Vardanyanın məhkəmə istintaqı yekunlaşdı

Vardanyanın məhkəmə istintaqı yekunlaşdıAzərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 16-da davam etdirilib.

"Qafqazinfo" xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Sonra R.Vardanyanın müdafiəçisi Emil Babışov iki vəsatət təqdim edib.

Bildirib ki, sentyabrın 16-da keçirilmiş məhkəmə prosesi zamanı hüquqlarını qoruduğu təqsirləndirilən şəxs Ruben Vardanyan bir neçə vəsatət verib. Həmin vəsatətlərdən biri də şahid qismində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndəsinin məhkəmədə iştirakının təmin edilərək dindirilməsi barədə olub. Emil Babışov qeyd edib ki, müdafiə tərəfinin mövqeyinə görə, həmin təşkilatın nümayəndəsinin məhkəmədə şahid qismində iştirakı zəruridir. Belə ki, təqsirləndirilən şəxsin bildirdiyinə görə, ibtidai istintaq zamanı, eləcə də məhkəmə istintaqı dövründə müxtəlif vaxtlarda BQXK-nın nümayəndələri Ruben Vardanyanın müvəqqəti saxlanıldığı yerə gələrək, onunla görüşüblər. Onun ərzaqla və geyimlə təmin olunmasına, ailə üzvləri ilə əlaqə saxlanılmasına köməklik göstəriblər.

Vəkil bildirib ki, təqsirləndirilən şəxsin mövqeyinə əsasən, Komitə nümayəndəsinin məhkəmədə iştirakının təmin olunmasında əsas məqsəd onun cinayət prosesində statusunun müəyyənləşdirilməsindən ibarətdir. Bu səbəbdən, BQXK-nın nümayəndəsinin məhkəmədə şahid qismində iştirakının təmin olunmasına köməklik göstərilməsini xahiş edir.

Təqsirləndirilən Ruben Vardanyan da hüquqlarını qoruyan vəkilinin vəsatətini müdafiə etdiyini bildirib.

Vəsatətə münasibət bildirən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev Ruben Vardanyanın hazırda məhkəmədə baxılan cinayət işi üzrə statusunun təqsirləndirilən şəxs olduğunu xatırladıb. Vurğulayıb ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq təqsirləndirilən şəxs qismində cəlb olunub və ona ittiham elan edilib.

Bundan başqa, ona hüquqları izah olunub və bu barədə bildirişlər təqdim edilib, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilib. Bir ilə yaxındır davam edən məhkəmə prosesində təqsirləndirilən şəxs kimi öz hüquqlarından istifadə edir, hüquqlarını müdafiə edir, eləcə də vəsatətlər verərkən Cinayət Prosessual Məcəlləsinin 91-ci maddəsinə dəfələrlə özü istinad edib. Təqsirləndirilən şəxs kimi hüququndan istifadə edərək məhkəmə baxışı zamanı ifadə verməkdən də imtina edib.

Zəruri hesab etdikdə təqsirləndirilən şəxs qismində zərərçəkənlərə, şahidlərə suallar verir.

İttiham tərəfi hesab edir ki, Ruben Vardanyan özü də təqsirləndirildiyi cinayət işi üzrə prosessual statusunu başa düşür və dərk edir.

Göstərilən halda hər hansı beynəlxalq təşkilatın nümayəndəsinin məhkəmədə verəcəyi ifadənin şəxsin statusunu necə dəqiqləşdirəcəyi və ya nəyi müəyyənləşdirəcəyi təbii ki, qeyri-müəyyən haldır. Digər tərəfdən, beynəlxalq təşkilatın nümayəndəsi məhkəmə prosesində hansısa şəxsin statusunu müəyyənləşdirmir.

Qeyd olunanları nəzərə alaraq dövlət ittihamını müdafiə edən prokuror məhkəmədən vəsatətin təmin olunmamasını xahiş edib.

Məhkəmə tərəfləri dinlədikdən sonra yerində müşavirə keçirərək qərar qəbul edib.

Qərara əsasən vəsatət təmin olunmayıb. Qərarı əsaslandıran zaman sədrlik edən Zeynal Ağayev verilmiş vəsatətin baxılan işə aidiyyətinin olmadığını, hansısa bir sübut əhəmiyyəti daşımadığını və bu səbəbdən də rədd edildiyini deyib. Əlavə edib ki, məhkəmə şəxsin təqsirli olub-olmaması məsələsinə baxır. Hansısa beynəlxalq təşkilatın nümayəndəsinin bununla bağlı deyəcəklərinin məhkəmə üçün heç bir əhəmiyyəti yoxdur.

Sonra vəkil Emil Babışov məhkəməyə ikinci vəsatəti təqdim edib. Bildirib ki, cinayət işinin materiallarında iş üzrə təqsirləndirilən Ruben Vardanyanın istifadəsində olmuş ofisə və yaşadığı evinə baxış keçirilməsinə dair protokol və videomaterialların toplandığı disklər var. Müdafiə tərəfinin mövqeyinə görə, müvafiq istintaq hərəkətləri aparılarkən çəkilmiş videolardakı bəzi faktların aydınlaşdırılmasına zərurət olduğundan, müstəntiqin məhkəmədə şahid qismində iştirakı təmin edilərək dindirilməlidir.

Təqsirləndirilən Ruben Vardanyan vəsatəti müdafiə etdiyini deyib.

