Komfortlu səyahət üçün AZAL-dan baqajla bağlı faydalı məsləhətlər

Komfortlu səyahət üçün AZAL-dan baqajla bağlı faydalı məsləhətlərSəyahət zamanı baqajın təhlükəsiz və vaxtında təyinat nöqtəsinə çatdırılması sərnişin təcrübəsinin vacib hissəsidir. Azərbaycan Hava Yolları (AZAL) rəqəmsal izləmə sistemləri və əməliyyat mexanizmləri vasitəsilə hər gün minlərlə baqajın çeşidlənməsi, izlənməsi və təyinat məntəqəsinə çatdırılmasını təmin edir.

Sərnişinlərin öncədən baqaj qaydaları ilə tanış olması, həmçinin fors-major vəziyyətlər zamanı müraciət prosedurları barədə məlumatlılığı səyahətin daha rahat və planlı keçməsinə şərait yaradır.

Gecikmiş, itmiş və ya zədələnmiş baqaj: sərnişinlər üçün müraciət mexanizmləri

Baqajla bağlı müraciətlər beynəlxalq aviasiya qaydalarına uyğun şəkildə araşdırılır və hər bir vəziyyət fərdi qaydada qiymətləndirilir. Bəzi situasiyalarda əlverişsiz hava şəraiti, transfer zamanı intensivlik, baqajın emalı zamanı texniki nasazlıqlar, eləcə də baqaj etiketlərinin zədələnməsi və ya itməsi səbəbindən baqajın gecikməsi, zədələnməsi və ya itməsi halları baş verə bilər.

• Belə vəziyyətlərdə sərnişinlər çatdıqları hava limanında "Tapıntılar və itkilər" ("Lost and Found") xidmətinə müraciət etməli və Baqajın qüsur aktını ("Property Irregularity Report" - PIR) doldurmalıdırlar. Bu zaman müraciətçiyə baqajın izlənilməsi üçün unikal müraciət nömrəsi ("file reference" və ya "locator number") təqdim olunur. Müraciət nömrəsinə əsasən araşdırma prosesinə başlanılır, baqajla bağlı hər hansı bir yenilik olduqda sərnişin bu nömrə vasitəsilə müraciətin statusu ilə bağlı ətraflı məlumat əldə edir.

• Əlavə məlumat əldə etmək və ya əlavə suallar yarandığı halda AZAL sərnişinlər [email protected] elektron ünvanına müraciət edə və ya (+994 12) 497 26 00 (30-81, 22-05) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

• Bundan başqa, itmiş və ya zədələnmiş baqajla bağlı AZAL-ın rəsmi veb-saytında yerləşən forma vasitəsilə də müraciət etmək olar:
https://www.azal.az/az/information/baggage/lost

Baqajla bağlı istənilən problem yarandığı zaman AZAL sərnişinlərə operativ dəstək göstərir, məsələnin həlli sürətlə təmin edir və ya zərurət yaranarsa, mövcud qaydalar çərçivəsində müvafiq tədbirlər görür. Həmçinin beynəlxalq praktikaya uyğun olaraq, zədələnmiş baqajın təmiri üçün sərnişin uyğun xidmət göstərən şirkətə yönləndirilir.

Baqajla bağlı nəzərə alınmalı vacib məqamlardan biri odur ki, zədələnmə və ya gecikmənin yalnız yerli hava limanında deyil, marşrut üzrə digər hava limanlarında da baş verməsi mümkündür. Bu cür vəziyyətlərdə baqajın hansı mərhələdə zədələndiyinin və ya gecikdiyinin müəyyənləşdirilməsi üçün sərnişinlərin prosesləri obyektiv şəkildə qiymətləndirməsi xüsusi əhəmiyyət daşıyır.

Sərnişin mərkəzli yanaşma: rahat səyahət üçün 5 praktik tövsiyə

Komfortlu uçuş həm aviaşirkətin göstərdiyi xidmətlərin, həm də sərnişinlərin diqqətli yanaşmasının və birgə əməkdaşlığının nəticəsində mümkündür. Belə ki, sərnişinlərə səyahət etməzdən öncə bir neçə məqamı nəzərə alması tövsiyə olunur.

