Yaxın günlərdə Bakıda bu təbiət hadisəsi baş verəcəkmi? Baş hidroloq Asif Verdiyevlə MÜSAHİBƏ

Yaxın günlərdə Bakıda bu təbiət hadisəsi baş verəcəkmi? Baş hidroloq Asif Verdiyevlə MÜSAHİBƏEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin baş hidroloqu Asif Verdiyev BiG.AZ-ın suallarını cavablandırıb.

- Asif bəy, bir neçə gün öncə Azərbaycanda hava şəraiti kəskin soyudu. Bu cür hava şəraiti fevral ayında da gözlənilirmi?

- Ümumiyyətlə, uzunmüddətli proqnozların özünü doğrultması aşağı olur. Biz hava şəraitinin kəskin dəyişməsi ilə bağlı sinoptik şəraiti təhlil etdikdən sonra sutkalıq, iki sutkalıq proqnozlar və eyni zamanda bir-iki gün əvvəlcədən xəbərdarlıqlar hazırlayıb müvafiq qurumlara göndəririk. Qeyd edim ki, 3 və 5 günlük uzunmüddətli proqnozlar verərkən həmin proqnozlar hər gün bir daha dəqiqləşdirilir. Atmosferdə hava daimi hərəkətdə olur, demək olar ki, hər saat hava dəyişir. Ona görə indidən fevral ayında bizi hansı hava şəraitinin gözləməsi ilə bağlı proqnoz vermək çətindir. Şübhəsiz ki, fevral ən soyuq aylardan biridir. Statistik məlumatlara nəzər salsaq, bölgələrdə, Bakı və Abşeron yarmadasında ayrı-ayrı illərdə qarlı, şaxtalı hava şəraiti müşahidə olunub. Biz bu ilin qış dövrünün proqnozunu ictimaiyyətə açıqlayarkən bildirimişdik ki, qış dövründə ölkə ərazisində hava şəraitinin mülayim keçəcəyi gözlənilir. Havanın orta aylıq temperaturunun iqlim normasından 0,5-1,0 dərəcə yüksək olacağı gözlənilir. Fevral ayında hava şəraitində hər hansı kəskin dəyişiklik gözlənilərsə, bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

- Havaların anomal keçməsi bir çox insanların səhhətində müəyyən problemlərə gətirib çıxarır. Sonuncu dəfə Azərbaycanda bu cür anomal hava şəraiti neçənci ildə müşahidə olunub?

- Müşahidə olunan hidrometeoroloji proseslər və hava şəraitində baş verən dəyişikliklər meteohəssas insanlara birbaşa təsir göstərir. Bununla əlaqədar olaraq biz hava proqnozları ilə yanaşı, tibbi-meteoroloji proqnozlar da hazırlayıb ictimaiyyətə təqdim edirik. Hava şəraitinin kəskin anomal keçməsi ilə bağlı qeyd edim ki, yanvarın 16-da Bakıda havanın temperaturu 16-17 dərəcəyə qalxmışdı. Yanvarın 17-də isə temperatur kəskin olaraq 10 dərəcə aşağı düşdü. Bu da temperaturun anomal gedişi kimi qiymətləndirilir. Ona görə prosesi əvvəlcədən proqnozlaşdırıb insanlara bu barədə məlumat verdik. Müşahidə məlumatlarına nəzər salsaq görərik ki, Bakıda və Abşeron yarmadasında ən soyuq yanvar ayı 1962-ci ildə qeydə alınıb.

Ancaq son 26 ildə isə ən soyuq yanvar ayı 2008-ci ildə olmuşdu. Həmin dövr yanvarın 8-də Bakıda və Abşeron yarmadasında havanın temperaturu 8,7 dərəcə şaxta təşkil etmişdi. Hətta Bakıda 44 santimetr hündürlüyündə qar yağmışdı. Eyni zamanda Bakıda və Abşeron yarımadasında 2010-cu ildə sürəti saniyədə 35 metrə çatan şimal-qərb küləyi müşahidə olunmuşdu. Ancaq bu il yanvarın 17-də müşahidə olunan şimal-qərb küləyinin sürəti ondan çox olmuşdu.

Yaxın günlərdə Bakıda bu təbiət hadisəsi baş verəcəkmi? Baş hidroloq Asif Verdiyevlə MÜSAHİBƏ- Tozlu hava kütlələri əsasən hansı dövlətlərdən ölkəmizə gəlir?

