Karaqanda iğtişaşları: Nazarbayevə qarşı "erməni ssenarisi"

Karaqanda iğtişaşları: Nazarbayevə qarşı "erməni ssenarisi"Hələ 2016-cı ilin yayında Qazaxıstanın şimalında "Qazaxıstan Azadlıq Ordusu" adlı qrup Nursultan Nazarbayevə qarşı müharibə elan etdiyini bildirmişdi.

Həmin il iyunun 5-də Aktobedə iki silah mağazası qarət edilmiş və ekstremistlərlə hərbçilər arasında atışma baş vermişdi.

Nazarbayev həmin hadisələrdən bir neçə gün əvvəl xalqa müraciətində adını çəkmədiyi dairələrə mesaj göndərərək Qazaxıstanda "Ukrayna ssenarisi"nin təkrarlanmasına yönəlmiş cəhdlərin qarşısının ən sərt şəkildə alınacağını söyləmişdi

Həmin qüvvələr Elbasından qisas almaq üçün xaos yaratmağa səy göstərirlər. Bunun üçün dəfələrlə tətbiq edilmiş və iğtişaşların yaranmasına səbəb olmuş hazır "erməni ssenarisi" var.

Ona görə Karaqanda vilayətində Yeni il gecəsi, yəni 2019-cu il yanvarın 1-də "Qədim Roma" restoranında 23 yaşlı qazağı qətlə yetirən üç erməni - Malxasyan Torq Manveloviç, Malxasyan Soxhak Samveloviç və Nadırbekov Kair Xamitoviçin bu ssenarinin tərkib hissəsi olduğu mülahizələri səslənməkdədir.

Karaqanda hadisəsində erməni diasporunun adının hallanması təsadüfi deyil. Sovet ittifaqı dağılan ərəfədə də erməni etnik qrupunun nümayəndələri milli iğtişaş yaratmışdılar. Azərbaycanın Sumqayıt şəhərində, Özbəkistanın Fərqanə, Qırğızıstanın Oş şəhərində baş vermiş bütün iğtişaşlarda onlar aparıcı olublar.

Nəhayət, Qazaxıstandakı bu cinayətin, sadəcə, məişət zəminində olduğunu düşünmək sadəlövhlük olardı. Çünki söhbət cinayətdə erməni diasporunun çoxsaylı nümayəndəsinin iştirakından gedir.

Erməni diasporu və Ermənistan hakimiyyəti hadisədən ciddi narahatlıq keçirib. Ermənistan səfirliyi və Qazaxıstandakı erməni diasporu bəyanat yayıb, qətlə yetirilən gəncin ailəsinə başsağlığı verib, aksiyaçıları sakitliyə çağırblar.

Ermənistan XİN rəhbəri də qazax həmkarı ilə telefon əlaqəsi yaradıb. Baş nazir əvəzi Nikol Paşinyan da hadisə ilə bağlı narahatlığını ifadə edib.

Maraqlıdır ki, hadisədən sonra bir qrup qazax azərbaycanlılara məxsus Bakı restoranına hücum edib, oranı dağıtmaq istəsələr də, sonradan bu obyektin ermənilərə məxsus olmadığını bildikdən sonra fikirlərindən daşınıblar.

Güman olunur ki, onlara bu ünvanı nişan verən elə ermənilər özləri olub. Bu cinayətin məişət zəminində olduğu, yoxsa siyasi müstəviyə çıxarılması üçün körükləndiyi yaxın dövrdə bilinəcək.

Siyasi şərhçi Nəzakət Məmmədova "Yeni Müsavat"a bildirdi ki, hadisələrin siyasi motivdə, yoxsa məişət toqquşması zəminində baş verdiyini istintaq müəyyən edəcək: "Hətta məişət qarşıdurması zəminində başlasaydı belə, proseslərin artıq siyasi çalar aldığı və rənglərin getdikcə tündləşdiyi və qarışdığı aydındır.

Ermənistan baş naziri Paşinyanın, iki ölkə xarici işlər və daxili işlər nazirliklərinin, Qazaxıstanda və Rusiyadakı erməni diasporasının qarışdığı problem şübhəsiz ki, siyasiləşib".

Siyasi analitikin fikrincə, hadisələrin siyasi çalarına ona görə inanmaq olar ki, burada bizə tanış bir erməni dəsti-xətti görünür:

"Əvvəlcə öz millətindən olan bir neçə şəxsi məqsədli şəkildə cinayətə alət etmək, yerli əhalidən olan şəxsləri öldürmək, millətlərarası münaqişəni qızışdırmaq, sonra isə həmin xalq ayağa qalxıb qatil ermənilərə ədalətli mühakimə tələb edəndə, ara qızışdıran ermənilərin onların torpağından çıxıb getməsini istəyəndə buna milli ədavət, ermənilərin sıxışdırılması, təqiblərə məruz qalması donu geyindirmək.

