Benzinin qiyməti arta bilər

Benzinin qiyməti arta bilərNeft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban modern.az saytına yanacağın ucuzlaşmamasının səbəblərini izah edib: "Bu gün ölkədə 1,1 milyon avtomobil var. Həmin avtomobillər üçün 1 il ərzində 2 milyon ton (milyardlarla litr) benzin sərf olunur. Bunun təqribən 1,3 milyon tonu avtomobil benzini, 700 min tonu dizel yanacağıdır. Yanacağın pərakəndə satışının illik dövriyyəsi təqribən 1,9 milyard manatdır.

Satışdan aksiz, mənfəət vergisi tutulduğunu və prosesdə çoxlu oyunçular olduğunu nəzərə alsaq, bu, pis gəlir deyil. Bundan Dövlət Neft Şirkətinin emal müəssisələri, pərakəndə satış nöqtələri və başqaları öz hissələrini götürür. Bu baxımdan, yanacaq dövlət üçün əhəmiyyətli sahədir".

O qeyd edib ki, dünya bazarında ucuzlaşma zamanı xammaldan asılı olan ölkələrdə, yanacağın qiymətinin daxili bazarda aşağı salınması tendensiyası heç vaxt müşahidə olunmur: "Məsələn, qonşu Rusiya və Qazaxıstana nəzər yetirək. Rusiyada 2015-ci ildə yanacağın qiyməti kəskin olmasa da, daim yüksəlib və orada azad bazar var. Növbəti il üçün ixrac nefti artacağından, Rusiyada neft məhsullarının qiymətində 2 rublluq bahalaşma olacağı, bu, o cümlədən Qazaxıstanda proqnozlaşdırılır. Oradakı problem neft məhsullarının bir qisminin Rusiyadan idxal edilməsi ilə bağlıdır. Dövlətin qismən tənzimləmə rolunu oynamasına baxmayaraq, qiymətlərdə artım müşahidə olunur.

Azərbaycanda 2014-cü il aprel ayının 1-dən etibarən yüksək oktanlı benzin dövlət nəzarətindən çıxsa da, yerdə qalan yanacaq dövlət nəzarətindədir. Bununla belə, biz o yanacağın qiymətində də dəyişiklik hiss etmirik.

Sonuncu qiymət dəyişikliyi 2014-cü ilin oktyabr ayında olub. Üstündən 14 ay keçib, ən əsası manat iki dəfə devalvasiyaya uğrayıb. Ötən müddətdə Mərkəzi Bank 9,8 milyard intervensiya edərək manatın kursunu stabil saxladı. Bu, olduqca paradoksal situasiyaya gətirib çıxardı.

Niyə 10 milyarda yaxın vəsaiti yandırdıq?.. Vəsait yox oldu, amma nə iqtisadiyyat, nə dövlət, nə də vətəndaşın xeyrinə dəyişiklik oldu".

Ekspertin sözlərinə görə, ölkənin idxal etdiyi benzin ümumi yanacağın 10 faizini təşkil edir: "Rövnəq Abdullayev özü də bildirmişdi ki, Azərbaycanın idxal etdiyi benzin 10 faizə yaxındır. Yəni bu qiyməti bahalaşdırmağa əsas vermir. 1,3 milyon ton benzinin satıldığını nəzərə alsaq, onun 10 faizi 135 min tonu yüksək oktanlı benzinin payına düşür. Ona tələbat isə azalıb. Çünki insanların alıcılıq qabiliyyəti aşağı düşüb".

İlham Şaban 2016-cı il üçün yanacağın qiymətinin artıb-azalacağı proqnozunu verməyin çətin olduğunu bildirib: "Proqnoz vermək bir qədər çətindir. Amma azalmadan söhbət gedə bilməz. Dövlətin valyuta gəlirlərinin 90 faizi bir məhsul-xammal hesabına formalaşırsa və onun da qiyməti yarıdan çox azalırsa, bu zaman dövlət nəyinsə hesabına kompensasiya etməyin yollarını axtarır. Onu kompensasiya etməyin bir yolu da neft məhsullarının qiymətinin artırılmasıdır.

SSRİ-də də həmişə belə olub. O dövrdə benzinin qiyməti birdən-birə 15 qəpikdən 30 qəpiyə (100 faiz) qaldırılıb. Azərbaycanda da faktiki olaraq sovet iqtisadiyyatıdır. Ona görə qiymətin qaldırılması ani baş verir. Məsələn, 2013-cü ilin dekabrında yanacağın qiyməti 31 faiz qalxdı. Maraqlıdır, illərlə sabit qalan məhsulun qiyməti tədricən deyil, birdən-birə, həm də nəzərəçarpacaq dərəcədə qaldırılır.

Xaricdə bahalaşma tədricən, 3-5 faiz, bizdə isə 30-50 faiz olur. Fərq budur. Bu da insanların həyat və fəaliyyətinə şok təsiri bağışlayır. Hesab edin ki, Dubaydan Sibirə gedirik. Olduğumuz yerdə havanın hərarəti 30 dərəcə isti, getdiyimiz yerdə isə 30 dərəcə şaxtadır.

