Azərbaycanda dəfnetmə qaydaları DƏYİŞDİ : Pulsuz olacaq

Azərbaycanda dəfnetmə qaydaları DƏYİŞDİ : Pulsuz olacaqQəbir yerləri pulsuz olacaq, baş daşları isə 1 metrdən böyük olmayacaq...

Xəbər verildiyi kimi, Azərbaycanda yeni "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları" tətbiq olunmağa başlayıb. Bir neçə gün əvvəl baş nazirin əmri ilə qüvvəyə minən yeni qaydalar qəbiristanlıqların salınmasına, idarə olunmasına, qorunmasına, köçürülməsinə və bağlı elan edilməsinə, həmçinin dəfnlərin vahid dövlət reyestrinin aparılmasına, meyitlərin ekshumasiyasına və cənazələrin daşınmasına dair tələbləri müəyyən edir. Yeri gəlmişkən, yeni qaydalara əsasən qəbir yerləri və bir sıra xidmətlər ödənişsiz olacaq.

Qaydalar ümumilikdə 27 maddədən ibarətdir. "Qaydalar"a əsasən qəbiristanlıqda qəbir yerlərinin 85 faizi tutulduqda və aşağıdakı hallarda yeni qəbristanlıq salınır:

- qəbiristanlıq köçürüldükdə;

- qəbiristanlıq bağlı elan edildikdə;

- yeni yaşayış məntəqəsi salındıqda.

Yeni tənzimlənmələrə əsasən qəbiristanlığın ərazi planlaşdırılmasının sifarişçisi qismində bələdiyyə çıxış edəcək, eyni zamanda qəbiristanlığın ümumi ərazisinin 80 faizi qəbir yerləri, ən azı 15 faizi yaşıllıq sahəsinin salınması, qalan hissəsi isə dəfn və yas mərasimlərinin keçirilməsi nəzərdə tutulub. Qəbiristanlığın müdiriyyəti bələdiyyə tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunur. Qəbiristanlıqların qorunması, saxlanılması, abadlaşdırılması və idarə olunması xərcləri yerli büdcələrin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ianələri, dəfn və dəfnlə bağlı digər xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər hesabına maliyyələşdirilir.

Maraqlıdır ki, yeni qaydalar ailə üzvləri üçün qəbir yeri ərazisinin götürülməsinə icazə vermir. Bu məsələdə istisna yalnız həyat yoldaşı üçün edilir. Belə ki, qonşu qəbir yerinin əvvəlcədən rezervasiyasına yalnız dəfn edilmiş şəxsin ərinin (arvadının) yazılı müraciəti əsasında yol verilir.

Bundan başqa, bundan sonra bir nəfərə qəbir yeri üçün 5 kvadratmetr sahə ayrılacaq. Qəbirlərarası orta məsafə uzun tərəflər üzrə 1 metr, qısa tərəflər üzrə 0,5 metr olacaq. Ölmüş şəxsin ölçüləri nəzərə alınmaqla, qəbir yerinin ölçüsünün mütənasib qaydada dəyişdirilməsinə yol verilir. Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasında olan və ya yaşayan, habelə qaçqın statusu alan əcnəbi və ya vətəndaşlığı olmayan və kimsəsiz şəxslərin dəfn olunması üçün qəbir yerləri qəbiristanlığın müdiriyyəti tərəfindən ödənişsiz ayrılır.

Yeni qaydalarda ən çox diqqət çəkən, ölkədə az qala problemə çevrilən bahalı qəbir daşları mövzusudur. Doğrudur, qaydalarda bahalı baş daşları qadağan edilmir. Ancaq qəbir daşları üçün ölçülər müəyyən olunur. Qaydalarda qeyd olunur ki, dəfn edilmiş şəxsin qohumları, qanuni nümayəndələri və ya dəfnlə bağlı xərcləri çəkmiş digər şəxslər tərəfindən qəbirüstü tikililər quraşdırılarkən, ölmüş şəxsin dini mənsubiyyəti nəzərə alınır, soyadı, adı, atasının adı, doğum və ölüm tarixləri qəbirüstü tikililərdə qeyd olunur. Başdaşı qoyulduğu halda, hündürlüyü 1,0 metrdən və eni 0,6 metrdən artıq olmamaqla, eni 0,6 metr və hündürlüyü 0,25 metr olan altlıq üstündə quraşdırılmalıdır. Sinədaşı qoyulduqda hündürlüyü torpaqdan 0,2 metrə, uzunluğu 1,2 metrə və eni 0,6 metrə qədər olmalıdır. Qəbirüstü tikililərin quraşdırılmasında cərgə ilə sıralanmaya əməl olunmalı və qəbrin ətrafı hasara alınmamalıdır.

Yəni qaydalara əsasən, baş daşları 1 metrdən çox olmayacaq. Yerdə qoyulan sinə daşları isə 1,2 metrdən artıq olmayacaq. Bu isə həm də bahalı baş daşları qiymətlərində ucuzlaşmaya səbəb olacaq.

