Deputat: Allaha inanmayan Şuşaya gedəcəyinə də inanmaz

Deputat: Allaha inanmayan Şuşaya gedəcəyinə də inanmazAqil Abbas: Allaha inanmayan Şuşaya gedəcəyinə də inanmaz - MÜSAHİBƏ
Oxu.Az-ın müxbirinin suallarını yazıçı, millət vəkili Aqil Abbas cavablandırır:

- Üzvü olduğunuz parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iki gün öncə keçirilən iclasında "Məni Şuşaya Azərbaycan dövlət aparacaq" fikrini səsləndirmisiniz və bunu bir deputat həmkarınız öz "Facebook" səhifəsində paylaşıb.

Bu paylaşımdan sonra sizin fikirlərinizi alqışlayanlar, eyni zamanda, bir qədər istehza, ironiya, rişxəndlə yanaşanlar, gülüşlə qarşılayanlar da olub. Bəzi insanlardakı bu istehza, bu inamsızlıq nədəndir, sizcə?

- Əvvəla, bunun nədən və kimdən qaynaqlandığını bilmirəm. İkinci, söhbət məndən getmir, bizdən gedir, yəni bizi Azərbaycan dövləti Şuşaya aparacaq. Yaxşı, mən onda sual verirəm: bizi hansı ölkə aparacaq Şuşaya?

Qoy o sualıma cavab versinlər. Müharibəni də Azərbaycan dövləti aparacaq, Qarabağı da Azərbaycan dövləti işğaldan azad edəcək. Qonşu azad etməyəcək ki?!

- Niyə insanların bir qismi Qarabağın azad ediləcəyinə bir qədər şübhə ilə yanaşır, insanlarda, belə demək mümkünsə, ümidsizlik yaratmağa çalışır?

- Bilirsiniz, belələri varsa, görünür, sadəcə, kimisə söyməyə adam axtarırlar. Əslində, inamsız adam görməmişəm. Gördüyüm insanlar, deputat seçildiyim dairənin, bölgənin insanları içərisində beləsinə rast gəlməmişəm. Qarşıma çıxmayıb. Kiminsə qarşısına çıxıbsa, onun öz günahıdır. Hər kəs də öz ürəyi istədiyi yerləri görür.

Mən inanıram və qəti əminəm ki, Şuşanı da, digər yurd yerlərimizi də dövlətimiz azad edəcək. Yaşım 65-i keçib, lakin lazım olsa, mən də Şuşaya döyüşə gedəcəyəm. Burada qəribə nə var?! Düzünü deyim ki, "lazım gəlsə" sözünü heç xoşlamıram, amma savaş başlasa, mən 1990-cı ildən atəşkəsə qədər səngərdə olmuşam, yenə də səngərdə olacağam.

Bu, heç, amma kim inanmırsa, bu, onun öz işidir. İnsanlar var ki, Allaha, peyğəmbərlərə, imam Hüseynə inanmırlar. İnanmırlarsa, deməli, onların öz işdir, onları məcbur edəsi deyiləm ki?! Allaha inanmayan Şuşaya gedəcəyinə də inanmaz.

- Münaqişənin sonunu necə görürsünüz, hərb, yoxsa sülh yolu ilə işğal faktı aradan qaldırılacaq?

- Sülhlə nəyinsə həll olunacağına inanmıram və əsl sülh o zaman olacaq ki, müharibəni udacağıq. Erməni silahlı qüvvələri üzərində qələbə çalacağıq və bunu etməyə də tam gücümüz, qüdrətimiz var.

Azərbaycan dövlətinin, ölkə başçısının iradəsi ortadadır. Eyni zamanda, mən erməni xalqını, erməni icmasını demirəm, əgər onlar Azərbaycan vətəndaşlığını qəbul edəcəklərsə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşacaqlarsa, dinc, yanaşı yaşamağı seçəcəklərsə, o zaman burada yaşaya bilərlər.

Azərbaycanda yaşayan digər xalqlar kimi, onların da burada yaşamağa haqları var. Onların da seçmək-seçilmək kimi haqları mövcuddur. Mən demirəm ki, erməniləri oradan qovub çıxaraq. Deyirəm ki, Azərbaycan Konstitusiyasına əməl edəcəklərsə, bu ölkədə nələr varsa, onlardan da istifadə etmək hüquqlarına malikdirlər.

Vətəndaşlığı qəbul edəcəklərsə, buyursunlar, otursunlar, yaşasınlar, əvvəllər necə yaşamışdılarsa, indi elə yaşasınlar.

30 ildir ki, ATƏT-in Minsk qrupu yaranıb, 1994-ci ildən bu yana atəşkəsdir. Ancaq ortada heç nə yoxdur. Sülh-sülh deməklə, yəni halva-halva deməklə heç nə olmur. O savaş olacaq və 2016-cı ilin aprelində göstərdiyimiz igidliyi onda da göstərəcəyik.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1037   Tarix: 06 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind

2 sentyabr 2021
.

Azərbaycan Gorus-Qafan yolunda post qurub - DİN-dən AÇIQLAMA

Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində də nazarət-keçid məntəqəsi quraşdırıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, məntəqə Goruş-Qafan yolunda quraşdırılıb. Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Bərdə regiona

11 sentyabr 2021
.

Sülh müqaviləsi nə zaman imzalanacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmağa hazır oluğunu qeyd edərək, ölkəmizin bir daha sülhəmeyilli siyasət apardığını bildirib. Bununla yanaşı, erməni mediasında da Baş nazir Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləs

8 sentyabr 2021
.

Ərdoğan: "Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etdik"

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan "2021 UNESCO Ahi Evran Anma ili - Ahi Evranın izi ilə sahibkarlarla görüş" proqramına qatılıb. O çıxışı zamanı bildirib ki, atalarımızın miras qoyduğu köklü qurumla fəxr edirik. "Sənədlərimizi Azərbaycan və İranla birlikdə hazırlayıb UNESCO-ya təqd

16 sentyabr 2021
.

Paşinyanın arvadı haqda sensasion məlumat yayıldı

Erməni mənbələri xəbər verir ki, 44 günlük müharibənin ilk günlərində Nikol Paşinyanın xanımı Anna Akopyan Rusiyanın əleyhinə sərt fikirlər səsləndirib. Baş nazirin xanımı bildirib ki, "əsrlər boyu özünü bizə müttəfiq kimi sırıyan Rusiya əslində heç də bizim müttəfiq və tərəfdaşımız deyil"

9 sentyabr 2021
.

İlham Əliyev və xanımı Şuşada "Qarabağ" hotelinin açılışında

Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan "Qarabağ" hotelinin açılışı olub. Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Qeyd edək ki, 1980-cı ild

29 avqust 2021
.

Bakıda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimləri başladı

Bu gündən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən -a məlumat verilib. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələri

12 sentyabr 2021
.

"O, ermənipərəst mövqedən çıxış edirdi" - Deputatdan AÇIQLAMA

Rüstəm Muradov xidməti vəzifəsini bitirdikdən sonra onun ardınca səslənən söz-söhbətlər bitib-tükənmək bilmir. İstər Azərbaycan tərəfi, istərsə də Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız, Muradovun komandanlıq etdiyi sülhməramlı qüvvələrin fəaliyyətindən narazılıq göstəriblər. Mövzu ilə bağl

8 sentyabr 2021
.

Sahibə Qafarova Avstriyaya gedir

Milli Məclisin Sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün sentyabrın 5-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən -a verilən məlumata görə, Parlamentlərarası İttifaqın, Avstriy

4 sentyabr 2021