Övladını məktəbə yola salan valideynlərin qorxusu - VIDEO

Övladını məktəbə yola salan valideynlərin qorxusu - VIDEO"Məktəbətrafı yollarda sürət həddi yenidən nəzərdən keçirilməlidir".

Valideyn övladını məktəbə göndərkən fikri də onun yanında qalır. Yolu necə keçdi? Rahat çatdımı? Bu və digər formada narahatlıq yaşayır. Bu səbədəndir ki, məcbur qalıb maşınla özü aparır və nəticədə günün pik saatlarında məktəbyanı ərazilərdə aləm bir-birinə qarışır.

Hər zaman aktual qalan məsələ həllini tapacaq. Çünki ölkə başçısının imzaladığı 2009-2023-cü il dövlət proqramında problem diqqətdə saxlanılıb.

Valideyn: "Harada saxlayıb düşürüm? Maşını ən azı 300-350 metr yuxarıda saxlamışam. İndi hava xoşdur gedirik, amma yağış yağanda, su, palçıq olanda, oradan düşüb gələnə kimi ayaqqabılar su içində olur".

Yol kənarında yerləşən məktəblərdə hər gün demək olar ki, eyni vəziyyətin şahidi oluruq. Tıxac. Yolu təyin edilməyən yerdən keçən kim, maşınla yolu kəsən kim. Təbii ki, səbəblər var.

Valideyn: "Aşağıda dayanacaq var, orada bizə yer ayrılmalıdır. Heç olmasa oradan düşüb parkın içərisi ilə uşağımızı məktəbə gətirək".

Azər Allahverənov – nəqliyyat eksperti: "Məktəbətrafı səkilər çox dar olur. Həmin səkilərlə hərəkət edən uşaqlar əksər hallarda səki ilə belə hərəkət etmirlər, yola çıxırlar. Bu zaman onunla paralel hərəkətdə olan avtomobil əgər saatda 60 km/saat sürətlə gedirsə bu uşaq üçün potensial təhlükəlidir. Ümumiyyətlə məktəbətrafı yollarda sürət həddi yenidən nəzərdən keçirilməlidir".

Şagird: "Keçən il məni burada maşın vurdu. Sürətlə gəlirdi".

Çox ərazilərdə yol hərəkəti qaydaları düzgün tənzimlənmir. Valideynlər özləri də günahkardır.

Valideyn: "Uşaqların təhlükəsizliyi üçün yaxşı yer deyil, məcbur hamı burada saxlayır".

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, növbəti 5 il ərzində bu problem həllini tapmalıdır. Bunun üçün müvafiq orqanlara təkliflər planının hazırlanması tapışırığı verilib. Ekspertlər deyir ki, həmin təkliflər planında beynəlxalq təcrübənin də yer alması yaxşı olar.

Azər Allahverənov – nəqliyyat eksperti: "Müvafiq qaydada nişanlanmanın aparılması, müxtəlif müşahidə kameraları vasitəsi ilə müşahidələrin aparılması, ümumiyyətlə səyyar qaydada hərəkət edən yol patrul xidmətinin əməkdaşlarının bu məsələdə nəzarətinin daha təkmil şəkildə qurulması hayata keçiriləcək tədbirlər planının tərkib hissəsində olmalıdır. Beynəlxalq praktikada xüsusi diqqət təhsil müəssisələrinin təcrid olunan ərazilərdə yerləşdirilməsinə yönəlir. Təbii ki, əgər şəhər infrastukturu buna imkan verirsə".

Azərbaycanda tədris ocaqlarının nəqliyyat sıxlığının aradan qaldırılması üçün hazırlanacaq tədbir planında nələrin yer alacağını isə yaxın zamanlarda görmək mümkün olacaq. (ARB TV)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1404   Tarix: 10 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu restoranların menyularında "dəvə qutabı" olsa da, özü yoxdur... - Fotolar

Daxil olan müraciətlər əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıt şəhəri, Sahil küçəsində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində reyd keçirib. "Qafqazinfo" xəbər verir ki, yoxlama zamanı "Nicat" restoranı və "Balıqçı" kafesində "dəv

20 dekabr
.

Nazir anons etdi: Azərbaycanda ətin qiyməti YENİDƏN DƏYİŞİR

Azərbaycanda son illər heyvandarlıq sahəsində narahatedici tendensiya müşahidə olunur. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun sözlərinə görə, ölkədə heyvanların baş sayında azalma qeydə alınıb. Belə ki, 2024-cü ildə 2,5 milyon baş iribuynuzlu, 6,9 milyon baş xırdabuynuzlu heyvan mövcud olub. Bu d

21 dekabr
.

Bakıda onlayn qumar oynayan stamatoloq saxlanılıb

Bakıda onlayn qumar oynayan stamatoloq saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, 1996-cı ildə Bakı şəhərində anadan olmuş E.R. barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmədə məlum olub ki, E.R. 2025-ci ilin iyul ayının əvvəllərində

19 dekabr
.

Rusiya-Ukrayna cəbhəsində döyüşən Samirə Səmədova: "Qərbi Azərbaycan tarixi vətənimdir"

Kiyevdə azərbaycanlıların da təmsil olunduğu "Kozak Drive" Fondunda Ukrayna Silahlı Qüvvələrində xidmət edən yeganə azərbaycanlı qadın hərbi pilot Samirə Səmədova ilə görüş keçirilib. Fondun təmsilçisi Tatyana Peneva ilə Ukrayna Azərbaycanlıların Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev toplanmı

20 dekabr
.

Saxta sürücülük vəsiqəsi istifadə edən şəxs CƏZALANDIRILIB

Saxta sürücülük vəsiqəsindən istifadə etməkdə təqsirləndirilən Rusiya vətəndaşı barəsində hökm çıxarılıb. -a istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı - Emil Şərəfxan oğlu İsmayılov Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə (saxta sənəddən istifadə) ittiham olunub

20 dekabr
.

Narınginin qiymətindən narazı olan aktyora məsləhət: "Neftçilər metrosuna get"

Aktyor Sərxan Kərəmoğlu narınginin bahalığından gileylənib: "Narıngi Lənkəranda 30-40 qəpikdir, şəhərdə 3 manat. Kəndli öz meyvəsini gətirib şəhərdə sata bilmir. Ancaq bir yarmarkada qiymətlər bir az aşağıdır. Bakı boyda şəhərin camaatı yalnız yarmarkadan alış-veriş etməlidir? Mən ayda 3-5 min qazana

19 dekabr
.

Sabah hava necə olacaq? - PROQNOZ

Azərbaycanda dekabrın 22-nə olan hava proqnozu açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin 21-dən 22-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhə

21 dekabr
.

Ofisiantların ölümünə görə tutulan icarədarın həbs müddəti artırıldı

Binəqədidə 4 gəncin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı həbs edilən "Lake Hotel"in icarədarı Ağasif Verdiyev yenidən məhkəməyə çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, prokuror cinayət işi üzrə zəruri istintaq hərəkətlərinin davam etməsi ilə əlaqəda

19 dekabr
.

"AID Group"dan şikayətlə bağlı AÇIQLAMA - Problem HƏLLİNİ TAPDI

Sosial şəbəkələrdə "Aid Group" haqqında yayılan şikayətlə bağlı iddialara cavab verilib. xəbər portalında və sosial şəbəkələrdə "AID Group" şirkəti və şirkətin rəhbəri, tanınmış aparıcı Nigar Fərhad haqqında yayılan məlumatlarla bağlı ictimaiyyətə rəsmi mövqeyimizi bildiririk. İl

19 dekabr