Özəl klinikalarda müayinə neçəyə başa gəlir? - QİYMƏTLƏR

Özəl klinikalarda müayinə neçəyə başa gəlir? - QİYMƏTLƏRAzərbaycanda standartlara cavab verən özəl klinikalar artsa da, bu tibb müəssisələrində təklif olunan xidmətlərin qiyməti də yüksəkdir.

Bazar iqtisadiyyatına əsasən, klinikalarda təklif artdıqca rəqabət mühiti olmalı, qiymətlərdə də fərq hiss edilməlidir. Amma özəl klinikalarda "Check up" müayinə insanların aylıq gəlirindən yüksəkdir.

Sonxeber.az bildirir ki, Oxu.az-ın əməkdaşı qiymətlərlə daha yaxından tanış olmaq üçün bir neçə özəl klinika ilə əlaqə saxlayıb.

"Bakı Medical Plaza"da ümumi müayinə olmasa da, ayrı-ayrı xəstəliklərin müalicəsi üçün qiymətlər mövcuddur. Məsələn, nevroloji müayinə üçün 60-100 manat, ginekoloji müayinə üçün isə 70 manat ödəniş tələb olunur.

"Sağlam Ailə"də ginekoloji müayinə 30-50 manat təşkil edir. Qadınlar üçün ginekoloji "Check up" 267, gənc qızlar üçün isə 169 manat təşkil edilir.

"Avrasiya" hospitalında ümumi Check up müayinə olmasa da, ayrı-ayrı xəstəliklərin müayinəsi üçün qiymətlər mövcuddur. Burada müayinə 35 manatdan başlayır. Sadəcə, Xəzər Dəniz Gəmiçiliyin işçilərinə xüsusi "Check up" mövcuddur.

"İstanbul" klinikasında ümumi müayinə üçün isə 350 manat ödəməli olacaqsınız.

Bəs özəl klinikalarda qiymətlərin yüksək olmaması üçün nələr edilməlidir?

Professor Adil Qeybullanın sözlərinə görə, özəl klinikanın özünün gəlirləri var:

"Müayinənin növündən asılı olaraq, qiymətlər dəyişir. Elə müayinə metodları var ki, həddən artıq bahadır və əksəriyyəti bizdə olunmur. Əslində, bu müayinələrin əksəriyyəti dövlət xəstəxanalarında nəzərdə tutulmalıdır. Yəni sığorta əsasında edilməlidir. Bizdə icbari sığorta olmadığı üçün hər şey vətəndaşın üzərinə yüklənib".

Adil Qeybulla bildirib ki, problemdən çıxış yolu icbari tibbi sığortanın tətbiqidir:

"Özəl tibb müəssisələrinə vergi güzəştlərinin edilməsi hələlik gündəmdə deyil. Onun üçün icbari tibbi sığortanı tətbiqə başlanmalıdır".

Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev özəl səhiyyə müəssisələrinə vergi güzəştlərinin tətbiq olunmasını təklif edib:

"Özəl səhiyyə müəssisələri dövlətin sosial yükünü və məsuliyyətini daşıyır. Onlar vətəndaşlara xidmət edir, gəlirləri də vətəndaşların ödədikləri vəsait hesabına formalaşır. Bir sıra dövlətlərdə özəl tibb müəssisələri ya vergidən tam azad edilir, ya da güzəştli vergi tətbiq olunur. Bu baxımdan, özəl tibb sektoruna vergi güzəştlərinin tətbiq edilməsi yaxşı olardı".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2532   Tarix: 04 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda özəl klinikada əməliyyat olunan uşaq öldü

Bakıda özəl klinikada əməliyyat olunan uşaq ölüb. xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun "Kəpəz" hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatdan sonra vəfa

26 aprel
.

"Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək" - "Cümü"yə 18 il həbs verildi

Kürdəmirdə dostunu güllələyərək qətlə yetirən 1968-ci il təvəllüdlü Cümşüd İsmayılovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Bildirilib ki, rayonda "Cümü" ləqəbi ilə tanınan Cümşüd İsmayılov keçmi

26 aprel
.

Qalmaqala səbəb olan "23 aprel" şousu: Balaca uşaq Dilan Polat kimi hərəkətlər etdi - FOTO+VİDEO

Aprelin 23-də məktəb tədbirində balaca uşağa Dilan Polat təqlidini etdiriblər. türk mediasına istinadən xəbər verir ki, sözügedən tədbirdə azyaşlının çıxışı tənqidlərə səbəb olub. Belə ki, Uşaqların çıxış etdiyi şouda çəhrayı don geyinmiş, saçlarına saxta dollar taxmış balaca qız Dilan Polatın Enerc

25 aprel
.

Çernobıl qəzasından 38 il ötür

Bəşəriyyət tarixində ən böyük qəzalardan hesab edilən Çernobıl faciəsindən 38 il ötür. 1986-cı ilin bu günü yəni, aprelin 26-da Ukraynanın Kiyev vilayətində yerləşən Çernobıl atom-elektrik stansiyasının dördüncü enerji blokunda yanğın baş verib. Alov genişlənərək üç bloku bürüyüb. Hadisədən sonra həya

26 aprel
.

Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub. xəbər verir ki, bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, sözügedən məktəbin vakant olan direktor vəzifəsin

26 aprel
.

"Avropa Parlamenti gözündəki qara eynəyi çıxarıb Azərbaycana obyektiv baxmağı öyrənməlidir" - DEPUTAT

Xəbər verdiyimiz kimi aprelin 25-də Avropa Parlamenti Azərbaycan əlehinə növbəti qətnamə qəbul edib. Bununla bağlı -a danışan deputat Aydın Mirzəzadə bildirib ki, Avropa Parlamenti öz səlahiyyətlərindən kənara çıxır:. "Bu qurumun vəzifəsi Avropa Birliyinə daxil olan ölkələr üzrə ümumi normativ hüquq

26 aprel
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

25 aprel
.

Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü - Foto

Bakıda gənc qız dəm qazından boğulub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib. Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskv

26 aprel
.

Daha bir alim Ali Attestasiya Komissiyasına qarşı

Fəlsəfə üzrə elmlər doktoru, dosent Aydın Əlizadə Ali Attestasiya Komissiyası arasında məhkəmə çəkişməsi gedir. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iş hazırda Ali Məhkəmədədir. Aydın Əlizadə məhkəmə çəkişməsində iddiaçı qismində çıxış edir. Birinci məhkəmə instansiyası onun iddiasını təmnin etməyib

26 aprel