Biz bunu 1965-ci ildə Qarabağda, 1988-ci ildə Sumqayıtda, indi isə Qazaxıstanda müşahidə etmişik. Ən böyük sübutu isə 1915-ci ildə olmuşdu ki, Osmanlı imperiyasında qətl-qarətlə məşğul olan ermənilərin ara qızışdırmaması üçün onları ucqarlara göndərəndə bunun adını uydurma şəkildə "soyqırım" qoyublar.

Hazırda Qazaxıstanda da oxşar proseslər gedir. 35 nəfər erməni 4 nəfər yerli qazağa hücum edib, qətl hadisəsi törədiblər, qazaxlar haqlı olaraq buna reaksiya verəndə isə hay-küy salırlar ki, guya bu, onlara qarşı diskriminasiyadır".

N.Məmmədovanın sözlərinə görə, ermənilərin postsovet ölkələrində - Rusiyada, Ukraynada, Moldovada, Gürcüstanda da yerli əhaliyə, eləcə də azərbaycanlılara qarşı dəfələrlə vəhşilik etməsi, onları döyməsi, qətlə yetirmələri barədə daima məlumatlar verilir:

"Bu gün də biz ermənilərdə, həm də ABŞ-ın keçmiş səfiri R.Millzin təəccübləndiyi kimi, işğala bəraət qazandırıb başqasının torpağını qaytarmaq istəməyən Ermənistandakı ermənilərdə yox, ayrı-ayrı ölkələrdə icma şəklində yaşayan ermənilərdə də bu xüsusiyyətdən irəli gələn davranışları görürük.

35 nəfər 4 nəfərə hücum edirsə, qətl törədirsə, bu, mütəşəkkil cinayətkar dəstədir. Ermənilər bildiyimiz kimi tək postsovet ölkələrində deyil, ABŞ, Almaniya, Fransada kriminal işlərlə məşğul olur, mafiya yaradaraq cinayətlər törədirlər.

Hüquq dəyərlərinin olmadığı yerdə kriminal işə düşür və bu, ermənilərin xarakterik cəhətidir".

Ekspert məsələnin siyasi tərəfinə gəlincə, Qazaxıstanda erməni icmasından istifadə etməklə aranı qarışdırmaq versiyası da istisna etmir:

"Belə ki, Qazaxıstan bir türk dövlətidir, bizim Xəzər qonşumuzdur. Qazaxıstanın Azərbaycan və Türkiyə ilə çox yaxşı münasibətləri var. Qazaxıstan prezidenti Nazarbayev Azərbaycan prezidenti ilə çox yaxşı səmimi münasibətlər saxlayır.

Üstəlik, Qazaxıstan son dövrdə Ermənistana qarşı aşkar mövqeyi ilə seçilir. Bu, xüsusən şəxsən Paşinyana qarşı mövqedə, eləcə də Ermənistan namizədinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Qazaxıstan və Belarus tərəfindən rədd olunmasında özünü büruzə verdi. Bu amillər də ermənilərin Qazaxıstanda iğtişaş yaratmasına səbəb ola bilər.

Daha bir versiya ondan ibarətdir ki, Ermənistanın indiki prezidenti Armen Sərkisyanla Qazaxıstan prezidentinin qızı və siyasi varisi hesab olunan Dariqa Nazarbayeva arasında geniş biznes münasibətləri var.

Ermənistan prezidentinin Nazarbayevin qızı nüfuzlu Dariqa ilə çox yaxın əlaqələri mövcuddur.

2013-cü ildə Armen Sərkisyanın şəxsi dəvəti ilə Ermənistana gələn ingilis şahzadəsi Çarlzın səfəri zamanı Dariqa da İrəvanda idi.

Məhz Armen Sərkisyanın tövsiyəsinə əsasən Dariqa hazırda Qazaxıstanın bütün telekanallarını özündə birləşdirən media holdinq yaradıb. Ermənistanın yeni prezidenti həmin holdinqdə 5 faiz səhmlərə sahibdir.

Sərkisyan habelə Dariqanın 2002-ci ildən hər il Astanada keçirdiyi və təşkilat komitəsinə sədrlik etdiyi Avrasiya Media Forumunun əsasını qoyan şəxsdir.

Berdimuhəmmədovla da yaxşı münasibətləri olan Sarkisyan hələ biznesmen olan vaxtı onunla Aşqabad dəniz limanının inşası, sement zavodlarının tikilməsi, mədənçıxarma və kommunikasiya tenderlərində iştirak barədə razılığa gəliblər".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2898   Tarix: 09 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Prezidentdən Heydər Əliyevin anım günü ilə bağlı - Paylaşım

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" paylaşımı təqdim edir:

12 dekabr
.

