Çantadakı 30 milyon kimin idi... Azərbaycandan çıxarmaq istəyirdi, alınmadı

Çantadakı 30 milyon kimin idi... Azərbaycandan çıxarmaq istəyirdi, alınmadıBakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıq yolu ilə Azərbaycandan külli miqdarda xarici valyuta çıxarmaqda ittiham olunan Rusiya vətəndaşı, Dağıstan sakini, 36 yaşlı Nurmaqomed Karanaevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sonxeber.az virtualaz.org-a istinadla xəbər verir ki, ötən il yanvarın 19-da İran İslam Respublikasından gələrək Azərbaycandan tranzit keçməklə Rusiya Federasiyasına gül kələmi aparan Nurmaqomed Karanaevin idarə etdiyi "Volvo FN 12" markalı yük-nəqliyyat vasitəsinə Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin içərisindəki çantadan gömrük nəzarətinə bəyan edilməyən 29 milyon 980 min rubl aşkar edilib.

Faktla bağlı N.Karanaevin barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, Yasamal rayon məhkəməsi tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən Nurmaqomed Karanaev ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində ailəsi ilə birgə Dağıstan Respublikasının Qarabudaqkənd rayonunda yaşadığını deyib. Bildirib ki, "Best Mejdunarodnıe perevozki" yük daşıma şirkətində sürücü işləyib, dəfələrlə Azərbaycan ərazisindən keçməklə İrana yük daşıyıb. Və İrandan maşına yük vurub Rusiyaya apardığını deyib.

Nurmaqomed sonuncu dəfə ötən il yanvarın 11-də adıçəkilən şirkətə məxsus yük maşını ilə Dağıstandan Azərbaycana yola düşüb. Yükü boş şüşə bankalar olub. Həmin bankaları Biləsuvar şəhərinə gətirib. Təhvil-təslim işləri qurtardıqdan sonra şirkətin təlimatına əsasən yük götürmək üçün İranın Astara şəhərinə yola düşüb. "Pəyanə" terminalında avtomobilə gül kələmi yüklənib. Və nə baş veribsə bundan sonra baş verib.

"Yükü Moskva şəhərinə çatrırmalıydım. Yanvarın 17-də Astara Gömrük keçidindən keçib Azərbaycana daxil oldum. Avtomobili birbaş "Samur" gömrük postuna sürdüm. Postun ərazisinə çatmamış əmim Umar Rusiyadan zəng vurub dedi ki, gömrükdə bir nəfər sənə yaxınlaşacaq, bir neçə çanta, əşya və bir az da pul verəcək. Həmin əşyalar Rusiyada sahibinə çatmalıdır"-dağıstanlı TIR sürücüsü deyir.

N.Karanaevin ifadəsinə görə, gömrükdə avtomobili rentgen aparatından keçirdikdən sonra bir nəfər ona yaxınlaşaraq əmisinin dediyi adam olduğunu bildirib. Ona dörd ədəd çanta verib, içərisində pal-paltar, bir az da pul olduğunu deyib.

"Mən yetim böyümüşəm, əmim Umar mənə atalıq edib. Onun sözü və tapşırığı mənim üçün qanundur. Ona görə də etiraz etmədim. Həmin adamın adını da soruşmadım. Xarici görkəmindən dağıstanlıya oxşayırdı. Çantaları qəbul etdim. Çantanın birində pul olduğunu bilirdim. Lakin həmin pulun həddindən artıq olmasını düşünmürdüm. Ona görə də pulu bəyan etməyi lazım bilmədim. Çünki dəfələrlə bu yolu keçib getdiyim üçün xərclik pullarımı bəyan etməmişəm. Üzərimdə həmişə 1000-2000 dollar pul olub. Bu pula görə heç kim heç vaxt məni saxlamayıb"-həbs olunmuş sürücü bildirib.

Nurmaqomed savadsız olduğunu, ancaq 10 min dollara qədər məbləğin bəyan olunmasına ehtiyacın olmadığını, bundan artığının isə gömrükdə bəyan edilməli oduğunubilmədiyini deyən N.Karanaev deyib ki, əslində onun heç vaxt 30 milyon rubl pulu olmamışdı. Ona görə də çantadakı pulun məbləği barədə düşünmək heç ağlına da gəlməyib.

"Çantaları gizlətmək fikrim də olmayıb. Əgər pulu gizli keçirmək fikrim olsaydı onu maşının müəyyən yerlərindən gizlətməyə cəhd edərdim. Mən gözləmirdim ki, çantadakı pullar qaçaq mal kimi qəbul olunar. Posta daxil olanda gömrük əməkdaşları şəxsi əşyalarımın olub-olmadığını soruşdular. Dedim ki, salonda içərisində geyim əşyaları olan dörd çanta var"-o ifadəsində deyib.

