"Azərsu" o zaman su verməkdən imtina edir ki... – Təzə mənzil sahibləri bilməlidir

"Azərsu" o zaman su verməkdən imtina edir ki... – Təzə mənzil sahibləri bilməlidirYeni yaşayış massivlərinin salınması, eləcə də Bakıətrafı ərazilərdə fərdi evlərin tikintisi özü ilə bir sıra problemlər gətirir. Onlardan biri də yeni tikililərin su və kanalizasiya sistemi ilə təmin olunmasıdır.

Bəs bu proses necə həyata keçirilir?

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı teleqraf.com-a deyib ki, ilk dəfə evinə su çəkdirmək istəyən şəxs qanunla texniki şəxsə müraciət etməlidir. Bunu üçünsə ya "Azərsu"ASC-yə, da "ASAN Kommunal" mərkəzlərinə getməlidir: "Sonra bizim mütəxəssislər gedib yerindəcə evə baxır. Əgər həmin ərazinin su təchizatı "Azərsu" ASC-nin şəbəkəsi daxilindədirsə, müraciət edənə texniki şəxs verilir və həmin ev, mənzil su ilə təmin olunur. Bu zaman sayğaclar da pulsuz quraşdırılır.

Amma müraciət edən şəxsin evi bizim şəbəkədən 31 metr kənardadırsa və ya ərazidə şəbəkəmiz yoxdursa, onda həmin adama su verməkdən imtina edirik.

Ola bilər, həmin ərazidə vətəndaşların özlərinin çəkdiyi xətt var, belədə o, həmin mənbədən su götürə bilər, biz isə onu sənədləşdirəcəyik.

Əraziyə yeni köçmüş şəxs özbaşına şəbəkədən, qonşudan su götürürsə, ona da kod açırıq. Misal üçün, Saray qəsəbəsinin böyük hissəsində şəbəkəmiz yoxdur, vətəndaşlar özləri su çəkiblər. Biz də onları sənədləşdirib, kodlaşdırırıq. Amma həmin halda sayğacı vətəndaş öz pul ilə alacaq".

Qurum rəsmisi kanalizasiya sisteminə qoşulma məsələsindən də bəhs edib: "Ərazidə "Azərsu" ASC-nin kanalizasiya xətti varsa, yenə də bizə müraciət edirlər və biz xəti o şəbəkəyə qoşuruq. Əgər şəbəkəmiz yoxdursa, su çəkilişini şəxsin özü həll edir, biz "Azərsu" olaraq ona qarışmırıq. Harada mərkəzləşmiş kanalizasiya sistemi var, orda şəbəkəyə qoşulma ilə bağlı heç bir problem yoxdur.

Kanalizasiya çəkilməsi çətin prosesdir, onu hər adam çəkə bilməz. Biz insanların yığılıb kanalizasiya çəkməsinə də icazə vermirik".

Anar Cəbrayıllı bildirib ki, kanalizasiya sisteminin qurulması Bakı və ya rayonları əhatə edərək genişlənir: "Misal üçün, biz Badamdarda, Xırdalanda kanalizasiya sistemi qurduq. Bu zaman ətrafda nə qədər ev varsa, onu kanalizasiya xətlərinə, infrastrukturuna qoşuruq. Harada ki, sistem qurulmayıb, insanlar özləri quyu qazıb, çirkab suları ora axıdırlar.

Bu, investisiya ilə bağlı məsələdir, əgər "Azərsu"ya investisiya ayrılıbsa, müvafiq ərazinin kanalizasiya sistemini qurub başa çatdırırıq.

"Azərsu" ASC-nin bununla bağlı xüsusi layihələri var ki, Ağdaşda, Ağcabədidə icra olunur, Daşkəsəndə çirkab təmizləyici qurğular tikilir, Gəncədə, Şəkidə kanalizasiya layihələrinin icrası gedir, yəqin ki, Qazaxda da bu proses başlayacaq.

Bakıətrafı kəndlər də plandadır, nə zaman vəsait ayrılasa, hamısında kanalizasiya sistemi qurulacaq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1107   Tarix: 11 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

25 aprel
.

Qubada qəzalı durumda olan elektrik dirəkləri nə zaman yenilənəcək? - RƏSMİ AÇIQLAMA + VİDEO

Quba rayonunun Dalıqaya kəndində elektrik xətləri və dirəkləri qəzalı vəziyyətdədir. Bu barədə Bizim.media-ya kənd sakini Ramin İsmixanov məlumat verib. Bildirib ki, elektrik dirəkləri qəzalı və istifadəyə yararsızdır. Elektrik dirəklərindən biri də onun həyətində yerləşir. Külək olan kimi təhlükəl

25 aprel
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

25 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib:Rusiya növbəti müharibəyə BAŞLAYIR? - ŞƏRH

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Baş verənlər

25 aprel
.

Polisin "saxla" əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO

Bakıda magistral yolda motosiklet sürücüsü Yol Patrul Xidmətinin "saxla" əmrinə tabe olmayıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Görüntülərdə YPX maşını motosiklet sürücüsünü saxlamağa cəhd etsə də sonuncunun hadisə yerindən qaçması öz əksini tapıb. Hadisə "Koroğlu" körpüsünü

26 aprel
.

Elmira Süleymanova dəfn olundu

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb

25 aprel
.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

25 aprel
.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

25 aprel
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

25 aprel