Deputat: "Sosial şəbəkədə oturanların 90 faizi avaradır"

Deputat: "Sosial şəbəkədə oturanların 90 faizi avaradır""Sosial şəbəkədən istifadə edənlərin 90 faizi avaradır və mənim onları avara adlandırmağa haqqım çatır. Bu fikri dəfələrlə telekanallardan səsləndirmişəm"
Bunu "Ölkə.Az"a açıqlamasında deputat Araz Əlizadə deyib.

Onun sözlərinə görə, sosial şəbəkədən faydalı işlər üçün istifadə etmək əvəzinə orada əyləşənlərın 90 faizi səhər-axşam təhqir edib, müxtəlif insanlar barəsində şayiələr yaymaqla məşğuldurlar.

"Mən bunu faktiki olaraq barəmdə deyilənlərlə sübut edə bilərəm. Kanal-13 internet telekanalı mövcuddur. Telekanal 10 deputat haqqında veriliş hazırlayaraq, onları Azərbaycan dövlətini talan etməkdə ittiham edib. Mənim adım bu "talançılar" sırasında 3-cüdür. Əvvəla onu deyim ki, deputat necə dövləti talan edə bilər?!

İkincisi, bu bədbəxt uşağı talan sözünün mənasını bilmir.

Üçüncüsü, onların mənə qarşı sürdüyü ittihamlar gülünc və əsassızdır. Siz təsəvvür edin mənə qarşı sürülən hansı ittiham talançılığa uyğun gəlir. Bunların düşüncəsinə görə, Araz Əlizadə Azərbaycanın müstəqilliyinə səs vermədiyinə, Əhməd Cavadın Azərbaycan himninin müəllifi olmadığına və bloger Mehman Hüseynov barəsində səsləndirdiyi ifadəyə görə talançıdır. Bax, budur onların səviyyəsi, düşüncəsi…",- deyə A.Əlizadə qeyd edib.
O, əlavə edib ki, "Kanal-13" ABŞ-dan maliyyələşdirilir:
"Oğlum onun kimə və haradan maliyyələşməsi ilə bağlı araşdırma apardı. Bəlli oldu ki, bu telekanal ABŞ-dan maliyyələşir. Kimlər onu idarə edir, onlar harada təhsil alıb, pulu necə əldə edirlər. Bunlar hamısını müəyyən etmişik. Bax, bütün bunlara görə, mənim sosial şəbəkədən istifadə edənlərin 90 faizinin avara olduğunu deməyə əsasım var".

A.Əlizadə onu da əlavə edib ki, daha bir faktı qeyd edim:

"Siz təsəvvür edin, Mehman Hüseynov barəsində işlətdiyim ifadəyə görə dünyanın ən müxtəlif ölkələırindən mənim ünvanıma yüzdən artıq təhqiramiz ifadələr, söyüşlər gəldi. "Mən onların hamısını analiz etdim, gördüm ki, oradakı cümlələr də, söyüşlər və hətta səhvlər də eynidir. Bax, budur göstərici... Sosial şəbəkə ilə bağlı gəldiyim qənaət…".

A.Əlizadə deyib ki, nə jurnalist bir neçə ay bundan öncə mənə sual verənədək, nə də indi Mehman adlı jurnalist tanımıram:

"Sadəcə onun ətrafında bir "qəhrəman" obrazı yaratmağa cəhd olundu və nəticəsi də göz qabağındadır. Sabun köpüyü kimi yox olub getdi. Necə ki, zamanında ukraynalılar Nadejda Savçenko ətrafında bir qəhrəman obrazı yaratdılar, sonu nə oldu?... Rusiyadan həbsdən azad edilən Nadejdanı ukraynalılar özləri məcbur olub həbsxanaya saldılar".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 959   Tarix: 04 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Üç Qardaş - 2021" təliminin əhəmiyyəti ilə bağlı türkiyəli generaldan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrini

13 sentyabr 2021
.

Paşinyan Azərbaycan kəndlərinin adlarını çəkməsinin səbəbini AÇIQLADI

Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzurdakı vəziyyəti təsvir etmək üçün Azərbaycan toponimlərindən istifadə etməsindən danışıb. "Bu, sadə bir səbəbdən edildi. Ona görə ki, Ermənistan Respublikasının vətəndaşları bu nöqtələrin ölkəmizin və ya Sovet Ermənistanının ərazisində olmadığını, İrəvanı

15 sentyabr 2021
.

Sülh müqaviləsi nə zaman imzalanacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmağa hazır oluğunu qeyd edərək, ölkəmizin bir daha sülhəmeyilli siyasət apardığını bildirib. Bununla yanaşı, erməni mediasında da Baş nazir Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləs

8 sentyabr 2021
.

Mehriban Əliyevadan Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı paylaşım

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıqla bağlı paylaşım edib. xəbər verir ki, Birinci vitse-prezident bu barədə özünün instaqram səhifəsində fotolar paylaşıb. "Prezident İlha

29 avqust 2021
.

Ermənistanla sülh müqaviləsi hansı tarixdə imzalanacaq? - AÇIQLAMA

"Biz sülh müqaviləsinin hansı şərtlərlə imzalanacağına fikir verməliyik. Ermənistan tərəfi indi yalnız mümkün qədər çox güzəşt əldə etməyə çalışır. Bütün bunlara görə də təxribatların baş verir. Bu sözləri -a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlə

18 sentyabr 2021
.

Ərdoğan: "Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etdik"

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan "2021 UNESCO Ahi Evran Anma ili - Ahi Evranın izi ilə sahibkarlarla görüş" proqramına qatılıb. O çıxışı zamanı bildirib ki, atalarımızın miras qoyduğu köklü qurumla fəxr edirik. "Sənədlərimizi Azərbaycan və İranla birlikdə hazırlayıb UNESCO-ya təqd

16 sentyabr 2021
.

Ərdoğan Azərbaycanın yeni səfiri ilə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edəcək. Türkiyə Prezident Administrasiyasının rəsmi saytında bu barədə məlumat dərc olunub. Təqdimat mərasimi Türkiyə Prezident Sarayında yerli vaxtl

9 sentyabr 2021
.

Bakının erməni-bolşevik işğalçılarından azad edilməsindən 103 il ötür

Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündən 103 il keçir. xatırladır ki, 1918-ci ilin martından başlayaraq erməni-bolşevik birləşmələri azərbaycanlıların etnik təmizləməsinə başlayır. Bu zaman Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə Azərbaycanın xilasına gəlir. Qafqa

15 sentyabr 2021
.

Sahibə Qafarova Avstriyaya gedir

Milli Məclisin Sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün sentyabrın 5-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən -a verilən məlumata görə, Parlamentlərarası İttifaqın, Avstriy

4 sentyabr 2021