"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA

"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMAXəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı ""Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətində böyük aqressiya ilə qarşılandı. Erməni KİV-lərinin iddiasına görə, sentyabrın 2-si "Qondarma Qarabağın Müstəqillik Günü" münasibətilə "Mülki Müqavilə", "Şərəfim var" və "Hayastan" fraksiyalarından Ermənistan Milli Məclisinin 20-dən çox deputatı Qondarma Dağlıq Qarabağa yola düşüb. Xatırladaq ki, ermənilər bu gün qondarma rejimin "müstəqilliyinin" 30-cu ildönümünü təntənəli tədbirlərlə qeyd etməyi planlayırlar.

Məsələ ilə bağlı Sonxeber.az saytına açıqlama verən deputat Fazil Mustafa bildirib ki, heç bir status söhbəti ola bilməz:

"Əslində onların sülhdən danışmaması bizim xeyrimizədir. Bizə sərf edir ki, yarıda qalan müəyyən işlərimizi bitirək. Ona görə də biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq. Azərbaycan həlledici zərbəylə bunun cavabını verəcək. Sülhdən imtina etmək bizim üçün əlverişli variantdır. Ermənistan bizə sülh bağlanması üçün yalvarmalıdır. İndi sülh bağlamaq istəmirsə də, müəyyən müddət sonra hansısa bir təxribat Ermənistan üçün baha başa gələr. Belə olan halda Rusiya və başqa dövlətlərin də sözü qalmayacaq. Biz diplomatik olaraq sülhə razı olduğumuzu bildiririk. Onsuz da güzəştlərimiz var. Əgər burada heç olmasa bir erməni yaşayacaqsa, bu da bizim onlara güzəştimizdir. Ermənistanda bir nəfər belə olsun, azərbaycanlı yaşamır. Erməninin bizim dövlətin ərazisində yaşaması onlara verdiyimiz fürsətdir. Onlar hələ bunu anlamaq istəmirlər, hələ statusdan, hansısa bir dövlət qurumundan bəhs etməyə çalışırlar. Azərbaycan onlara bir neçə dəfə bu fürsətdən yayınmağa müəyyən dərəcədə imkan tanıyandan sonra ölkəmizin səbri daşacaq. Biz Azərbaycan ərazisində hər hansısa bir millətin, xalqın, qurum yaratmasına, ikinci dövlət qurmasına, yaxud da muxtar bir subyekt kimi mövcudluğuna dözə bilmərik. Bizim belə bir fikrimiz yoxdur. Bu, bir keçid dövrüdür və biz ermənilərə şans vermişik ki, ağıllansınlar. Ağıllanmadıqları halda qoy, 5 nəfəri düzüb, təxribat xarakterli tədbir keçirtsinlər. İki-üç belə tədbirdən sonra bir dənə də yumruq dəyəndə artıq başa düşəcəklər ki, Azərbaycanla zarafat etmək olmaz. Çünki Azərbaycan haqlı olaraq sülhdən, bölgədə müharibənin dayanmasının vacibliyindən danışır və bunu da istəyir. Bu, bizim üçün zərurət deyil, Ermənistan üçün vacibdir. Məhv olmaq istəmirlərsə, mövcudluqlarını qorumaq üçün sülhə razı olmalıdırlar.

Siz bilirsiniz ki, ermənilər 44 günlük müharibədə Nikol Paşinyanı nədə qınayırdılar?! Müharibəni oktyabrda dayandırsaydı, itkilərin daha az olacağını deyərək Paşinyanı günahlandırırdılar. Əminəm ki, onlar indiki proseslərə görə gələcəkdə özlərini yenə ittiham edəcəklər. Bunun ağır nəticələrini onlar dadacaqlar. O baxımdan da bu provokativ bir cəhdlərdir.

