Bakıda işlənmiş avtomobillərin satış bazarı çökdü

Bakıda işlənmiş avtomobillərin satış bazarı çökdü"Gürcüstandakı qadağa avtomobilləri 30-40% bahalaşdıracaq".
Azərbaycanda manatın yenidən ucuzlaşması 2-ci əl avtomobil bazarında da durğunluq yaradıb. 
oxu.az xəbər verir ki, fins.az-ın apardığı araşdırma nəticəsində məlum olub ki, bu bazarda alqı-satqı yox dərəcəsinə enib.
Avtomobil satıcıları deyir ki, əvvəllər az da olsa, alıcı tapılırdı. Son günlərdə isə bir nəfər də olsun avtomobil alan olmayıb.
"Bir müştəri tapmışdıq, onu da dollar qorxutdu"
Badamdar avtomobil bazarının iştirakçıları bildirirlər ki, təkrar devalvasiyadan sonra bir avtomobil də satılmayıb. Onların sözlərinə görə, onsuzda az olan satışlar hazırda 0 səviyyəsinə düşüb.
Məsələn, satıcı Oley Şamxalov deyir ki, hazırda avtomobil bazarı iflic vəziyyətdədir. Buna görə də, məcbur olub avtomobillləri 3000 manata kimi ucuzlaşdırıblar: "Məsələn, devalvasiyadan 3 gün əvvəl bir müştəri tapılmışdı.  2001-ci il model 3.2 l mühərrikli "Mercedes  E Class" avtomobilini sifariş etmişdi. 11 min manatlıq avtomobilin yekun qiymət olaraq 8 min manata satılması ilə bağlı razılığa gəlmişdik. Amma bank krediti dollarla təklif etdi. Manat ucuzlaşdığından müştəri avtomobili almaqdan imtina etdi"
O.Şamxalov onu da bildirib ki, əvvəllər bazarda satış şənbə və bazar günləri olurdu. Satışlar azaldığından yalnız bazar günləri avtomobil satışı olur.
"Avtomobillər 2 dəfəyə yaxın ucuzlaşa bilər"
Satıcının sözlərinə görə, istehsal tarixi 2012-ci ilə qədər olan avtomobillərin 2 dəfəyə yaxın ucuzlaşacağı gözlənilir. Məsələn, 32 min manatlıq 2012-ci il model "Toyota Prado" 21 min manata qədər ucuzlaşsa da, alan yox idi. Devalvasiyadan sonra bu avtomobili 15-16 min manatdan yüksək qiymətə satmaq olmayacaq. İstehsal tarixi 2012-ci ildən  yuxarı olan avtomobillərin qiyməti isə 1,5 dəfəyə qədər düşəcək.
Ayda 20 avtomobil satan salon indi alıcı tapa bilmir
Fərdi avtomobil satıcıları ilə yanaşı avtosalonlar da satışların dayandığını deyirlər. "Okean" avtosalonundan fins.az-a verilən məlumata görə,  əvvəl ay ərzində 20 avtomobil satılırdısa, hazırda avtomobil alan yoxdur. Buna baxmayaraq, əvvəl manatla satılan avtomobillər hazırda dollarla satılır. Məsələn, əvvəl 12600 manata satılan 2008-ci il model "Hyundai Sonata" hazırda müştərilərə 10 200(15500 manat) dollara təklif edilir. 11 500 manat olan 2007-ci il model "Hyundai Sonata" isə 9 min dollara (14880 manat) satılır.  Avtomobillər dollarla ucuzlaşsa da, manatla bahalaşıb. Avtosalonun satıcısı bunu Cənubi Koreyadan sifariş edilən avtomobillərin dollarla alınması ilə əlaqələndirib. Salondan bildirilib ki, 2-ci əl avtomobillər 2 dəfə olmasa da, 20-30 % ucuzlaşacaq.
"Gürcüstandakı qadağa avtomobilləri 30-40% bahalaşdıracaq"
Avtomobil bazarından digər satıcı German Quliyev də manatın ucuzlaşmasından sonra satışların dayandığını deyib: "Əvvəllər ay ərzində 1-2 avtomobil sata bilirdik. Hər gün 15-20 nəfər müraciət edib avtomobil qiymətləri ilə maraqlanırdı. Dolların bahalaşmasından sonra bir nəfər də müraciət etməyib".
Almaniyadan avtomobil gətirməklə məşğul olan satıcı digərlərindən fərqli olaraq 2-ci əl avtomobil bazarında qiymətlərin artacağını düşünür. Belə ki, yeni ildən Gürcüstanda qüvvəyə minəcək yeni qaydalara əsasən ölkəyə istehsal tarixi 2010-ci ildən aşağı olan avtomobilləri gətirmək qadağan ediləcək. Belə olan halda Azərbaycana gətiriləcək ili köhnə olan 2-ci əl avtomobillər də 30-40 % bahalaşa bilər.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 4044   Tarix: 24 dekabr 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

