Əhaliyə mühüm xəbər: Azərbaycanda dollar kreditləri...EKSPERTDƏN PROQNOZ

Əhaliyə mühüm xəbər: Azərbaycanda dollar kreditləri...EKSPERTDƏN PROQNOZ"Həddindən artıq gecikmiş qərardır. Azərbaycanda problemli kreditlərin həcmi kifayət qədər yüksək həddə çatıb. Rəsmi rəqəmlərə görə bu cür kreditlərin miqdarı ümumi kredit portfelində 16%-ə çatıb". Bunu Sonxeber.az-a iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanda xarici valyuta ilə istehlak kreditlərinin xarici valyutada gəliri olan borcalanlara veriləcəyinə dair yeni qaydaya münasibət bildirərkən deyib.

Lakin onun sözlərinə görə, dünyaca məşhur "Fitch" reytinq agentliyi bank sektoru ilə bağlı öz hesablamalarını açıqlayıb: "Onların hesablamalarında bu rəqəm 20%-dən çox təşkil edir. Əgər ölkədə vaxtı ötmüş kreditlərin payı ortalama 20-25%-dirsə, bu, həyəcan təbili çalmaq üçün böyük səbəbdir".

N. Cəfərli diqqətə çatdırıb ki, beynəlxalq standartlara əsasən, problemli kreditlərin həcmi ümumi kredit portfelində 3%-dən çoxdursa, artıq bank sektorunda ciddi problemin olması təsbit edilir: "Və bunun üçün addımlar atılmağa başlanılır. Ancaq Azərbaycanda problemli kreditlərin həcmi beynəlxalq standartdan 6-7 dəfə çox olsa da bu istiqamətdə heç bir addım atılmır. Belə gecikdirilmiş addımla əslində bu problemin böyüməsinin qarşısını almağa çalışılır. Bundan sonra heç olmasa problemli kreditlərin yaranmaması, xarici valyuta ilə verilən kreditlərin həcminin azalması üçün məhdudlaşdırıcı addım atılıb".

Bununla belə ekspert vurğulayıb ki, bankların özləri məhz xarici valyuta ilə kredit verməkdə daha maraqlıdırlar: "Çünki valyuta ilə verilən kreditlərin bir sığortası olur. Banklar özlərini bu yolla bir növ gələcəkdə baş verə biləcək mümkün devalvasiyalardan qoruyurlar. Özlərini manatın dəyərdən düşməsindən sığortalıyırlar".

Bu baxımdan N. Cəfərli hesab edir ki, yeni qayda əslində bank sektorunda ciddi problemlər yaradacaq: "Bankların kreditləşmə səviyyəsinin kifayət qədər aşağı düşməsinə səbəb olacaq. Bir daha deyirəm ki, bu, çox gecikmiş qərardır. Sadəcə olaraq problemli kreditlərin həcminin artmasının qarşısını ala biləcək amilə çevrilə bilər. Problemin özünün həllində heç bir əhəmiyyəti olmayacaq, çünki son 3 ildə vaxtı ötmüş kreditlərin həcmi o qədər kəskin artıb ki, bunun həlli məqsədi ilə xüsusi dövlət proqramı olmadan bunu həll etmək mümkün olmayacaq".

Qeyd edək ki, bundan sonra Azərbaycanda xarici valyuta ilə istehlak kreditləri xarici valyutada gəliri olan borcalanlara veriləcək. Bu, Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışovun təsdiq etdiyi "Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar"da öz əksini tapıb.

Sənəddə qeyd edilib ki, xarici valyutada istehlak kreditləri xarici valyutada gəliri olan borcalanlara verilir. Xarici valyutada gəliri olmayan borcalanlara xarici valyutada istehlak kreditlərinin təminatı qismində eyni bankda xarici valyutada olan depozitlər (borcalana yaxud üçüncü şəxsə aid) və ya banka girov qoyulmuş bank metalları çıxış etdikdə KTN əmsalı 90%-dən çox olmadıqda xarici valyutada istehlak kreditləri verilir.