- İlin müxtəlif aylarında bölgələrdə, Bakıda və Abşeron yarmadasında havada toz burulğanı əmələ gəlir. Bu da əsasən cənub və cənub-qərb küləkləri zamanı Ərəbistan səhrəlarından və cənub-şərq küləkləri zamanı Türkmənistandan ölkəmizə daxil olur. Eyni zamanda güclü küləklər lokal xarakterli də ola bilir.

- Daha çox hansı bölgələrdə güclü külək müşahidə olunur?

- Yanvar və fevral aylarında cənub-qərb küləkləri bölgələrdə, xüsusən də dağlıq ərazilərdə Daşkəsən, Gədəbəy, Lerik və s. rayonlarında müşahidə olunur. Bakıda və Abşeron yarımadasında isə daha çox güclü şimal-qərb küləyi bəzən cənub-qərb küləyi ilə əvəz olunur.

- Bu zaman yəqin ki, tərəfinizdən səlahiyyətli orqanlara xəbərdarlıq edilir?

- Təbii ki, istənilən hidrometeoroloji proseslərlə bağlı hava şəraitinin kəskin dəyişməsi, güclü külək, havanın temperaturunun kəskin tərəddüdü, atmosfer təzyiqinin tərəddüdü, intensiv yağışlar, dolu və s. ilə bağlı əvvəlcədən xəbərdarlıq tərtib edib bütün dövlət orqanlarına, nazirliklərə, icra hakimiyyətlərinə, açıq dənizdə fəaliyyət göstərən müəssisələrə təqdim edirik.

Yaxın günlərdə Bakıda bu təbiət hadisəsi baş verəcəkmi? Baş hidroloq Asif Verdiyevlə MÜSAHİBƏ- Bu il qış fəslinin isti keçməsi bir çoxlarında yayda havaların kəskin şəkildə isti keçəcəyi fikrini yaradır. Bu ehtimal nə qədər doğrudur?

- Bununla bağlı bizə çox suallar verilir. Qeyd edim ki, qış fəsli ilə yay fəsli arasında elmi cəhətdən elə bir əlaqə yoxdur. Yəni qış nə qədər soyuq keçərsə, yay o qədər isti keçəcək və yaxud da əksinə. Bunlar arasında elmi cəhətdən əlaqə yoxdur.

- Bizi qlobal istiləşmə gözləyirmi?

-İstiləşmə, yəni havanın temperaturunun artması bütün dünyada olduğu kimi, bizim ərazidə də müşahidə olunur. Ümumi tendensiya onu göstərir ki, Azərbyacanda da temperaturda artım müşahidə edilir. Bu artım bütün fəsillərdə özünü göstərir. Ümumiyyətlə, son illər qış dövrü mülayim keçir və dağlıq ərazilərdə qar örtüyündə azalma müşahidə olunur. Qış dövründə orta dağlıq ərazilərdə havanın temperaturunun artması nəticəsində qar örtüyü bəzən vaxtından əvvəl əriyir. Qarın vaxtından tez əriməsi quruluq dövründə çaylarda sululuğun formalaşmasında müəyyən problem yaradır.

- Yaxın günlərdə Bakıya qar yağması gözlənilirmi?

- Hazırda sinoptik şəraitlə əlaqədar hava şəraitində kəskin dəyişmə gözlənilmir. Əgər hava şəraitində hansısa cidi dəyişiklik və ya qar yağması gözlənilərsə əvvəlcədən bu barədə ictimaiyətə məlumat veriləcək.

- Fevral ayında çaylarda daşqınlar gözlənilirmi?

- Fevral ayında çaylarda adətdən az sulu dövr müşahidə olunur. Çünki dağlıq ərazilərə yağıntı qar şəklində yağır və havanın tempuraturu aşağı olur. Ona görə də çaylar əsasən yeraltı su hesabına qidalanır. Çaylarda sululuğun artımı və gursululuq dövrü əsasən mart ayının sonu və aprelin əvvəlindən başlayır və may ayının sonunadək davam edir. Həmin dövrdə havanın tempuraturu yüksəlir, dağlıq ərazilərdə qar örtüyü tədricən əriyir, yağışlar mövsümi başlayır və çaylarda gursululuq dövrü müşahidə edilir.

- Daha çox hansı çaylarda daşqınlar gözlənilir?