20 qəpiyə alınıb 80 qəpiyə satılan pomidor - Niyə bu qədər fərq var? - VİDEO

Saatlıda pomidor yığımı davam edir. 2 həftədir sahədən məhsul yığılır və indiyədək 30 ton məhsul tədarük edilib. Xəzər TV-yə istinadən xəbər verir ki, məhsul bol olsa da, qiymətlər aşağıdır. Hazırda sahədə pomidorun kiloqramı 20 qəpiyə satılır. Bu isə təsərrüfat sahiblərini qane etmir. Çəkilən xərcl

26 iyul 2021
.

Azərbaycan niyə Dünya Bankının yardımından imtina etdi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi Azərbaycan Dünya Bankı tərəfindən təqdim olunan güzəştli kreditdən imtina edib. Bəs bunun səbəbi nədir?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı ekspert Xəyal Məmmədli bildirib ki, Dünya Bankı "COVİD-19" pandemiyası ilə bağlı tək Azərbaycana deyil, bütün dünya dövlətlərin

23 iyun 2021
.

Türkiyə Azərbaycana və Orta Asiyaya yeni nəqliyyat marşrutu açır

Türkiyə Azərbaycanla və Orta Asiyanın türk cümhuriyyətləri ilə əlaqəni təmin edən yeni nəqliyyat marşrutu açır. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir. Məlumatda deyilir ki, beynəlxalq "P&O Maritime Logistics" şirkətinin yeni gəmiçilik marşrutu Xəzər dənizi vasitəsil

22 may 2021
.

Azərbaycanda ərzağın qiyməti niyə bahalaşır? - AÇIQLAMA

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

17 may 2021
.

Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr - Siyahı

2021-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 169 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 100 ölkəyə məhsul ixrac olunmuş, 156 ölkədən idxal olunub. Dövlət Statistika Komitəsindən -a verilən məlumatına görə, gömrük orqanlarınd

20 iyul 2021
.

Toylara icazənin verilməsi qızıl bazarına necə təsir edəcək? - AÇIQLAMA

Xəbər verdiyimiz ki, iyulun 1-dən ölkəmizdə toylara icazə verilib. Bu, təbii ki, qızıl satışının artımı deməkdir. Bəs qızıl satışında uzunmüddətli durğunluqdan sonra bahalaşma ola bilərmi?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı-ekspert Elmir Səfərli bildirib ki, qızıl satışında bahalaşma gözlənilmir:

6 iyul 2021
.

Azərbaycanda sosial ödənişlər nə qədər artıb?

Azərbaycanda son üç ildə sosial ödənişlər 2 400 00 00 manat və ya 60 faiz artaraq 6 400 00 00 manata çatıb, Dövlət Sosial Müdafiə Fonduna büdcədən transfert 40 faizdən 25 faizə enib. -ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilin ilk yarısının yekununa dair keçirilə

31 iyul 2021
.

Azərbaycan təbii qaz ixracını 57 % artırıb

Bu ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 10,379 milyard kubmetr həcmində təbii qaz ixrac edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir. Məlumata görə, ötən 6 ay ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 1,586 milyar

17 iyul 2021
.

İran azad olunan Azərbaycan ərazilərinə yaxın məkanda bazar yaradır

İran Azərbaycanın işğaldan azad olunan ərazilərində yaxın məkanda tikinti materialları bazarının yaratmaq niyyətindədir. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İranın Şərqi Azərbaycan vilayətind

13 iyul 2021