Azərbaycan hökuməti həmişə belə bir şərait bəxş edir. Nəzərə alın ki, Azərbaycanmı büdcəsi xarici dövlət şirkətinin büdcəsi qədərdir.

Çatışmayan cəhəti odur ki, 11 ayın nəticələrinə görə idxalı azalda biməmişik, hələ də artmaqda davam edir. Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, 9 ayın tədiyyə balansına görə idxal artıb.

Bu onu göstərir ki, neftdən gələn gəlirin çox böyük hissəsini idxala sərf etmişik, yəni yemişik. Buna da deyilir qeyri-rasional xərcləmə.

Biz niyə başında bir damcı kükürd, arxasında isə yonqardan tutmuş nə desən ola bilən kükürdü istehsal edə bilmirik? Axı onu cəzaçəkmə müəssisəsində saxlanılan şəxslər də, "Azərkimya"nın çalışanları da düzəldə bilərlər. Biz fil düzəltmək istədik, əlimizdən heç nə gəlmədi, keçdik dəvəyə, ata, eşşəyə, ondan da siçana keçdik. Siçanı da pişik hoop eləyib yedi...

Çünki biz çox böyük sənaye obyektlərindən yapışmışıq. Amerikanın isə ümumi daxili məhsulunun böyük hissəsini kiçik müəssisələr verir. Sadəcə, bizim davamsız iqtisadiyyatımız davamlı pul xərcləmə üzərində qurulub".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3030   Tarix: 26 dekabr 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Azərbaycanda aprelin 5-də havanın yağıntılı keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın intensiv olacağı ehtimalı var. Gecə və səhə

4 aprel
.

Azərbaycanda evlənmək istəyənlərə EV VERİLƏ BİLƏR - YENİ TƏKLİFİN DETALLARI

Son zamanlar ölkədə ailə qurmaqdan çəkinənlərin sayı artıb. Bu səbəbdən evliliklərin sayında əvvəlki illərlə müqayisədə azalma müşahidə olunur. Əsas səbəblərdən biri gənclərin şəxsi mənzilə sahib olmamasıdır. Hazırda ev almaq üçün minimum 80-100 min manat vəsait tələb olunur ki, bu da həm yüksək gəlir

4 aprel
.

Novruz Məmmədov işindən ayrıldı - SƏBƏB

Uzun müddət Azərbaycanın siyasi elitasında təmsil olunmuş, 5 il Prezident Administrasiyasında Ramiz Mehdiyevin müavini işləmiş, həmçinin 20 il Prezident Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri və bir müddət Baş nazir vəzifəsini tutmuş Novruz Məmmədov daha bir işini itirib. -a istinadən xəbə

3 aprel
.

Bakıda yeni "moll" tikilir

Azərbaycanda yeni "moll" tikintisinə start verilib. Bakıvaxtı.az-a istinadla xəbər verir ki, Əhmədli qəsəbəsində yerləşən "Bravo" hipermarketi ərazisində inşa olunması planlaşdırılan yeni ticarət mərkəzi ilə bağlı ilkin hazırlıq işlərinə artıq başlanılıb. İddialara əsasən, sözügedə

4 aprel
.

Bu il uşaqlara daha çox hansı adlar verilib? - Statistika

2026-cı ilin ilk 3 ayında yeni doğulan körpələrə ən çox hansı adların verildiyi məlum olub. Bizim.Media Ədliyyə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, 2026-cı ildə yeni doğulan oğlan uşaqlarına ən çox Uğur adı qoyulub. Belə ki, 105 ailə bu addan istifadə edib. Bundan əlavə Hüseyn 82, Rau

4 aprel
.

Sağlamlığımıza niyə laqeyd yanaşırıq? - AÇIQLAMA

Gündəlik həyatın sürəti, stress və müxtəlif psixoloji faktorlar bəzən insanları ən dəyərli şey - sağlamlıq qarşısında belə laqeyd edir. Çoxları riskləri bilsə də, yenə də özünə zərər verən davranışlardan imtina etmir. Bəs görəsən nədir bunun səbəbi? . Psixoloq G.Qədirli bu barədə -a açıqlama verib:

3 aprel
.

Küləklə bağlı növbəti - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Aprelin 4-6-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bakıda v

4 aprel
.

Ziya Məmmədov illər sonra toyda göründü - Foto

Ötən gün Gülüstan sarayında sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovun nəvəsi Elyarın toy məclisi keçirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, toyda sabiq nazir də iştirak edərək təbriklərini çatdırıb. İşdən çıxarıldıqdan sonra Ucar rayonunda məskunlaşan Z.Məmmədo

4 aprel
.

Bu ərazilərdə mənzillər BAHALAŞIR

Azərbaycanda köhnə və qəzalı yaşayış fondunun mərhələli şəkildə yenilənməsi ilə bağlı yeni mərhələyə start verilir. Aidiyyəti qurumların son məlumatları yaxın dövrdə ölkənin bir neçə böyük şəhərində söküntü və yenidənqurma proseslərinin başlanacağını göstərir. Hazırda Bakı, Sumqayıt və Gəncə şəhərlərind

4 aprel