Gömrük əməkdaşları avtomobilin salonundakı çantalara N.Karanaevin və hal şahidlərinin iştirakı ilə baxış keçiriblər. Çantalardan birinin - nisbətən daha ağır olanın içərisindəki geyim əşyalarının altından böyük məbləğdə rus pulları aşkarlanıb. Külli miqdarda pulları görən N.Karanaev həyacanlanıb, gömrükçülərə çantada bu qədər pulun olduğunu bilmədiyimi deyib. Lakin ona "artıq gecdir" deyiblər və pulun aşkar olunmasına dair protokol tərtib ediblər.

"Pullar sayıldı. 30 milyon rubla yaxın məbləğ idi. Həbs olunduqdan sonra cəmisi bircə dəfə əmimlə telefonla danışmağa şərait yaradılıb. Hazırda əmim Dağıstandadır. Məhkəmədən xahiş edirəm əmim məhkəməyə dəvət olunsun, bu işə aydınlıq gətirsin"-Nurmaqomed bildirib.

Məhkəmə prosesi davam edir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 7089   Tarix: 29 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabirabadda qaynını bıçaqlayıb, qayınanasına xəsarət yetirən şəxs saxlanılıb - YENİLƏNİB

Sabirabadın Kürkəndi kəndində qaynını bıçaqlayan Ramil Tarverdiyev polis tərəfindən saxlanılıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlifağa oğlu boğazından və döş qəfəsindən bıçaqlanıb. Yaralı çoxsaylı bıçaq xəsarətləri və qanitirmə diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilərə

7 sentyabr 2021
.

Gəncədə qadın qətlinin detalları: Hadisə yun çırpmaq üstündə olub - YENİLƏNİB

Ötən gün Gəncə şəhərində baş verən qətllə bağlı bəzi detallar məlum olub. Hüquq-mühafizə orqanlarından -a bildirilib ki, iki qonşu arasında baş verən mübahisə yun təmizləmək üstündə olub. Belə ki, Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədova yaşadığı binanın qarşısında yun çırpırmış. B

1 sentyabr 2021
.

Yerdə xırıldayanda yenə bıçaqladım, çünki... - "Emin 444"ün qətli

Kriminal aləmdə "Emin 44" kimi tanınan Emin Səfərovun qətlinə görə həbs edilmiş şəxslərin cinayət işi üzrə məhkəmə araşdırması davam edir. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. -a istinadən xəbər verir ki, artıq məhkəmə araşdırması yekunlaşmaq üzrədir. Sonuncu prosesdə məhkəm

12 sentyabr 2021
.

Bu da tanınmış klubda müştərini döyərək öldürən mühafizəçinin FOTOSU

Xəbərə şəkil əlavə olunub. 10:20. Bakının Xətai rayonunda qətl hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Xocalı prospektində yerləşən iaşə obyektində qeydə qlınıb. Belə ki, "Berlin pub" klubunun mühafizəçisi Orxan Şahbazov iaşə obyektində müştəri olan 1981-ci il təvəllüdl

30 avqust 2021
.

Azərbaycanda yeniyetmə 53 yaşlı kişini öldürdü - YENİLƏNİB

Sentyabrın 10-u saat 06:00 radələrində 1968-ci il təvəllüdlü Əli Əliyevin bıçaqlanaraq xəsarət alması nəticəsində ağır vəziyyətdə Göyçay Rayon Mərkəzi Xəstəxanasına daxil olması və orada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Göyçay Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişi

10 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ OLAY - Dostu ilə əlbir olub qardaşını öldürdü

Prokurorluq Bərdədə baş vermiş hadisə ilə bağlı məlumat yayıb. Rayon prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 28-i saat 20 radələrində Bərdə rayonu, Hacallı kəndində transformatorun içində kənd sakini, 1988-ci il təvəllüdlü Səxavət Nəzərovun meyitinin aşkar edilməsi barədə rayo

30 avqust 2021
.

İmişlidə mübahisə qanlı bitdi: 32 yaşlı kişi bıçaqlandı

İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib. -ın məlumatına görə, hadisə Şahverdili kəndində qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü Hüseynov Səbuhi Sabir oğlu mübahisə zəminində bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmi

5 sentyabr 2021
.

Sevdiyi qızın xalası oğlunu öldürdü - Qətlin təfərrüatı

Bakıda sevdiyi qızın qohumunu qətlə yetirməkdə təqsirli bilinən İbrahim Sadıqovun cinayət işi üzrə istintaq başa çatıb. "ölkə.az"a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib. İbrahim Sadıqov sevdiyi qızın xalası oğlu İslam Hüseynovu qətlə yetirib. Hadisəyə səbəb isə İ.Sadıqovu

23 avqust 2021
.

Azərbaycanda DƏHŞƏT - Arvad ərini öldürüb, kolluqda gizlətdi

Neftçala rayonunda 9 il əvvəl törədilərək bağlı qalmış cinayətin açılması təmin edilmişdir. Baş Prokurorluqdan -a verilən məlumata görə, 09.02.2013-cü il tarixdə Neftçala rayon sakini Mənəfov Mayis Nazim oğlunun Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən qəbirstanlığın yanındakı kolluq ərazidə çürümü

10 sentyabr 2021