İndiki vəziyyətdə, dediyim kimi, bizim onlara verdiyimiz vaxt ağıllanmaları üçündür. Müstəqillik və yaxud da muxtariyyət qazanmaq üçün verilən vaxtdan söhbət gedə bilməz. Prezidentimizin də dediyi kimi, "cəhənnəmə getdi Dağlıq Qarabağın muxtariyyəti!". Əlbəttə, heç bir halda muxtariyyətdən və statusdan söz gedə bilməz. Onların belə bir xülyanı dilə gətirmələri sadəcə öz cəmiyyətlərinə təsəlli vermək üçündür. Çünki erməni orada qalmayacaq. Özləri də bunu yaxşı bilirlər. Erməni qalmayacaqsa, bunlar da ümid yaratmaq üçün hansısa status söhbətlərini ortaya atırlar. Sənin statusun, vətəndaşlığın olmayandan sonra xaricə rahat gedə, işləyə və pensiya ala bilmirsən. Hamısı məcbur olub gedəcək. Yerdə də 5-10 xəstə, beyni pozulmuş qoca qalacaq. İnsan yaşayışını tapa bilmədiyi yerdə, nə qədər vətənpərvərlik hissi olur olsun, qala bilməyəcək. Ona görə də rus sülhməramlılarının və ya İran təəssübkeşlərinin göndərdiyi makaronla nə qədər yaşamaq olar?! Zənnimcə, bu məsələ təsəlli, yaxud da özlərinin hələ də guya dirəniş göstərdiyini öz cəmiyyətlərinə çatdırmaq üçün deyilən boş bəyanatlardır. Azərbaycan bunu istənilən vaxt həll etməyə qadirdir və həll edəcək".

Saytımız deputat Bəhruz Məhərrəmovun fikrini də öyrənib:

"Xatırlayırsınızsa, müharibədən öncə də ermənilər Şuşada analoji tədbirlər keçirirdi. Hətta bir az da irəli gedərək erməni Baş nazir sərxoş şəkildə rəqs edib bizi təhqir edirdi. Nəticə nə oldu?! Hətta o zaman bəzi siyasətçilər, o cümlədən ictimaiyyət nümayəndələri hakimiyyəti qətiyyətsizlikdə günahlandırırdılar ki, Azərbaycan ordusu niyə Şuşanı vurmur? Amma proseslər necə inkişaf etdi, erməni işğalçısının başı necə əzildi, dünya şahid oldu. Açığı, mən inanmıram, ermənilər 44 günlük müharibədən dərs çıxarmasın. Dərs çıxarıblar, sadəcə Prezident İlham Əliyevin də dediyi kimi, "zaman dəyişir, amma erməni faşizmi dəyişmir". Üstəlik, bu gün bölgədə vəziyyətin stabilləşməsini istəməyən, gərginlik yaradaraq, öz maraqlarını təmin etmək istəyən qüvvələr də var. Həmin o qüvvələr də məhz Ermənistanın təcavüzkar mahiyyətindən istifadə edib, cəsarət verərək, silah-sursat daşıyaraq onları bu kimi ağılsız addımlara təhrik edirlər. Amma ermənilər başa düşməlidir ki, indiki məqamda Azərbaycanın səbrini sınamaq intihar deməkdir. Azərbaycanın təktərəfli öhdəliyi yoxdur: əgər 10 noyabr bəyanatı varsa, bu bəyanatı imzalayan bütün tərəflər öhdəlik daşıyır. Əgər indi ermənilər bu bəyanatı pozursa, Rusiya sülhməramlıları həmin pozuntulara göz yumursa, unutmayaq ki, Azərbaycanın da öz maraq və mənafelərini qorumaq hüququ var. Laçın dəhlizini istənilən an bağlamaq, yaxud dəhliz üzrə nəzarəti ələ almaq suveren hüququmuzdur. Hava məkanında onsuz da bizdən iznsiz hərəkət mümkün deyil.  Bu mənada, qanunlarımızı pozaraq, ərazimizə icazəsiz daxil olan kim olur olsun, başına gələcəklərə görə özü və ona bu cəsarəti verənlər məsuliyyət daşıyacaq. Bəli, Azərbaycan müharibə istəmir, amma istənilən qanunsuz separatçılıq təşəbbüsünü yerindəcə boğmaq hüququnu da özündə saxlayır. Ermənilər unutmasın ki, kənardan gələn yardımla müharibə aparmaq olmaz. Belə bir müharibə ehtimalı onlar üçün son deməkdir. Amma görünən odur ki, haylar "başlarının bir daha əzilməsini" özləri istəyirlər".