Kimsəsiz şəxslərin, terror aktının iştirakçılarının və ondan zərər çəkən naməlum şəxslərin, qanunsuz miqrantların dəfn edilməsi xərcləri bələdiyyələr tərəfindən həyata keçirilir. Terrorçuların cənazələri verilmir və dəfn yeri açıqlanmır.

Yeri gəlmişkən, cənazələr daşındıqdan sonra avtomobil nəqliyyatı vasitələri mütləq onların sahibləri tərəfindən təmizlənməli və dezinfeksiya edilməlidir.

Ancaq yeni qaydalar yas mərasimləri ilə bağlı ən əsas problemlərdən biri olan bahalı ehsan süfrələri məsələsinə toxunmur. Doğrudur, ehsan süfrələrinin inzibati yollarla məhdudlaşdırılmasının real olmadığı da ötən illərdə sübuta yetirildi. Ancaq istənilən halda, qəbir yerlərinin pulsuz olması, bir sıra xidmətlərin bələdiyyə tərəfindən həyata keçirilməsi müsbət hadisədir.

"Musavat"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2281   Tarix: 14 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Ev tapşırıqları süni intellektdən köçürülə biləcək faktoloji suallardan ibarət olmamalıdır" - TƏHSİL EKSPERTİ

Süni intellekt alətlərinin, xüsusilə ChatGPT-nin məktəblilər arasında geniş yayılması təhsil sahəsində yeni müzakirələr yaradıb. Bir çox valideyn və müəllim hesab edir ki, şagirdlərin ev tapşırıqlarını ChatGPT vasitəsilə hazırlaması onların araşdırma və düşünmə bacarıqlarına mənfi təsir göstərə bilər

26 may
.

Babək Niftəliyevə vəzifə verildi

Əməkdar artist Babək Niftəliyev Bülbül adına orta ixtisas musiqi məktəbində yeni vəzifəyə təyin edilib. Bakıvaxtı.az-a istinadla xəbər verir ki, Niftəliyev xalq çalğı alətləri şöbəsinin müdiri vəzifəsinə gətirilib. Təyinatla bağlı müvafiq əmrə məktəbin rəhbəri Teymur Göyçayev imza atıb. Qeyd edək ki

25 may
.

Şəhid Kərimbəyli Elçin oxuduğu Tərəqqi məktəbində anıldı

Şəhid Kərimbəyli Elçin oxuduğu Tərəqqi məktəbində anıldı. Elçin Kərimbəylinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, qarşısına çiçəklər qoyuldu.Qeyd edək ki, Elçin Kərimbəyli 04 avqust 1992-ci ildə Bakı şəhərində anadan olub. O, 1998-2007- ci illərdə Nərimanov rayonunda yerləşən "Tərəqqi"

26 may
.

"Azərbaycan dilinin dövlət statusunun yeni standartları hazırlanmalıdır" -

Azərbaycan dilinin hələ də milli alqoritmi də yoxdur. xəbər verir ki, bunu Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli "Ana dili: kimlik və gələcək" gənclərin iştirakı ilə respublika konfransının açılış mərasimində deyib. Nadir Məmmədli bildirib ki, Azərbaycan dilini

25 may
.

Sürücülərə şad XƏBƏR: Alternativ yol salınır

Bakı şəhəri, Lökbatan-Güzdək yolunun 2.2-ci km-də bərpa işlərinə başlanılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir ki, ərazidə rahat gediş-gəlişin təmin olunması üçün müvəqqəti alternativ yol salınır. Daha sonra sel sularının qəzalı vəziyyətə saldığı suötürüc

27 may
.

"Eurohome"un fəaliyyəti dayandırıldı - Video

Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 2 ünvanında yerləşən "Eurohome" tikinti materiallarının satışı bazarının fəaliyyəti dayandırılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, nazirliyin Dövlət Yanğın Nəzarət

25 may
.

Komfortlu səyahət üçün AZAL-dan baqajla bağlı faydalı məsləhətlər

Səyahət zamanı baqajın təhlükəsiz və vaxtında təyinat nöqtəsinə çatdırılması sərnişin təcrübəsinin vacib hissəsidir. Azərbaycan Hava Yolları (AZAL) rəqəmsal izləmə sistemləri və əməliyyat mexanizmləri vasitəsilə hər gün minlərlə baqajın çeşidlənməsi, izlənməsi və təyinat məntəqəsinə çatdırılmasını təmi

26 may
.

"Avrora Qrup" Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb

Korporativ sosial məsuliyyəti fəaliyyətinin əsas strateji istiqamətlərindən biri hesab edən "Avrora Qrup", cəmiyyətdə sosial həmrəyliyi gücləndirmək məqsədilə növbəti xeyriyyə aksiyasını həyata keçirib. Şirkət Qurban bayramı ərəfəsində ehtiyacı olan yüzlərlə ailəyə bayram sovqatı çatdırıb

26 may
.

Azərbaycanda Qurban bayramı qeyd olunur

Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur. "Qafqazinfo" xəbər verir ki, Qurban bayramı və ya dini qurban kəsmə bayramı İslam dünyasında ən müqəddəs bayramlardan biri sayılır. Qurban bayramı bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır. Bu i

27 may