- Yaz-yay aylarında çayların gursululuğunu proqnozlaşdırmaq üçün biz hər il mart ayında Azərbaycanın dağlıq ərazilərində 5 istiqamətdə qarölçmə işləri aparırıq. Bu ilin mart ayında bu işlərin aparılmasına başlayacağıq. Qarölçmə işləri 28 marşrut üzrə olmaqla Böyük Qafqazın (Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Quba, Qusar rayonlarının) və Kiçik Qafqazın (Daşkəsən, Gədəbəy, Göygöl rayonlarının) dağlıq ərazilərində aparılacaqdır. Bu işlərin aparılmasında əsas məqsəd çayların hövzələrində qarda olan su ehtiyatını müəyyən etməkdir. Ölçü işləri başa çatdıqdan sonra aparılan hesablamalara və təhlillərə əsasən yaz-yay gursululuq dövrünün proqnozu hazırlanacaq.

- Daşqınlar zamanı hansı rayonlara daha çox zərər dəyir?

- Azərbaycan ərazisində daha çox daşqınlara məruz qalan bölgə əsasən Böyük Qafqazın cənub yamacıdır. Bu, əsasən sel təhlükəsi olan Balakən, Şəki, Oğuz, Qəbələ rayonlarının ərazisində axan çaylardı. Həmin çaylarda yaz-yay və payız dövrlərində yağan intensiv leysan yağışları nəticəsində qısamüddətli daşqınlar müşahidə olunur. Bununla bağlı mütəmadi olaraq əvvəlcədən xəbərdarlıqlar veririk.

- Havanın necə keçəcəyi ilə bağlı məlumat sizə neçə gün öncə bəlli olur?

- Biz sutkalıq və iki sutkalıq proqnozlar hazırlayırıq. Hava proqnozunu tərtib edərkən proqnozlar bürosunda quraşdırılmış proqram təminatlı sistemdən istifadə edirik. Bu sistem vasitəsilə biz hər 3 saatdan bir hava şəraitində baş verə biləcək dəyişiklikləri izləyə bilirik. Eyni zamanda müxtəlif sinoptik xəritələr alırıq və onları təhlil edirik. Dünyanın bir çox ərazilərində, xüsusilə də bizim ölkəyə yaxın ərazilərdə müşahidə olunan və gözlənilən prosesləri daimi izləyirik. Bütün bu proseslər üzərində təhlillər apardıqdan sonra gözlənilən hava şəraiti ilə bağlı sutkalıq və iki sutkalıq proqnozlar hazırlayırıq.

- Verdiyiniz proqnozlarda neçə faiz yanlışlıq olur?

- Qeyd edim ki, bu il ETSN-nin Milli Hidrometeorologiya Xidmətinin yeni saytının yaradılması gözlənilir. Saytda biz hər gün 5 günlük hava proqnozunu yerləşdirəcəyik və proqnozlar hər gün yenilənəcəkdir. Ümumiyyətlə, proqnoz sözü ehtimal deməkdir və heç vaxt 100 faiz ola bilməz. Verdiyimiz sutkalıq hava proqnozunun özünü doğrultması dünya standartlarına yaxındır.

- Nazirlik tərəfindən hava ilə bağlı xəbərdarlıq olunan zaman bir çoxları bunu önəmsəmədir. Hətta qınayanlar da oldu. Bununla bağlı fikirlərinizi bilmək istərdik?

