HAZIR OLUN! Nazir Samir Şərifovun ÇIXIŞINDAN SONRA "Devalvasiya qaçılmazdır"

HAZIR OLUN! Nazir Samir Şərifovun ÇIXIŞINDAN SONRA "Devalvasiya qaçılmazdır""Azərbaycana milli valyuta məzənnəsinin həddən artıq möhkəmlənməsi lazım deyil".

Bu sözləri Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib. Samir Şərifov fikrini "çox güclü manat Azərbaycan istehsalçılarının ixrac potensialına mənfi təsir edir. Onların məhsulları ixrac üçün daha az rəqabətə davamlı olur. Digər tərəfdən, yerli istehsalçılar daxili bazarda da rəqabətdə uduzmağa başlayırlar, çünki idxal olunan mallar daha da ucuzlaşır", sözlərilə əsaslandırıb.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, Samir Şərifovun səsləndirdiyi fikirlər prinsipcə iqtisadiyyatda bilinən bir şeydir.

İqtisadçı ekspert bildirib ki, həqiqətən də çox güclü valyuta ölkədəki ixracatçıların ziyanınadır:

"Məsələ burasındadır ki, Azərbaycan neft və qazdan başqa nə ixrac edir ki? Neft və qazın qiymətini isə biz müəyyən etmirik. Hətta neft və qazın qiymətini dünya iqtisadiyyatı yox, dünyanın geosiyasəti müəyyən edir".

Əkrəm Həsənov vurğulayıb ki, Azərbaycanda həqiqətən də sahibkarlığın möhkəmlənməsi üçün ciddi addımlar atılsa, bu zaman güclü manatın bizə mane olduğunu deyə bilərik:

"Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin "Hamı yerli mal alsın, xeyir vətənə qalsın", şüarı var idi. Bu fikir də düzgündür, ancaq gərək yerli sahibkara şərait yaradılsın. Yaradılacaq şərait yol xəritəsi, dövlət proqramı yox, ilk növbədə qanunların işləməsi, mülkiyyət hüququnun qorunması, məhkəmələrin ədalətli olmasıdır. Əgər bu sadaladıqlarım yoxdursa, ölkədə heç bir sahibkar inkişaf edə bilməz".

İqtisadçı ekspert Samir Şərifovun bu açıqlama ilə özünü sığortaladığını deyib:

"Təxminən ay yarım əvvəl Mərkəzi Bankın sədri Elman Rüstəmov manatın məzənnəsinə təminat vermədiklərini bildirdi. Samir Şərifov isə açıqlama verərək qeyd etmişdi ki, 3 il ərzində manatın məzənnəsinin sabit qalmasına təminat verir. Halbuki, manatın məzənnəsi neftdən asılı bir şeydir. Samir Şərifov əvvəl qoyduğu mövqeni yumşaldır. Əgər bir müddət sonra devalvasiya olsa və Samir Şərifovdan soruşulsa ki, bəs 2018-ci ilin payızında manatın məzənnəsinin 3 il ərzində sabit qalacağına təminat vermişdiniz. O da deyəcək ki, payızda elə demişdim, qışda da demişdim ki, "milli valyuta məzənnəsinin həddən artıq möhkəmlənməsi lazım deyil".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 4009   Tarix: 06 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İqtisadiyyatı ilə daha da güclü ölkəyə çevrilməyin ŞANSLARI...Biznesmen RƏYİ

Artıq Azərbacan hərbi, siyasi, iqtisadi və bu kimi vacib sahələr üzrə miqyasını qısa zamanda genişləndirməyi bacardı. Hətta dünyanın nəzəri və diqqəti, həmçinin biznes hədəfləri, planları da Azərbaycana yönəlib. Bundan peşəkarcasına faydalanmaq ölkə iqtisadiyyatı üçün daha bir təkana çevriləcək. Mövzun

12 iyul 2021
.

Azərbaycanda dollar yenidən bahalaşır? - AÇIQLAMA

Son günlər ərzində bankların dollar satışında qoyudğu məhdudiyyətlər cəmiyyətdə müəyyən aajiotaja səbəb olub. Əhali arasında yenidən devalvasiyanın olması ilə bağlı müəyyən narahatlıq var. Bəs görəsən bu narahatlığa ciddi əsas varmı? Devalvasiya təhülkəsi gözlənilirmi?. Mövzu ilə bağlı -ın sualların

6 may 2021
.

Bitkoin yenə bahalaşdı

Dünyanın ən bahalı kriptovalyutası olan bitkoinin qiyməti bahalaşıb. xəbər verir ki, bu barədə "CoinMarketCap" məlumat yayıb. Məlumata görə, bitkoinin dəyəri 1.79 faiz artaraq 44.55 min dollar olub

8 avqust 2021
.

Güzəştli kreditlərin verilməsi proseduru sadələşdirilib - VİDEO

Sahibkarlar üçün maliyyə dəstəyi mexanizmlərindən istifadə asanlaşdırılıb. Güzəştli kreditlərin verilməsi proseduru sadələşdirilib. Xəzər TV-yə istinadən xəbər verir ki, Sahibkarlığın İnkişafı Fondu tərəfindən daxil olan müraciətlər əsasında təhlillər aparılıb və maliyyə dəstəyi mexanizmlərindən istifad

3 sentyabr 2021
.

Ermənistan 30 ildə vurduğu ziyana görə nə qədər kompensasiya ödəyəcək? - AÇIQLAMA

"30 il müddətində Ermənistanın Azərbaycana vurduğu ziyan tək mənəvi deyil, maddi ziyanlarla da müşahidə olundu. Bu ziyan milyardlarla dollar vəsaitlə ölçülə bilər". Bu sözləri - açıqlama verən iqtisadçı ekspert Elşad Məmmədov deyib. O bildirib ki, Ermənistanın bizə ödəyəcəyi təzminat haqqınd

19 iyun 2021
.

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. AMB-ə istinadən xəbər verir ki, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1.700 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 2.0681, 1 türk lirəsi 0.2042 manat, 1 rus rublu 0.0231 manatdır

18 may 2021
.

Azərbaycan və İran arasında ticarətin inkişaf etdirilməsi məqsədilə işlər görülür - İranlı rəsmi

Azərbaycan və İran arasında ticarətin inkişaf etdirilməsi məqsədilə işlər görülür. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İran və Azərbaycan arasında bir çox sahələr üzrə əməkdaşlıq imkanı var. Hazırd

13 iyul 2021
.

Musiqi təhsilinin inkişafında xidmətlərə görə orden və medallar verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə Azərbaycanda musiqi təhsilinin inkişafında xidmətlərin

17 sentyabr 2021
.

Bir ölkə sakini aya nə qədər pul xərcləyir? - FOTO

2021-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 12 milyard manatlıq məhsul satılıb. -a istinadən xəbər verir ki, bu dövrdə 6,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2020-ci ilin yanvar-apre

17 may 2021