Dilqəm Əsgərov və Şahbaz Quliyev geri qaytarılır? AÇIQLAMA
Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevi geri qaytarmaq istəmədiklərini etiraf edib. Paşinyan bu etirafı Azərbaycan Ordusu tərəfindən ələ keçirilən erməni kəşfiyyatçı Karen Kazaryanın qohumlarının etiraz aksiyasına münasibət bildirərkən bildirib.
"Azərbaycan tərəfi hamını hamıya dəyişdirmək barədə plan təqdim edib. Biz buna getməliyik? Bəs ölənlərin ailəsindən soruşmusunuz? Daha iki Ramil Səfərovu qaytaraqmı?",-deyə Paşinyan bildirib.
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupundan Modern.az-ın sorğusuna cavab olaraq hazırda girovların azad olunması istiqamətində işlərin davam etdirildiyi bildirilib:
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, aidiyyəti dövlət qurumları tərəfindən Ermənistan Respublikasının işğalında olan Dağlıq Qarabağ bölgəsində yaradılmış separatçı rejim tərəfindən 2014-cü ildə girov götürülmüş və qeyri-qanuni məhkəmənin "hökmü" ilə azadlıqdan məhrum edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması istiqamətində zəruri tədbirlər davam etdirilir".
2014-cü il iyul ayında əslən Kəlbəcərdən olan Dilqəm Əsgərov və Şahbaz Quliyev işğal altında qalan ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər.
Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində "məhkəmə" qurulub.
"Məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Onlar Şuşa türməsində saxlanılır. Həmin yerdə daha bir Azərbaycan vətəndaşı - Elnur Hüseynzadə də saxlanılır.
Sonxeber.az
Telegramda izləyin
Müharibə Baxılıb: 3142 Tarix: 29 noyabr 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Üzeyir Cəfərov: "Hərbçilərin statusu barədə yeni qanun qəbul olunacaq"
"Hərbi qulluqçuların statusu barədə yeni qanun qəbul olunacaq". Bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. O bildirib ki, yeni qanun layihəsində bir çox yeniliklər var:. "Bir sıra sənədlərin və məsələlərin təkmilləşməsinə ehtiya
27 iyun 2021Ağdam, Xocalı və Xocavənd istiqamətindəki mövqelərimiz atəşə tutuldu
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən avqustun 21-i saat 23:40-dan etibarən avqustun 22-i saat 00:40-dək Ağdam rayonunun Muğanlı, Xocalı rayonunun Sığnax və Xocavənd rayonunun Tağavard yaşayış məntəqələri istiqamətind
22 avqust 2021Kəlbəcər istiqamətində mövqelərimiz atəşə TUTULDU
İyulun 25-də saat 15:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi və avtomatlardan fasilələrlə atəşə tutub. Müdafiə Nazirliyini
25 iyul 2021Füzulidə erməni hərbçisinin meyiti tapıldı
Erməni axtarış qrupları bu gün Füzulidə daha 1 erməni hərbçisinin meyitini tapıblar. xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Bununla da 14 noyabr 2020-ci ildən indiyədək aparılan axtarışlar nəticəsində tapılan erməni əsgər meyitlərinin sayı 1580 olub. Axtarışlar Azərbaycan Ordusunu
19 iyun 2021Füzuli və Cəbrayılda 4 erməni hərbçisinin meyiti tapıldı
Azərbaycanın Füzuli və Cəbrayıl rayonları ərazisində daha 4 ermənin meyiti tapılıb. xəbər verir ki, məlumatı "Sputnik Armeniya" yayıb. Bildirilib ki, 2020-ci il noyabrın 10-dan sonra işğaldan təmizlənən Azərbaycan ərazisində aparılan axtarış nəticəsində Ermənistan 1595 ermənin meyiti və y
3 iyul 2021Azərbaycan əsgərləri erməni hərbçilərini sərhəddən qovdu - VİDEO
Azərbaycan Ordusunun hərbçiləri Azərbaycan - Ermənistan sərhədində təxribat törətmək istəyən bir qrup düşmən əsgərini ərazimizdən qovub. xəbər verir ki, bununla bağlı növbəti görüntülər sosial şəbəkələrdə yayılıb. Videoda təxribat törətməyə cəhd edən erməni hərbçiləri Azərbaycan Ordusunun əsgərləri tərəfində
26 iyun 2021"Haber Global": Zəhranın qanı yerdə qalmadı – VİDEO
Türkiyənin "Haber Global" televiziya kanalı erməni hücumu nəticəsində 2017-ci ildə qətl edilən balaca Zəhranın xatirəsinə həsr olunmuş süjet hazırlayıb. Süjetdə indiyədək məhfur düşmən tərəfindən çox sayda azyaşlı azərbaycanlının öldürüldüyü diqqətə çatdırılır. Qeyd olunur ki, son nəticəd
4 iyul 2021İraq Türkiyədən "Bayraktar TB2" PUA-larını alacaq
İraqın müdafiə naziri Cuma İnad Sadun Türkiyədən "Bayraktar TB2" PUA, 12 ədəd "T129 ATAK" helikopteri və 6 "KORAL" mobil elektron müharibə sistemi alması barədə razılaşma elan edib. -ın məlumatına görə, keçən həftə İstanbulda keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisin
28 avqust 2021Müdafiə Nazirliyi: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu
Avqustun 1-i saat 03.45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəş
1 avqust 2021