1. Uçuşdan əvvəl aviaşirkətin baqaj qaydaları ilə tanış olmaq, icazə verilən çəki və ölçü limitlərini nəzərə almaq əlavə vaxt itkisi və əlavə ödənişlərin qarşısını almağa kömək edir. Əlavə baqaja ehtiyac yarandığı təqdirdə AZAL sərnişinlərə baqajın rəsmi vebsayt üzərindən əldə edilməsini məsləhət görür. Hava limanındakı qiymətlərlə müqayisədə, baqajı azal.az veb-saytı üzərindən 10%-dək endirimlə əldə etmək mümkündür. Ətraflı məlumat üçün sərnişinlər https://www.azal.az/az/information/baggage/ linkinə keçid edə bilərlər.

2. Sərnişinin çamadan üzərində əlaqə məlumatları əks olunan etiketi yerləşdirməsi baqajın itirilməsi hallarının qarşısını alır.

3. Köhnə çamadan etiketlərinin çıxarılması ştrix-kod qarışıqlığını önləyir. Beləliklə, baqajın itməsi ehtimalı da minimuma endirilmiş olur.

4. Transfer uçuşlarda baqajların qarışdırılması kimi situasiyalar nisbətən daha tez sıxlıqda müşahidə olunur. Birləşdirici reyslərlə səyahət zamanı biletlərin vahid bron daxilində rəsmiləşdirilməsi və transfer üçün ən azı 2 saat vaxt nəzərdə tutulması tövsiyə olunur.

5. Baqajın təhvil verilməsi zamanı təqdim olunan baqaj birkasını uçuş tamamlanana qədər saxlamaq vacibdir, çünki hər hansı gecikmə və ya itki halında bu sənəd müraciət prosesində əsas rol oynayır.

AZAL rəqəmsal həllər, təkmilləşdirilmiş əməliyyat prosesləri və sərnişin yönümlü xidmət yanaşması ilə bu sahədə daha çevik və etibarlı xidmət mühitinin formalaşdırılmasına töhfə verir. Qaydaların düzgün tətbiqi, vaxtında məlumatlandırma və müasir texnologiyalardan istifadə nəticəsində baqaj prosesləri daha şəffaf, operativ və etibarlı şəkildə idarə olunur.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 664   Tarix: 26 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

10 ay əvvəl direktor olmuşdu, indi nazir müavinidir - Dosye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Sadiq Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" yeni nazir müavininin dosyesini təqdim edir:. Sadiq Cabir oğlu Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsinin bakalavriat və magistratur

30 oktyabr
.

Azərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq - Rəsmi

Naxçıvan şəhərində 2026-2027-ci illər üzrə istilik mövsümünə noyabrın 1-də start veriləcək. Naxçıvan Şəhər İcra Hakimiyyətindən -a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarına əsasən, ölkənin soyuq iqlim şəraitinə malik 26 şəhər və rayonund

31 oktyabr
.

Gələn il maaşlar BU QƏDƏR ARTACAQ

2027-ci ildə Azərbaycanda minimum əməkhaqqının artırılması gözlənilir. İqtisadi göstəricilər və inflyasiya səviyyəsi nəzərə alınmaqla, artımın 10-15 faiz arasında ola biləcəyi ehtimal edilir. Minimum əməkhaqqının artırılması zamanı əhalinin alıcılıq qabiliyyəti ilə yanaşı, biznes sektorunun imkanlarını

1 noyabr
.

Azərbaycanda pambıq mahlıcı istehsalı 13 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

31 oktyabr
.

Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI

Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. Bu barədə "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:. "Yaşayı

1 noyabr
.

Marketlərdə satılan duru yağlar niyə ağappaq olur? - SƏBƏB TƏƏCCÜBLƏNDİRDİ

Marketlərdə satılan bitki mənşəli duru yağların rənginin bəzən çox açıq, hətta ağımtıl-sarı olması istehlakçılarda suallar yaradır. Bəs bu, istehsal zamanı tətbiq edilən emal və təmizlənmə prosesləri ilə bağlıdır, yoxsa yağın təbiiliyi və keyfiyyəti barədə şübhələrə əsas verir?. Mövzu ilə bağlı -a danışa

1 noyabr
.

Sahil Babayevə yeni müavin təyin edildi - Foto

Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, hazırda maliyy

30 oktyabr
.

Azərbaycanlı alim vəfat etdi - Fotolar

Tanınmış azərbaycanlı alim, texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Surxay Əkbərov 72 yaşında vəfat edib. Bu barədə "Qafqazinfo"ya professor Abdullar Avey məlumat verib. O bildirib ki, Surxay Əkbərov təxminən 35 il Türkiyənin İstanbul Texniki Universiteti və Yıldız Texnik

31 oktyabr
.

Bu cərimənin məbləği KƏSKİN AZALIR

İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind

1 noyabr