"Bəzi araqarışdıran saytlarda minimum əməkhaqqının artması pis mənada müzakirə edilir"

"Bəzi araqarışdıran saytlarda minimum əməkhaqqının artması pis mənada müzakirə edilir""Prezident İlham Əliyevin minimum aylıq əməkhaqqının artırılması ilə bağlı sərəncamı inqilabi bir addımdır. Mən və digər deputat həmkarlarım Milli Məclisdə büdcə müzakirələri zamanı ölkədə minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər irəli sürmüşük. Burada ilkin fikir bundan ibarət idi ki, minimum əməkhaqqı ya 143, ya da maksimum 150 manat olmalı idi. Amma Prezident İlham Əliyev tamamilə fərqli qərar qəbul etdi, Maliyyə Nazirliyinin təkliflərini bir kənara qoyaraq, öz iradəsi ilə bu addımı atdı. Beləliklə, ilk dəfə olaraq ölkədə minimum əməkhaqqı yaşayış minimumuna çatdırıldı. Bu qərarı qəbul etdiyinə görə cənab Prezidentə minnətdarlıq edirik".

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

Komitə sədri qeyd edib ki, minimum əməkhaqqının artımı birbaşa olaraq 600 minədək insanı əhatə edəcək.

"Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əməkhaqqında isə 25 faiz artım özünü göstərəcək. Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat ayrılacaq. 2019-cu il üzrə isə 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək. Çünki bu, ilin 10 ayını əhatə edəcək. Minimum əməkhaqqının 50 manat artırılması böyük bir addımdır. Xatırlayırsınızsa, əvvəlki illərdə 10 faiz artım olurdu. Maaşı artırılanların siyahısına tibb bacıları, xadimələr, kitabxana işçiləri və digər qrup insanlar daxildir. Beləliklə, onların ailə büdcəsi 50 manat artmış oldu. Bu, olduqca önəmli və hiss olunan rəqəmdir. Prezident İlham Əliyev bu cür addımları hər il atır. Bir şeyi bilmək lazımdır ki, yaşayış minimumu istehlak səbətinin minimum rəqəmidir".

Hadi Rəcəbli deyib ki, bəzi araqarışdıran saytlarda, facebook səhifələrində minimum əməkhaqqının 50 manat və ya 37 fazi artmasını pis mənada müzakirə edilir.

"Bu, məni çox narahat edir. Ancaq bu rəqəm o demək deyil ki, ideal yaşayış üçün lazım olan rəqəmdir. Bu rəqəmin adı var. Minimum əməkhaqqı və yaşayış minimumu. Bir daha qeyd edirəm ki, yanlış anlaşılmasın, bu rəqəm minimumdur. Burada "minimum" ifadəsini niyə işlədirik? Yəni əməkhaqqının ən aşağı həddidir. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəlində 19 bölmə var, bu artım onların hamısına şamil ediləcək. Bu da bir daha onu göstərir ki, ölkə başçısı daim vətəndaş haqqında düşünür. Əhalinin güzəranının yaxşılaşdırılması üçün cənab Prezident tərəfindən belə addımlar davam etdirilərəcək".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2269   Tarix: 09 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Övladlarını məktəbə göndərməyən valideynləri hansı cəza gözləyir?

Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər bir Azərbaycan vətəndaşının təhsil almaq hüququ var. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Ölkəmizdə I və IX siniflərdə təhsil almaq məcburi olsa da, bəzən təhsildən yayınan və ya yayındırılan şagirdlərə rast gəlinir. Bəzə

26 aprel
.

Bəzi tikinti materialları BAHALAŞACAQ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi çoxtonnajlı avtomobillə yükdaşımaların tənzimləməsi üçün müvafiq qaydaların tətbiqinə başlayıb. Belə ki, ümumi istifadədə olan avtomobil yollarında hərəkət edən nəqliyyat vasitələrinin müxtəlif növləri üzrə onların icazə verilən ümumi kütləsi, qabarit parametrləri

26 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur (VİDEO)

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

26 aprel
.

"Aquavita" işçilərinin maaşını vermir - İDDİA

Azərbaycanda "Aquavita" suları və "Gülüstan" limonadlarının istehsalı və satışı ilə məşğul olan "Tac" MMC-nin (VÖEN – 130025841) işçilərin əməkhaqlarını vaxtında vermədiyi iddia olunur. Bu barədə -a "Aquavita"da çalışan işçilər məlumat veriblər. Qeyd edək ki, dah

26 aprel
.

İrəvan bundan imtina edir: Paşinyandan ermənilərə "soyqırımı" şilləsi

Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma "soyqırımı"nın ildönümü münasibətilə etdiyi çıxış erməniləri qəzəbləndirib. Buna səbəb Paşinyanın qondarma "soyqırımı" "böyük faciə" adlandırmasıdır. xəbər verir ki, Paşinyan çıxışında cəmi 3 dəfə "soyqırımı" ifadəsin

25 aprel
.

Ramiz Mehdiyevin şirkətləri üz-üzə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİ

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin şirkətləri arasında məhkəmə olacaq. "Qlobal East VVest" MMC "Şərq-Qərb" ASC-ni məhkəməyə verməklə əmlak tələb edir. xəbər verir ki, iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq

26 aprel
.

"Qismət-M House" MMC-yə yazılan protokola baxılacaq tarix açıqlandı: Yüksək məbləğdə cərimə

"Qismət-M House" MMC barəsində tərtib olunan inzibati protokola baxılacaq tarix açıqlanıb. -ın xəbərinə görə, sənədə Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyevin sədrliyi ilə mayın 8-də baxılacaq. Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-c

26 aprel
.

11 gün əvvəl zəhərlənmişdi - Xəstəxanada öldü

Dünən gecə saatlarında Kliniki Tibbi Mərkəzdə ölüm hadisəsi qeydə alınıb. "Qafqazinfo"nun məlumatına görə, Zaqatala rayon Yuxarı Tala kənd sakini 62 yaşlı Murad Ramazanov sözügedən vəfat edib. M. Ramazanov təxminən 11 gün əvvəl pomidor turşusundan zəhərlənmişdi

26 aprel
.

Bakıda velosiped yollarına quraşdırılan baryerlər kimlərin qəzəbinə tuş gəlib? - FOTO

Bakının bəzi küçələrində salınan velosiped yollarında quraşdırılan baryerlərə ziyan vurulur. xəbər verir ki, artıq bir neçə müddətdir ki, şəhərin müxtəlif küçələrində velosiped zolaqlarının kənarına düzülən bu baryerlərin yerindən çıxarıldığı və bəzi yerlərdə hətta kənara atıldığı müşahidə olunur. Bə

26 aprel