraqlı bir məsələ var. Hazırlanmış statuslar dövlət başçıları tərəfindən də təsdiq olunub. Yəni, belə statusları tətbiq etmək olar. Amma iş ondadır ki, Ermənistan veto hüququndan Azərbaycan, həmçinin Pakistana (Pakistan Ermənistanın müstəqilliyini tanımır –red.) qarşı istifadə edə bilər. KTMT-nin digər üzvləri prosedur qaydalarını dəyişmək, veto hüququnu aradan qaldırmaq istəyirlər. Pərdəarxasındakı mübahisələr elə bundan ibarətdir.

- Bu qarşıdurmanın perspektivini necə görürsünüz, böhranın hansı formada həll olunması gözlənilir?

- Məsələ ondan ibarətdir ki, Ermənistan KTMT üçün problemə çevrilib. Azərbaycanın adı hallansa, yaxud da KTMT-nin regional problemlərə qoşulmaqla bağlı fikirləri səslənsə, İrəvan dərhal reaksiya verir və bu da təşkilatın əl-qolunu bağlayır. Yaxud da əksinə, KTMT-ni təhlükəli məsələlərə qoşmaq istəyir. KTMT-nin Azərbaycan-Ermənistan müharibəsinə cəlb olunma cəhdləri artdıqca, bu, təşkilatın özü üçün, konkret olaraq Belarus, Qazaxıstan və Rusiyaya problemlər gətirir. Azərbaycan Xəzər dənizində Qazaxıstan və Rusiya ilə birgə təhlükəsizlik qaydalarının təmin olunmasında iştirak edir. Ermənistanın cəhdləri bu imkanları məhdudlaşdırır. Xüsusilə, Qazaxıstanın buna reaksiyası mənfidir.

- Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan bir neçə gün əvvəl bildirdi ki, KTMT ilə bağlı bəyanatlarına görə Belarus və Qazaxıstan liderlərindən hesabat tələb edəcək. Bu bəyanat özü ilə hansı nəticələri gətirə bilər?

- Bu, siyasi savadsızlıqdan irəli gələn məsələdir. Paşinyan axı kimdir ki, kimdənsə nəsə hesabat tələb etsin. O, Ermənisanın müdafiə və xarici işlər nazirlərindən nəsə tələb edə bilər, yaxud da Yuriy Xaçaturovdan nəsə tələb edə bilərdi. Baxmayaraq ki, Xaçaturov KTMT-nin rəhbəri idi, amma o, Ermənistan vətəndaşı idi. Paşinyan bunu müstəqil ölkələrin başçıları ilə bağlı edə bilməz. Paşinyan dərk etmir ki, belə bəyanatlar bu ölkələrlə uzunmüddətli böhrana aparır. O, bu böhrandan asanlıqla çıxa bilməyəcək. Ya üzr istəməli, ya da hansısa vasitələrlə öz səhvini etiraf etməlidir. Hesab edirəm ki, bu cür bəyanatlar gələcəkdə Belarus və Qazaxıstanla "soyuq müharibə"yə gətirib çıxaracaq, bu ölkələr Ermənistanla heç bir münasibət qurmaq istəməyəcəklər, çalışacaqlar ki, kənarda dursunlar. Ermənistan üçün bu ölkələrlə yeganə vasitəçi Rusiyadır. Rusiya da istəyir ki, Ermənistanın xarici siyasətində öz rolunu oynasın. Rusiya Ermənistanda ciddi sual altında olan nüfuzunu artırmaq üçün bu konfliktlərdən istifadə etməyə çalışacaq, çox güman ki, artıq çalışır.

- Yəni, Rusiyanın hazırda KTMT daxilində müşahidə olunan qarşıdurmaya münasibətdə susqunluq nümayiş etdirməsi konkret hədəfdən irəli gəlir?

- Əlbəttə, Rusiyada gözləyirlər ki, bu böhran daha da dərinləşsin. Məlumdur ki, Ermənistan böhranın həlli üçün sonda Rusiyaya müraciət edəcək. Axı iş KTMT ilə bitmir, Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvüdür. Ermənistana kreditlərin ayrılması məsələsi ittifaq çərçivəsində qalxsa, Belarus və Qazaxıstan buna veto qoya bilər. İrəvan məcbur olub Rusiyaya üz tutacaq ki, ona kömək etsin. Bu da Ermənistanın xarici siyasətində Rusiyanın nüfuzunu artıra bilər. Ermənistan onsuz da dalandadır və bu cür bəyanatla Ermənistanı daha çıxılmaz vəziyyətə salır.

- Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Belarusa səfər etdi. Səfər zamanı imzalanan sənədlərdən biri də "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Belarus Respublikasının Dövlət Hərbi-Sənaye Komitəsi arasında hava hücumundan müdafiə silah və texnikasının təchiz olunması sahəsində ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi haqqında Anlaşma Memorandumu" oldu. Sənədə İrəvanın reaksiyasını necə qiymətləndirirsiniz?

