İranda bayrağımız üçün savaşıb ermənini diz çökdürən 11 yaşlı Zəhra DANIŞDI - VİDEO

İranda bayrağımız üçün savaşıb ermənini diz çökdürən 11 yaşlı Zəhra DANIŞDI - VİDEOİranda keçirilmiş karate üzrə beynəlxalq yarışda Azərbaycan bayrağının Ermənistan bayrağının altından asılmasına etiraz etməyim Vətənə və bayrağımıza olan sevgimdən irəli gəlib.

Sonxeber.az xəbər verir ki, bunu Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 95 nömrəli tam orta məktəbin V sinif şagirdi, İranda keçirilmiş karate üzrə beynəlxalq yarışda bayrağımızın Ermənistanın bayrağı altından asılmasına etiraz edən Zəhra Salmanlı deyib.

Onun sözlərinə görə, Azərbaycan bayrağının Ermənistan bayrağının altından asılmasını görən kimi bu barədə ilk olaraq, onunla birgə həmin ölkəyə səfər edən nənəsinə məlumat verib. Daha sonra isə komanda üzvləri ilə birlikdə yarış təşkilatçılarına müraciət ediblər:

"Bayrağın belə asıldığını ilk olaraq, mən gördüm. Daha sonra komanda yoldaşlarım Ulvira və Elnaz da mənə dəstək oldular. Birlikdə təşkilatçılara yaxınlaşaraq bildirdik ki, əgər bayrağın yeri dəyişdirilməsə, biz yarışda iştirakdan imtina edəcəyik. Təşkilatçılar bizim bu sözlərimizə hörmətlə yanaşdılar və bunun səhvən bu şəkildə asıldığını, səhvin aradan qaldırılacağını söylədilər".

Z.Salmanlının atası Mirhəbib Salmanlı qeyd edib ki, övladının bu hərəkəti fərəhləndiricidir və onun üçün qeyri-adi hal deyil:

"Mən hesab edirəm ki, Vətəni sevən hər bir azərbaycanlı belə vəzyyətlə qarşılaşsaydı, bu cür hərəkət edərdi. Ona görə də Zəhranın bu etirazını normal qarşılayram. 10 yaşlı Zəhranın bayrağımıza qarşı belə diqqət göstərməsi onu göstərir ki, bizim övladlarımız, Azərbaycan uşaqları Vətənə sevgi ilə böyüyürlər. Biz bununla fəxr edirik".

Xatırladaq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 95 nömrəli tam orta məktəbin V sinif şagirdi Z.Salmanlı İranda keçirilmiş karate üzrə beynəlxalq yarışda Azərbaycan bayrağının Ermənistan bayrağının altından asılmasına etiraz edib. Azərbaycan bayrağının yeri dəyişdirilməyəcəyi təqdirdə yarışa qatılmayacağını bildirib. Nəticədə bayraq fərqli və daha uyğun yerdə asılıb.

Erməni rəqibini isə mütləq üstünlüklə məğlub edən Z.Salmanlı turnirdə bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1701   Tarix: 23 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Süleymanlıdan qələbə, Məmmədov uduzdu - Avropa çempionatı

İslandiyanın paytaxtı Reykyavikdə kişi şahmatçılar arasında Avropa çempionatında 10-cu turun partiyaları oynanılıb. xəbər verir ki, 10-cu turda Azərbaycan təmsilçisi Rauf Məmmədov rumıniyalı Boqdan-Daniel Deaka məğlub olub. Qeyd edək ki, bu, R.Məmmədovun turnirdə ilk məğlubiyyətidir. Bununla da əvvəlk

5 sentyabr 2021
.

Bekhemin futbolçu oğlu ilk peşəkar müqaviləsini imzalayıb

İngiltərə millisinin keçmiş futbolçusu Devid Bekhemin oğlu Romeo Bekhem karyerasında ilk peşəkar müqaviləsini imzalayıb. 19 yaşlı oyunçu ABŞ çempionatının üçüncü divizionunda çıxış edən "Fort Loderdeyl" klubuyla razılaşıb. Adıçəkilən kollektivin Devid Bekhemə məxsus olan və əsas birincilikd

6 sentyabr 2021
.

Azərbaycan - Portuqaliya matçında meydana azarkeşlər girdi

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan-Portuqaliya matçının sonlarına yaxın maraqlı anlar yaşanıb. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın 87-ci dəqiqəsində meydana azarkeşlər girib. Onlar qonaq komandanın ulduz futboloçusu Bruno Fernandeşlə şəkil çəkdiriblər. Azarkeşlər

7 sentyabr 2021
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18 sentyabr 2021
.

"Qarabağ" qrupun favoriti ilə heç-heçə etdi - YENİLƏNİB

"Qarabağ" və İsveçrənin "Bazel" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin I tur oyununda qolsuz heç-heçə qeydə alındı - 0:0. 21:50. "Qarabağ" və İsveçrənin "Bazel" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin I tur oyunund

16 sentyabr 2021
.

Messi het-trik edərək Pelenin rekordunu qırdı - VİDEO

Argentina yığmasının hücumçusu Lionel Messi 2022-ci il dünya çempionatının seçmə mərhələsində Boliviya ilə oyunda het-trik edib və əfsanəvi braziliyalı futbolçu Pelenin rekordunu qırıb. Bununla da 34 yaşlı futbolçu Cənubi Amerika milliləri arasında öz komandasında ən çox qol vuran futbolçu olub. Hazırd

10 sentyabr 2021
.

Rusiya mətbuatı Mahir Emreli barədə yol verdiyi səhvi düzəltdi - FOTO/VİDEO + YENİLƏNİB

Rusiyanın saytı Mahir Emreli barədə yol verdiyi səhvi aradan qaldırıb. -ın xəbərinə görə, artıq futbolçu onlayn xəbərdə azərbaycanlı kimi təqdim olunub. 12:39. Millimizin futbolçusu Mahir Emreli Rusiyada erməni oyunçu kimi təqdim edilib. xəbər verir ki, Rusiyanın məşhur idman saytlarından olan futbolçumu

16 sentyabr 2021
.

Azərbaycanda veteran futbolçu vəfat etdi

Azərbaycanın veteran futbolçusu Məmmədnağı Babayev vəfat edib. xəbər verir ki, bu barədə "Neftçi" klubu məlumat yayıb. Babayev 86 yaşında dünyasını dəyişib. "Ağ-qaralar" sabiq oyunçunun vəfatından kədərləndiyini bildirib, mərhumun ailəsinə və Azərbaycan futbol ictimaiyyətinə başsağlığ

9 sentyabr 2021
.

Daha bir idmançımız ermənini döşəyə çıxmağa peşman etdi - VİDEO

Rusiyanın Kazan şəhərində birinci MDB Oyunları davam edir. xəbər verir ki, samboçularımızdan Adil Adilzadə (88 kq) bürünc medal qazanıb. İdmançımız erməni rəqibini məğlub edərək bürünc medala sahib çıxıb

8 sentyabr 2021