Səddamın asılmasından 12 il ötür: İraqda nə dəyişdi?

Səddamın asılmasından 12 il ötür: İraqda nə dəyişdi?12 il əvvəl bu günlərdə, daha dəqiqi, 2006-cı il dekabrın 30-da Bağdadda yerləşən hərbi bazalardan birində sabiq İraq diktatoru Səddam Hüseyn asılaraq edam edildi. İraq məhkəməsi S.Hüseyn barəsində edam hökmünü daha əvvəl, həmin il noyabrın 5-də vermişdi. Ancaq qərar ilin sonunda, həm də müsəlmanların Qurban bayramı günü icra olundu.

Hələ o zaman iddialar vardı ki, edamı qəsdən məhz il sonuna və Qurban bayramı ilə eyni günə təyin ediblər. Edam səhnəsi bütün dünya televiziyalarında nümayiş edildi, üzü bağlı cəllad ipi keçmiş diktatorun boğazına keçirir və bu zaman Səddamın nəsə dediyi hiss olunur, döşəmə açılır və S.Hüseyn kəndirdən asılı qalır. Bununla da İraq və dünya üçün bir dövr - Səddam Hüseyn dönəmi başa çatdı.

Ancaq Səddam Hüseynin edamı İraqa demokratiya və sabitlik gətirmədi. Əksinə, qanlı olaylar alovlandı. 2011-ci ildə amerikalılar İraqı rəsmən tərk etdiklərini elan etdikdən 2 il keçməmiş İraqda yeni terror müharibəsi başladı - İŞİD meydana çıxdı. Səddam Hüseynin hekayəsi isə o qədər də qeyri-adi deyildi. Dünyanın bütün avtoritar diktator rejimlərinin başçılarının keçdiyi yolu Səddam Hüseyn də keçmişdi.

Əsl adı Səddam Hüseyn Əbdülməcid ət-Tikriti olan gələcək İraq prezidenti 1937-ci il aprelin 28-də İraqın paytaxtı Bağdaddan şimalda yerləşən Tikrit şəhəri yaxınlığında əl-Əcva kəndində anadan olub. Uşaqlığı məhrumiyyətlər içində keçib, yazıb-oxumağı 9-10 yaşlarına öyrənib. 1956-cı ildə Hərbi Akademiyaya girmək istəsə də, uğursuz olub. 1957-ci ildə siyasətə atılıb və o zaman sürətlə parlayan Ərəb Sosialist Millətçi Partiyasının (BƏƏS) üzvü olub. Ancaq 1959-cu ildə bir il əvvəl çevrilişlə hakimiyyətə gələrək respublika quran Əbdülkərim Qasimə qarşı sui-qəsdin təşkilində iştirak edib. Sui-qəsd uğursuz olub və Səddam əvvəlcə Suriyaya, oradan da Misirə qaçıb.

1963-cü ildə İraqa qayıdaraq dayısı qızı Sacidə Talfa ilə ailə qurub. Ancaq elə həmin il İraq prezidenti, marşal Əbdüssəlam Arifə qarşı sui-qəsddə iştirak etdiyi üçün həbs olunub. Lakin 1967-ci ildə həbsxanadan qaçıb və artıq BƏƏS Partiyasının liderləri sırasına daxil olub. 1969-cu ildə İraq İnqilab Komandanlığı Şurasının sədr müavini seçilib və yaxın qohumu olan dövlət başçısı Əhməd Həsən əl-Bəkirin iqtidarı dövründə ölkədə faktiki olaraq hakim-mütləqə çevrilib. 1979-cu ildə isə Əhməd Həsən əl-Bəkir "səhhəti" ilə əlaqədar olaraq hakimiyyətdən çəkilir və Səddam Hüseynin İraqda dövlət idarəçiliyini tamamilə əlinə keçirir.

Səddam Hüseynin 23 il davam edən hakimiyyəti dövründə İraq fəlakət və qan gölündə üzdü. Əvvəlcə İrana qarşı ərazi mübahisəsini əsas gətirərək müharibə edən Səddam Hüseyn İranla sülh müqaviləsi imzaladıqdan iki il sonra, 1990-cı ilin avqustunda ərazi iddiasını əsas gətirərək Küveytə hücum edir. Ancaq ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın 1991-ci ilin yanvarında başlatdığı "Səhrada Fırtına" əməliyyatı Səddam Hüseynin biabırçı məğlubiyyəti ilə bitir. Ancaq S.Hüseyn daha 12 il hakimiyyətdə qalır.

2003-cü ildə ABŞ və Britaniya hakimiyyətləri İraq lideri Səddam Hüseyni terrorizmə dəstək vermək və gizli nüvə silahına sahib olmaqda ittiham edib. Martın 17-də ABŞ və Britaniya ordusu Səddam Hüseynə təslim olması üçün 48 saat vaxt verir. Verilən vaxt tamam olduqda ABŞ və Britaniya ordusunun (ümumilikdə 400 min nəfər yaxın hərbçi) rəhbərlik etdiyi 15 ölkədən ibarət koalisiya İraqa hücum edib. Səddam Hüseynin ordusu 3 həftə tab gətirə bilib. Səddam Hüseyn özü isə 2003-cü ilin 13 dekabrında ana vətəni Tikrit yaxınlığında gizli sığınacaqda ələ keçib. Amerikalılar Səddam Hüseyni uzun müddət istintaq altında saxladıqdan sonra İraq məhkəməsi qarşısına çıxarıblar. Diktator çoxsaylı qətliam və cinayətlərdə ittiham olunurdu. Onlardan ən məşhurları 148 nəfərin öldüyü şiə qəsəbəsi Duceyldə törədilən qətliam və 5 min iraqlı kürdün kimyəvi bombalarla öldürüldüyü Hələpçə qətliamı idi. Səddamı çoxsaylı vəkillər ordusu, o cümlədən öz qızı Raqard və Müəmmar Qəzzafinin vəkil qızı Aişə Qəzzafi müdafiə etsə də məhkəmə devrilmiş diktatoru edam cəzasına məhkum etdi.