Vəsatətə münasibət bildirən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev müdafiə tərəfinin vəsatətinin əsassız olduğunu deyərək fikrini belə əsaslandırıb ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 95-ci maddəsində cinayət işi ilə əlaqədar səlahiyyətlərini yerinə yetirmiş müstəntiqin dindirilməsi üçün konkret əsaslar müəyyənləşib. Hazırda baxılan cinayət işi üzrə məhkəmə prosesində bu hallar aşkar olunmayıb. İttiham tərəfi hesab edir ki, müstəntiqin iş üzrə şahid qismində dindirilməsində zərurət yoxdur və müdafiə tərəfi fikrini kifayət qədər əsaslandırmayıb.

Qeyd edilənlər nəzərə alınmaqla vəsatətin rədd olunması xahiş edilib.

Məhkəmə tərəflərin fikirlərini dinləyərək qərar qəbul edib. Qərara əsasən, verilmiş vəsatət rədd edilib. Qərar əsaslandırılan zaman vurğulanıb ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 95-ci maddəsində şahid qismində dindirilə bilməyən şəxslər müəyyən edilib və müstəntiq həmin şəxslərə aiddir.

Bundan sonra iclasa sədrlik edən hakim Zeynal Ağayev məhkəmə istintaqının yekunlaşması ilə bağlı tərəflərin fikirlərini öyrənib.

Tərəflər məhkəmə istintaqının yekunlaşmasına və çıxışların başlanılmasına etiraz etmədiklərini bildiriblər.

Dövlət ittihamını müdafiə edən prokurorlar çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyiblər.

Məhkəmənin növbəti iclası dekabrın 18-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1141   Tarix: 16 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə proses

12 dekabr
.

İlham Əliyevdən amnistiya təşəbbüsü - 20 min nəfərə şamil olunması gözlənilir

Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi iradəsi və xilaskarlıq missiyası sayəsində müstəqil Azərbaycan dövləti qurulub möhkəmlənmiş, ulu öndərin rəhbərliyi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini yaradıb. Ulu öndərin siyasi kursunu

15 dekabr
.

"Ramiz Mehdiyev işində bir daha məlum oldu ki, özünü xalq fədailəri kimi göstərənlər əslində yalnız öz mənfəətlərini güdürmüşlər" - DEPUTAT

"Uzun illər ərzində xarici anti-Azərbaycan qüvvələrinin əlində oyuncaq olan və onlar tərəfindən idarə edilən Əli Kərimli və onunla eyni mənsəbə qulluq edən digər "milli" satqınlar hər zaman Azərbaycanın əldə etdiyi böyük tarixi qələbələrə kölgə salmaq və xarici mərkəzlərin bu yöndə apardığ

16 dekabr
.

İlham Əliyevin Slovakiyanın baş naziri ilə təkbətək görüşü olub

Dekabrın 9-da Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Baş naziri Robert Fitso ilə təkbətək görüşü olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Slovakiyanın Baş naziri dövlətimizin başçısını qarşılayıb. Azərbaycan Prezidenti və Slovakiyanın Baş naziri birg

9 dekabr
.

Taleh Qaraşovun oğlu general oldu

Bu gün Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən Fövqəladə Hallar Nazirliyinin 4 əməkdaşına ali hərbi və ali xüsusi rütbələr verilib. "Qafqazinfo" xəbər verir ki, həmin şəxslərdən biri Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu polkovnik Seymur Qaraşovdur

15 dekabr
.

Gültəkin Hacıbəyli Türkiyədən 5 illik deport olunur

Bir neçə gün öncə Türkiyədə saxlanılan sabiq deputat Gültəkin Hacıbəyli deportasiya olunacaq. "Qafqazinfo" xəbər verir ki, o, bu haqda sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edib ki, onun 5 il müddətinə deportasiya edilməsi ilə bağlı qərar artıq qəbul edilib. G.Hacıbəyli isə bu qərarl

15 dekabr
.

"Ulu Öndər Heydər Əliyev ən ümdə vəzifə kimi torpaqlarımızın işğaldan azad edilməsini qarşıya məqsəd qoymuşdu" - DEPUTAT

"Azərbaycan xalqı 12 dekabr tarixini Ümummilli Lider Heydər Əliyevin anım günü kimi dərin ehtiram və böyük minnətdarlıq hissi ilə yad edir. Bu tarix təkcə xatırlama mərasimi deyil, Azərbaycan xalqının öz xilaskarına olan ehtiramının ifadəsidi". Bu sözləri -a Milli Məclisin deputatı Müşfiq Cəfəro

12 dekabr
.

Prezident yeddi ölkə ilə imzalanmış sazişləri TƏSDİQLƏDİ

Prezident İlham Əliyev Qvineya-Bisau, Surinam, Bəhreyn Krallığı, Anqola Respublikası, Cibuti Respublikası, Maldiv Respublikası və Dominikan Respublikası hökumətləri ilə Azərbaycan Hökuməti arasında imzalanmış sazişləri təsdiqləyib. -a istinadən xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq qanunlar

15 dekabr
.

"Aİ Venesuela dosyesini bağlamır, sadəcə dondurulmuş vəziyyətdə saxlayır" - AÇIQLAMA

Avropa İttifaqı (Aİ) Şurası Venesuelaya qarşı məhdudlaşdırıcı tədbirlərin müddətini 10 yanvar 2027-ci ilə qədər uzatmaq qərarına gəlib. Sənəddə qeyd edilib ki, hazırda siyahıda aktivləri dondurulmalı olan 69 nəfər var. Onlara birbaşa və ya dolayı yolla vəsait, eləcə də, iqtisadi resurslar təqdim etmə

15 dekabr