KTN əmsalı (kreditin təminata olan nisbəti) kreditin ümumi məbləğinin (əsas borc və kredit müqaviləsi üzrə hesablanacaq faiz borcu) kredit üzrə təminatın bazar dəyərinə nisbəti əmsalıdır.

Məftun Salmanov


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 13064   Tarix: 13 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

20 qəpiyə alınıb 80 qəpiyə satılan pomidor - Niyə bu qədər fərq var? - VİDEO

Saatlıda pomidor yığımı davam edir. 2 həftədir sahədən məhsul yığılır və indiyədək 30 ton məhsul tədarük edilib. Xəzər TV-yə istinadən xəbər verir ki, məhsul bol olsa da, qiymətlər aşağıdır. Hazırda sahədə pomidorun kiloqramı 20 qəpiyə satılır. Bu isə təsərrüfat sahiblərini qane etmir. Çəkilən xərcl

26 iyul 2021
.

Xəzərin dayazsulu hissəsində kəşfiyyat quyularının qazılacağı tarix AÇIQLANDI - FOTO

Qazaxıstanın modernizasiyası yekunlaşmış "Sətti" qazma qurğusu vasitəsilə Abşeron Yarımadasının Dayazsulu Hissəsində qazma işlərinə start verilir. -ın məlumatına görə, Abşeron yarımadasının SOCAR və BP tərəfindən birgə istismar olunan dayazsulu hissəsində layihə çərçivəsində qazma işlərin

20 iyul 2021
.

İsraillə Azərbaycan arasında dəyirmi masa keçirildi

İsrailin Təl-Əviv şəhərində Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açılıb, İsrail biznes dairələrinin iştirakı ilə İşgüzar Dəyirmi Masa keçirilib. İqtisadiyyat Nazirliyindən -a bildirilib ki, işgüzar görüşdə çıxış edən Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birg

31 iyul 2021
.

İyulun 22-nə USD/AZN rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 22-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən -a bildirilib ki, bankın iyulun 22-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,700 manat səviyyəsində müəyyən olunub

17 iyul 2021
.

Azərbaycanda dollar yenidən bahalaşır? - AÇIQLAMA

Son günlər ərzində bankların dollar satışında qoyudğu məhdudiyyətlər cəmiyyətdə müəyyən aajiotaja səbəb olub. Əhali arasında yenidən devalvasiyanın olması ilə bağlı müəyyən narahatlıq var. Bəs görəsən bu narahatlığa ciddi əsas varmı? Devalvasiya təhülkəsi gözlənilirmi?. Mövzu ilə bağlı -ın sualların

6 may 2021
.

"Elmlər Akademiyası" stansiyasının pəncərələrinə 5,3 mln manat xərclənəcək

"Bakı Metropoliteni" QSC "Elmlər Akademiyası" stansiyasının inzibati binasının 5-ci mərtəbəsində pəncərələrin hazırlanıb quraşdırılması işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Nimex"

25 avqust 2021
.

Azərbaycanda ərzağın qiyməti niyə bahalaşır? - AÇIQLAMA

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

17 may 2021
.

Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr - Siyahı

2021-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 169 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 100 ölkəyə məhsul ixrac olunmuş, 156 ölkədən idxal olunub. Dövlət Statistika Komitəsindən -a verilən məlumatına görə, gömrük orqanlarınd

20 iyul 2021
.

Dünya bazarında neft qiymətləri necə dəyişib?

Dünya bazarında neft qiymətləri yüksəlib. Bu barədə RT məlumat yayıb. Belə ki, WTI markalı neftin avqust fyuçersləri 0,15 faiz bahalaşıb və bir barelinin qiyməti 66,52 ABŞ dolları təşkil edib. "Brent" markalı neftin sentyabr fyuçersləri 0,16 faiz bahalaşıb və dəyəri 68,73 ABŞ dolları olub

20 iyul 2021