Rafi Müslümov


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2702   Tarix: 02 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ölkənin güclü iqtisadiyyatı dayanıqlı gələcəyin təminatıdır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumundakı proqram xarakterli çıxışı ölkəmizin yeni iqtisadi inkişaf modelinin strateji çərçivəsini və qlobal investisiya xəritəsindəki güclü mövqeyini bir daha nümayiş etdirdi. Dövlət başçısının təqdim etdiy

28 sentyabr
.

"Global Infrastructure Partners"in təsisçisi: "Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim"

"Azərbaycanda ÜDM 10 dəfə artaraq 76 milyard manata çatıb. Adambaşına düşən ÜDM isə 8 dəfə artıb. Ölkədə yoxsulluq dərəcəsi 45 faizdən 5 faizədək düşüb. Həmçinin Azərbaycanın iqtisadiyyatı olduqca yüksək sürətlə inkişaf edib". AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri II Azərbaycan Beynəlxal

26 sentyabr
.

İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayem ilə görüşüb. -a istinadən xəbər verir ki, söhbət zamanı hər il olduğu kimi, bu dəfə də paytaxtımızda "Formula-1" yarışlarının yüksək səviyyədə təşkil edildiy

26 sentyabr
.

Prezidentin sosial media hesablarında "Formula-1"ə dair videoçarx paylaşılıb - VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Bakıda keçirilən "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışını izləməsi ilə bağlı videoçarx paylaşılıb. xəbər verir ki, paylaşımda deyilir:. "Sentyabrın 26-da Bakı şəhər halqasında "Formula-1" Azərbaycan Qran-prisinin əsa

26 sentyabr
.

Prezident: "Otuz il əvvəl bağlanılmış müqavilələr hələ də toxunulmazdır"

"İnvestisiyalar. Bizim bağladığımız müqavilələr neft-qaz sektorunda inkişafa rəvac verdi". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə bildirib. Dövlətimizin başçısı həmçinin qeyd edib: "3

26 sentyabr
.

"Azərbaycan-Türkiyə qardaşlığı əbədidir"

İsrail Baş nazirinin BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin zalı tərk etməməsi. Türkiyə və Azərbaycan qardaşlığına kölgə salmaq istəyənləri yenidən hərəkətə keçirib. Bu məqamı bəhanə edilərək Türkiyə mediasının bir hissəsi tərəfindən süni şəkildə nifa

28 sentyabr
.

İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb

Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) iştirakına dair video paylaşılıb. paylaşımı təqdim edir:

26 sentyabr
.

İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO+YENİLƏNİB

Sentyabrın 26-da Bakı şəhər halqasında "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışı keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yarışı izləyiblər. Qeyd edək ki, "Formula-1" Azərbayca

26 sentyabr
.

Qalib xalqın övladı olmaq, gənclər üçün qürurvericidir - ŞƏRH

"Uzun illər boyu Azərbaycan torpaqları işğal altında idi. Mənim ilkin gəncliyim dövründə həmin torpaqlar işğal edilmişdi və biz daim bunun əziyyətini yaşayırdıq. Xüsusilə beynəlxalq qurumlarda, təşkilatlarda və platformalarda fəal iştirak edən biri kimi tez-tez ermənilərlə üz-üzə gəlirdim. Onla

28 sentyabr