"Heydər Əliyev Azərbaycançılıq ideyasını siyasi konsepsiyaya çevirərək xalqın kimliyini modern dövrə daşıdı" - AÇIQLAMA

"12 dekabr Azərbaycan tarixində Ulu Öndər Heydər Əliyevin anım günü kimi həm ehtiram, həm də dərin düşüncə ilə xatırlanan bir gündür. Bu gün yalnız bir lideri deyil, bütöv bir dövlətçilik fəlsəfəsini formalaşdırmış böyük bir şəxsiyyəti yad edirik". Bunu -a politoloq Tural İsmayılov danışıb

12 dekabr
.

Ölkəmizdə humanizmin növbəti təntənəsi

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfəri xalqımızın özünə inamını, güvənini daha da artırıb, eyni zamanda Azərbaycan dövlətçiliyini xeyli gücləndirib. Parlaq zəfərimizin beşinci ildönümünü "Konstitusiya və Suverenlik İli" kimi qeyd etdiyimiz qürurlu bir mərhələdə Preziden

18 dekabr
.

"Aİ Venesuela dosyesini bağlamır, sadəcə dondurulmuş vəziyyətdə saxlayır" - AÇIQLAMA

Avropa İttifaqı (Aİ) Şurası Venesuelaya qarşı məhdudlaşdırıcı tədbirlərin müddətini 10 yanvar 2027-ci ilə qədər uzatmaq qərarına gəlib. Sənəddə qeyd edilib ki, hazırda siyahıda aktivləri dondurulmalı olan 69 nəfər var. Onlara birbaşa və ya dolayı yolla vəsait, eləcə də, iqtisadi resurslar təqdim etmə

15 dekabr
.

Ramaldanova ağır itki

Qusarda baş verən ağır qəzada həyatını itirən və xəsarət alan şəxslər tanınmış hərbi ekspert Şair Ramaldanovun ailə üzvləridir. "Qafqazinfo" xəbər verir ki, bu barədə hərbi ekspert Üzeyir Cəfərov sosial şəbəkə hesabında yazıb. O bildirib ki, qəzada həyatını itirən 36 yaşlı Tamilla Ramaldanov

15 dekabr
.

İlham Əliyev Avstraliyanın baş nazirinə başsağlığı verdi

Prezident İlham Əliyev Avstraliya İttifaqının Baş naziri Entoni Albanizə başsağlığı məktubu ünvanlayıb. -a istinadən məktubun mətnini təqdim edir:. "Sidneydə Hanuka bayramı ilə əlaqədar keçirilən mərasim zamanı törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması barəd

15 dekabr
.

"Amnistiya aktı məhkumların cəmiyyətə yenidən inteqrasiya imkanlarının yaradılması baxımından da mühüm əhəmiyyət daşıyır" - AÇIQLAMA

"Möhtərəm cənab Prezident İlham Əliyevin "Konstitusiya və Suverenlik İli" çərçivəsində amnistiya elan olunması təşəbbüsü dövlətimizin gücünü, humanist dəyərlərə sadiqliyini və hüquqi dövlət prinsipinə verdiyi önəmi bir daha nümayiş etdirir. Bu təşəbbüs, ilk növbədə, müstəqil Azərbaycanı

18 dekabr
.

"Heç kimin şəxsi ambisiyası Azərbaycanın dövlət maraqlarından və milli təhlükəsizliyindən üstün ola bilməz" - DEPUTAT

"Son günlər Ramiz Mehdiyevin Vətənə xəyanət ittihamı ilə ifşa olunması, onun xəyanət məzmunlu məktubunun üzə çıxması cəmiyyətin haqlı hiddətinə səbəb olub. Söhbət dövlətin özülünə, onun suverenliyinə və milli müstəqilliyinə qarşı qəsdən yönəldilmiş, bağışlanmaz xarakter daşıyan təhlükəli və xəyanətka

15 dekabr
.

"Ramiz Mehdiyev işində bir daha məlum oldu ki, özünü xalq fədailəri kimi göstərənlər əslində yalnız öz mənfəətlərini güdürmüşlər" - DEPUTAT

"Uzun illər ərzində xarici anti-Azərbaycan qüvvələrinin əlində oyuncaq olan və onlar tərəfindən idarə edilən Əli Kərimli və onunla eyni mənsəbə qulluq edən digər "milli" satqınlar hər zaman Azərbaycanın əldə etdiyi böyük tarixi qələbələrə kölgə salmaq və xarici mərkəzlərin bu yöndə apardığ

16 dekabr