- Bu yaxınlarda yəni yanvarın 17-18-də xüsusi təhlükəli hava proqnozu ilə bağlı xəbərdarlığı qeyd etmək istərdim. Həmin vaxt biz Bakı və Abşeron yarmadasında, xüsusən də açıq dənizdə güclü küləyin olacağı ilə bağlı xəbərdarlıq vermişdik. Bakıda havanın temperaturunun müsbət 2 dərəcəyə enməsi və yağıntının bəzi yerlərdə sulu qara keçəcəyi proqnozlaşdırılmışdı. Yanvarın 17-də Bakıda temperatur kəskin aşağı endi, yağıntı sulu qara keçdi, güclü şimal-qərb küləyi müşahidə olundu. Bölgələrdə isə əksər ərazilərə qar yağmışdı. Bəzi insanlar düşünürdülər ki, soyuq və qarlı hava şəraiti Bakıda və Abşeron yarımadasında da olacaq. Qeyd etmək istəyirəm ki, güclü qarlı hava şəraiti əsasən bölgələrdə gözlənilirdi. Həmin vaxt hava şəraiti ilə bağlı məlumat əldə etmələri üçün vətəndaşlar tərəfindən bizə çoxsaylı zənglər daxil olmuş və bizim mütəxəsislər tərəfindən onlara ətraflı məlumat verilib. Qeyd edim ki, güclü küləklə əlaqədar şəhərin bəzi yerlərində binaların dam örtükləri uçmuş, ağacların qurumuş budaqları qırılmış, yük maşını aşmış, binanın üstündən su çəni yerə düşmüş və bu kimi hadisələr baş vermişdi. Bütün bunları KİV-lər işıqlandırıb. Bir-çox dövlət qurumları qeyri-sabit hava şəraiti ilə bağlı vaxtında lazımi tədbirlər görmüşdülər. Əlbəttə, bizim əsas borcumuz insanları, vətəndaşları əvvəlcədən məlumatlandırmaqdır ki, diqqətli olsunlar və baş verə biləcək hadisələrə hazır olsunlar.

Yaxın günlərdə Bakıda bu təbiət hadisəsi baş verəcəkmi? Baş hidroloq Asif Verdiyevlə MÜSAHİBƏ- Mobil telefonlarda olan hava proqnozlarında yanlışlıq olurmu?

- Qeyd etmək istəyirəm ki, mobil telefonlarda olan hava proqnozları Milli Hidrometeorologiya Xidmətinin proqnozu (məhsulu) deyil. O proqnozlar bir çox ölkələr tərəfindən rəqəmsal modellər əsasında hazırlanır və həmin proqnoza insanlar tərəfindən heç bir müdaxilə olunmur. Bu proqnoz dünyanın hər bir ərazisi üçün, eləcə də, Azərbaycan üçün hazırlanır. Bu proqnozlar bizim ərazinin iqlim xüsusiyyətləri və s. amillər nəzərə alınmadan hazırlanır. Məsələn, Bakı və Abşeron yarmadasında küləyin sürəti 30-35 m/s-yə olduğu halda mobil telefonda bu göstərici əsasən xeyli aşağı olur. Bu da, əlbəttə, insanlarda çaşqınlıq yaradır. Bizim verdiyimiz proqnozlar ETSN-nin saytında (www.eco.gov.az) hər gün yenilənir. İstənilən vətəndaş həmin saytdan hava haqqında daha dəqiq məlumat əldə edə bilər.

Aysel Yusifqızı
FOTO: Leyla Mustafazadə
Yaxın günlərdə Bakıda bu təbiət hadisəsi baş verəcəkmi? Baş hidroloq Asif Verdiyevlə MÜSAHİBƏYaxın günlərdə Bakıda bu təbiət hadisəsi baş verəcəkmi? Baş hidroloq Asif Verdiyevlə MÜSAHİBƏYaxın günlərdə Bakıda bu təbiət hadisəsi baş verəcəkmi? Baş hidroloq Asif Verdiyevlə MÜSAHİBƏYaxın günlərdə Bakıda bu təbiət hadisəsi baş verəcəkmi? Baş hidroloq Asif Verdiyevlə MÜSAHİBƏYaxın günlərdə Bakıda bu təbiət hadisəsi baş verəcəkmi? Baş hidroloq Asif Verdiyevlə MÜSAHİBƏYaxın günlərdə Bakıda bu təbiət hadisəsi baş verəcəkmi? Baş hidroloq Asif Verdiyevlə MÜSAHİBƏYaxın günlərdə Bakıda bu təbiət hadisəsi baş verəcəkmi? Baş hidroloq Asif Verdiyevlə MÜSAHİBƏ


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 7396   Tarix: 04 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

Əri tərəfindən döyülən hamilə qadın özünü eyvandan atmaq istədi - ANBAAN GÖRÜNTÜLƏR

Əri tərəfindən döyülən hamilə qadın pəncərədən tullanmağa cəhd edib. -a istinadən xəbər verir ki, Braziliyanın Rio-De-Janeyro şəhərində həyat yoldaşına təcavüz edən adamın görüntüləri gündəm olub. Belə ki, əri tərəfindən döyülən 10 həftəlik hamilə qadının evinin pəncərəsindən tullanaraq qaçmağa cəh

17 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021