Səddam asılsa da, İraqa dinclik qayıtmadı. İraq müharibəsinin itkiləri ilə bağlı fərqli rəqəmlər söylənilir. Amerika mərkəzi araşdırma qurumu 10 illik savaş dövründə 122 min iraqlının öldüyünü, 135 min nəfərin isə yaralandığını açıqlayıb. Ancaq müstəqil araşdırma mərkəzləri 600, bəziləri isə 1 milyon iraqlının müharibədə qurban getdiyini təxmin edir. Rəsmi rəqəmlərə əsasən 10 illik işğal dövründə amerikalılar 4475 (bəzi rəqəmlərə görə, 4487) nəfər itirib. Müttəfiq ölkələrdən ölənlərin sayı isə 318 nəfər olub.

Səddam artıq 12 ildir ki, yoxdur, amma İraq da düzəlməyib. Əlbəttə, İraqda vəziyyətin bu cür olmasında bir sıra amillər var. Hansılar ki, illərdir onlar haqda araşdırmalar, təhlillər aparılır. İlk növbədə Yaxın Şərq regionunun spesifikliyi, İslam faktoru, İraqdakı yerli etnik və dini-məzhəbi vəziyyət, İraq ərəblərinin xarakterindəki çılğınlıq və davakarlıq, eləcə də "azadlığın ixracı" kimi amillərdən söhbət gedir. İstənilən halda diktatorlar hər bir ölkə üçün dərin "yara"dır. Onlar getsələr belə, uzun illər o "yara"nın yeri qalır. Xüsusən də Səddam Hüseyn kimi qanlı diktatorlar olduqda. Ancaq tamamən ümidsiz də olmaq lazım deyil. Çətin də olsa, müdrik xalqlar diktatorlardan sonra demokratiyaya nail ola bilirlər. (Yeni Müsavat)


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 4109   Tarix: 27 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paşinyanın arvadı haqda sensasion məlumat yayıldı

Erməni mənbələri xəbər verir ki, 44 günlük müharibənin ilk günlərində Nikol Paşinyanın xanımı Anna Akopyan Rusiyanın əleyhinə sərt fikirlər səsləndirib. Baş nazirin xanımı bildirib ki, "əsrlər boyu özünü bizə müttəfiq kimi sırıyan Rusiya əslində heç də bizim müttəfiq və tərəfdaşımız deyil"

9 sentyabr 2021
.

Paşinyan Ərdoğana cavab verdi: "Hazırıq"

Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. O bildirib ki, Türkiyə Prezidenti də ölkələr arasında münasibətlərin tənzimlənməsi məsələsi ilə bağlı öz fikirlərini bildirib

8 sentyabr 2021
.

İran Qarabağa yenə qanunsuz yük daşıyır - VİDEO

Cari ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. Belə ki, 11 iyul-8 avqust tarixlərində İrana məxsus 35 maşın ( 4 yük maşını, 31 yanacaq tankeri) 7

11 sentyabr 2021
.

Sahibə Qafarova Avstriyaya gedir

Milli Məclisin Sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün sentyabrın 5-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən -a verilən məlumata görə, Parlamentlərarası İttifaqın, Avstriy

4 sentyabr 2021
.

"Üç Qardaş - 2021" təliminin əhəmiyyəti ilə bağlı türkiyəli generaldan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrini

13 sentyabr 2021
.

Parlamentdə Paşinyanın təhlükəsizliyini təmin etmək üçün qəribə addım atıldı - FOTO

Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. Bu barədə erməni KİV məlumat yayıb. Belə ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalard

15 sentyabr 2021
.

Kremldən Bakıya xoş olmayan mesaj - Rusiya generalı niyə İrəvana göndərdi?

"Rüstəm Muradov hardan bilir ki, Rusiya hərbçiləri 5 ildən sonra da Qarabağda qalacaqlar? Axı bu onun səlahiyyətinə aid olmayan məsələdir". -ın məlumatına görə, bunu -a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Kosobokovu

10 sentyabr 2021
.

"Üç Qardaş – 2021": Xüsusi təyinatlıların beynəlxalq hərbi təlimi başladı - VİDEO

Sentyabrın 12-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə "Üç qardaş - 2021" beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə Vətən Müharibəs

12 sentyabr 2021
.

Ərdoğan: "Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etdik"

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan "2021 UNESCO Ahi Evran Anma ili - Ahi Evranın izi ilə sahibkarlarla görüş" proqramına qatılıb. O çıxışı zamanı bildirib ki, atalarımızın miras qoyduğu köklü qurumla fəxr edirik. "Sənədlərimizi Azərbaycan və İranla birlikdə hazırlayıb UNESCO-ya təqd

16 sentyabr 2021