Deputatlar maşın qadağasını "top-tüfənglə" qarşıladı

Deputatlar maşın qadağasını "top-tüfənglə" qarşıladıXorvatiya parlamenti "Dövlət xidməti" haqqında qanuna əlavələri təsdiq edib. Əlavələr qüvvəyə mindikdən sonra deputatlar şəxsi avtomobildən istifadə hüququndan məhrum olacaq. Bunun əvəzində deputatlara avtobus, tramvay və metrolardan pulsuz istifadə hüququ veriləcək. Qanun layihəsinin müəllifi Oqnejki Slovanoviçin sözlərinə görə, yeni qanun xorvat xalqı ilə onun təmsilçiləri arasında boşluğu aradan qaldırmaq üçün nəzərdə tutulub.

Maraqlıdır, bu qanun ölkəmizdə qəbul edilsə, millət vəkillərinin münasibəti necə olar?

Məsələ ilə bağlı axar.az-a danışan millət vəkili Aydın Mirzəzadə bildirib ki, Azərbaycanda da belə bir qanun qəbul edilsə, birinci qoşulanlardan olar:

"Bunu özüm üçün hər hansı bir məhdudiyyət hesab etmərəm. Amma bu qanun heç də millət vəkilləri və cəmiyyəti yaxınlaşdırmağa xidmət edən yeganə vasitə deyil. Millət vəkili, dövlət qulluqçusunun cəmiyyətlə münasibətlərini yaxşı qurması üçün başqa vasitələr də var. Millər vəkillərinin əhali ilə görüşlərinin keçirilməsi, vaxtaşırı cəmiyyətin arasında olması, telefon zənglərinə açıq olması da bu vasitələrdən biridir".

A.Mirzəzadə avtomobilsiz ailədə böyüdüyünü də deyib:

"Milli Məclisin deputatı seçilənə qədər mənim nə şəxsi, nə də xidməti maşınım olub. Ona görə də avtomobilsiz həyat mənim üçün adi bir normadır. Hazırda xidməti maşından istifadə edirəm, bununla belə avtomobilsiz fəaliyyət göstərə bilərəm".

Millət vəkili Aqil Abbas isə bu qanunun qəbulunun doğru olmadığını bildirib:

"Azərbaycanın qanunvericiliyində millət vəkillərinin ictimai nəqliyyatdan pulsuz istifadə etməsini təmin edən maddə var. Amma insanlara nəyisə qadağan etmək heç də demokratiyanın göstəricisi deyil. Şəxsi maşınından istifadədən məhrum edilməsi insanın şəxsi azadlığına, həyatına müdaxilədir. Demokratik ölkədə belə bir qadağa tətbiq oluna bilməz. Onda Xorvatiyanın prezidenti də, digər məmurları da şəxsi avtomobil istifadəsindən məhrum edilsin.

Doğrudur, praktikada məmurların işə piyada, velosipedlə, metro və digər ictimai nəqliyyat vasitələri ilə getməsi maraqla qarşılanır. Məsələn, Hollandiyada bəzi vaxtlar məmurlar, hətta baş nazir velosipedlə işə gedir. Amma bu o demək deyil ki, onlar şəxsi avtomobil istifadəsindən məhrum edilib. Nəyisə qadağan etmək sivil dövlətlərin işi deyil".

Aqil Abbas da ictimai nəqliyyatdan istifadə etdiyini qeyd edib:

"Elə yer olur ki, ora avtomobillə getmək sərf eləmir, buna görə də metrodan istifadə edirəm. Amma mənim 1987-ci ildən şəxsi avtomobilim olub. Mənim üçün avtomobil məni A-dan B-yə aparan vasitədir. Digər tərəfdən maşını olmayan deputatlar çoxdur. Milli Məclisə avtobusla gələn deputatlar var. Bütün millət vəkillərinin şəxsi avtomobili yoxdur. Məsələn, Aydın Mirzəzadənin, Tahir Kərimlinin, Fazil Mustafanın adını çəkə bilərəm".

Millət vəkili Elman Nəsirov da belə qərarın qəbul edilməsini müsbət qarşılamayanlardandır:

"Əvvəla bir şeyi qeyd edim ki, Xorvatiya, ümumiyyətlə, dünya miqyasında nümunə, model ola biləcək dövlət deyil. Hesab edirəm ki, biz inkişaf etmiş dövlət sırasında olmağı özümüzə hədəf seçmişik.

Avtomobili hansısa bir zinət əşyası kimi qəbul etmək lazım deyil, bu, sadəcə həyat tərzidir. Biz gün ərzində çoxsaylı tədbirlərdə iştirak edirik, digər tərəfdən tez-tez seçicilərlə görüşmək üçün rayonlara gedirik. Məsələn, bugünkü iş rejimimi deyim. Səhər 10:00-da İlahiyyat İnstitutunun 1 illiyi ilə bağlı tədbirdə iştirak və çıxış; 11:00 Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyi ilə bağlı Naxçıvan Muxtar Respublikasının Azərbaycandakı daimi nümayəndəliyində keçirilən tədbirdə iştirak və çıxış; 13:30 Xəzər TV-də çəkiliş; 15:00-da SƏS Agentliyində keçirilən toplantıda iştirak və çıxış... Fikir verirsiniz, hətta mənim nahar etməyə fiziki baxımdan vaxtım qalmır. Bizim üçün zaman məsələsi həlledicidir. Ona görə də hesab edirəm ki, avtomobil millət vəkilinə üzərinə düşən vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirmək üçün lazımdır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1951   Tarix: 09 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Maşını kapotu açıq şəkildə sürüb təhlükə yaratdı - Video

Sosial şəbəkələrdə "Chevrolet Cruze" markalı avtomobilin magistral yolda kapot hissəsi açıq şəkildə idarə edilməsini əks etdirən görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, minik avtomobilinin ön hissəsində görüntünün məhdudlaşdırılmış formada idarə edilməsi yolda təhlükəli vəziyyə

25 aprel
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

25 aprel
.

Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat daxil olub. -a istinadən xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib. İddiay

25 aprel
.

Polisin "saxla" əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO

Bakıda magistral yolda motosiklet sürücüsü Yol Patrul Xidmətinin "saxla" əmrinə tabe olmayıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Görüntülərdə YPX maşını motosiklet sürücüsünü saxlamağa cəhd etsə də sonuncunun hadisə yerindən qaçması öz əksini tapıb. Hadisə "Koroğlu" körpüsünü

26 aprel
.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

25 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25 aprel
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib:Rusiya növbəti müharibəyə BAŞLAYIR? - ŞƏRH

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Baş verənlər

25 aprel
.

Sağlamlıq arayışlarının ödənişləri niyə fərqlidir?

TƏBİB sağlamlıq arayışlarının ödənişlərindəki fərqə aydınlıq gətirib. "Qafqazinfo" xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Səbinə Quliyeva jurnalistlərin suallarını cavablandırarkən deyib. "Bəzi tibbi arayışlar ödənişsiz, icbari tibbi sığorta çərçivəsində qarşılanır. Tariflər sağlamlı

26 aprel