- Bu məsələdə Ermənistan rəhbərliyinin savadsız mövqeyini bir daha görürük. Azərbaycan-Belarus hərbi əməkdaşlığı ən azı 2000-ci illərin əvvəllərində başlayıb və təxminən 15 ildən çoxdur davam edir. Bu müddət ərzində Belarusdan tanklar, atıcı silahlar və raket sistemləri almışıq. Ermənistan təxminən 10-12 il bu məsələyə dinc yanaşırdı. Azərbaycan "Polonez" raket sistemi alandan sonra Ermənistan narahat olmağa başladı. Bizim Belarusdan "Polonez" almağımız bu ölkə ilə 12 illik hərbi əməkdaşlığımızın nəticəsidir. Ermənistan da daxil olmaqla, kim olursa-olsun, başqalarına görə öz siyasətimizdə korrektələr aparmaq fikrində deyilik. Belarusla uzunmüddətli əməkdaşlıq ona gətirib çıxarıb ki, tərəflər o məsələnin astanasındadırlar ki, vahid texnologiyalar üzərində birgə müəssisələr yaradılsın. Bu barədə konkret danışıqlar gedir və planlar var. Bu planlar sırf Ermənistanla bağlı deyil. Başqa məsələlər var. Azərbaycan silah istehsalçılarından biridir və eyni zamanda öz silahlarını satmaq niyyətindədir. Burada Belarusla Azərbaycanın maraqları üst-üstə düşür. Azərbaycanın öz bazarı formalaşır, Belarusun öz bazarı var. Düşünürəm ki, hərbi-texniki əməkdaşlıq bu müstəviyə gəlib çıxıb, təkcə Dağlıq Qarabağ münaqişəsini deyil, digər məsələləri də həll etməyə yönəlib. Fikrimcə, gələcəkdə də ikitərəfli münasibətlərdə bu istiqamət ən perspektivli istiqamətlərdən biri olacaq.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1602   Tarix: 23 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

G7 ölkələrinin XİN rəhbərləri gələn həftə Əfqanıstanı müzakirə edəcəklər

"G7" ölkələrinin xarici işlər nazirləri gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər. TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib. "Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün "G7" gələn həftə xarici işlə

5 sentyabr 2021
.

Türkiyə səfirindən Bakının azad olunması ilə bağlı PAYLAŞIM

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib. "Bu gün Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin 103-cü ildönümüdür. B

15 sentyabr 2021
.

Qazaxıstanın parlament nümayəndələri Şuşa və Füzuliyə səfər edib

Sentyabrın 12-də ölkəmizdə səfərdə olan Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygül Kuspanın başçılıq etdiyi parlament nümayəndə heyəti Şuşa və Füzuli şəhərlərində olub. Bu barədə -a Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsində

12 sentyabr 2021
.

"Caliber": Ermənistan dövlətçiliyinin mövcudluğu Türkiyə və Azərbaycandan asılıdır - VİDEO

"Caliber" layihəsinin Türkiyənin Sütçü İman Universitetinin professoru, politoloq Toğrul İsmayılla geniş müsahibəsinin ikinci hissəsi təqdim olunub. Müsahibədə türkiyəli politoloq regional güc balansı, Ermənistan dövlətçiliyinin saxlanılmasında Azərbaycan və Türkiyənin oynadığı rol, 44 günlü

30 avqust 2021
.

Yeni "Taliban" hökumətində kimlər olacaq? - ARAŞDIRMA

Avqustun 15-də "Taliban"ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra bütün gözlər yeni hökumətin necə qurulacağına yönəldi. Euronews-a istinadən xəbər verir ki, "Taliban" mənbələrindən əldə edilən məlumata görə, Şeyx əl-Hadis Məvləvi Abdulhakim Sahib Əmir əl-Muminun (Möminləri

4 sentyabr 2021
.

Bakıda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimləri başladı

Bu gündən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən -a məlumat verilib. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələri

12 sentyabr 2021
.

Mehriban Əliyeva Xocavənddən paylaşım edib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocavənd rayonundan paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevin Xocavənd rayonundakı fotosunu paylaşıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-preziden

29 avqust 2021
.

Prezident siyasi partiyaların ofisləri ilə bağlı göstəriş verdi

Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160B ünvanındakı binanın həyəti Baki Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır. Bu barədə -a siyasi partiyalardan məlumat daxil olub. Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işlər

4 sentyabr 2021
.

Rusiya Dumasında pedofillər üçün edam cəzası müzakirə olunur

Rusiyada pedofillər üçün edam cəzasının geri qaytarılması zəruridir. Bu təklifi deputat, Rusiya Dövlət Dumasının Dövlət Tikintisi və Qanunvericilik Komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov irəli sürüb. Yemelyanov Kiselyovskda əvvəllər cinsi təcavüzə görə məhkum edilmiş şəxs tərəfindən on yaşl

8 sentyabr 2021