Ermənistanla sülh müqaviləsi hansı tarixdə imzalanacaq? - AÇIQLAMA

Ermənistanla sülh müqaviləsi hansı tarixdə imzalanacaq? - AÇIQLAMA"Biz sülh müqaviləsinin hansı şərtlərlə imzalanacağına fikir verməliyik. Ermənistan tərəfi indi yalnız mümkün qədər çox güzəşt əldə etməyə çalışır. Bütün bunlara görə də təxribatların baş verir.

Bu sözləri Sonxeber.az-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli deyib.

O bildirib ki, bu ay, yaxud gələn ayın sonu sülh müqaviləsi ilə bağlı məsələlər açıqlana bilər:

"Hazırda Ermənistan tərəfi sülh müqaviləsinə yönəlik addımlar reallaşdırır və buna da məcburdur. Paralel şəkildə görürük ki, Paşinyanın bəzi açıqlamaları elə fikir yaradır ki, sanki bu proseslər getmir. Son dəfə "Biz Zəngəzurdan dəhliz verməyəcəyik" deməsi də bunun sübutudur.
Maraqlı məqam isə ondan ibarətdir ki, Zəngəzur dəhlizi beynəlxalq əhəmiyyətə malikdir və proseslər elə gətirə bilər ki, Zəngəzur dəhlizi reallaşar, onun idarə edilməsi Ermənistanın əlindən alınar. Ona görə də Paşinyanın çox sərt ritorika ilə danışmasına aldanmaq lazım deyil.

Düşünürəm ki, Qarabağda qalan erməni terrorçuları məsələsi, cəbhə bölgəsində atəşkəsin pozulması, Gorus-Qafan yolunda baş verənlər, BMT-də Azərbaycanın əleyhinə sənədlərin hazırlanması kimi hallar sülh müqaviləsi imzalanana qədər artan silsilə ilə davam edəcək.

Ola bilsin ki, hazırda sülh müqaviləsi üzərində yekun imzalar atılır. Son bir iki gün ərzində sülh müqaviləsi üzrə detalların başa çatması, hətta müqaviləyə imza atılması ilə bağlı fikirlər də səsləndirilir. Sülh müqaviləsinin imzalanması üçün heç bir maneə yoxdur. Ola bilsin, bu ay, yaxud gələn ayın sonu müqavilə və müqavilə şərtləri açıqlanacaq".

Aytəkin CƏLALİ


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 4098   Tarix: 18 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

YAP-ın Sədri: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

"İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) Sədri, Prezident İlham Əliyev təşkilatın VII Qurultayında çıxışı zamanı deyib. VII qurultayı

2 oktyabr
.

"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq

Prezident İlham Əliyev "Bakı Metropoliteni" QSC-nin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında" fərmanında dəyişiklik edib. -a istinadən xəbər verir ki, bununl

2 oktyabr
.

Azərbaycan yaşıl enerji layihələrini genişləndirərək dayanıqlı enerji siyasətini gücləndirir

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayında Azərbaycanın bütün əsas enerji resurslarını istehsal, hasil və ixrac edən nadir ölkələrdən biri olduğunu vurğulaması ölkəmizin enerji potensialının miqyasını aydın şəkildə göstərir. Bu gün Azərbaycan yalnız neft və qaz ixrac edə

3 oktyabr
.

Trampdan İrana yeni zərbə mesajı: ABŞ Yaxın Şərqə 10 min hərbçi göndərir

ABŞ-İran qarşıdurması fonunda Vaşinqtonun Yaxın Şərqdə hərbi hazırlıqlarını artırdığı barədə yeni məlumatlar yayılıb. Prezident Donald Tramp noyabrda keçiriləcək aralıq seçkilərindən sonra İrana qarşı zərbələrin yenidən gücləndirilə biləcəyini bildirib. Bunun ardınca Axios ABŞ-ın Səudiyyə Ərəbistan

2 oktyabr
.

İlham Əliyevdən Koreya və İraq prezidentlərinə məktub

Prezident İlham Əliyev Koreya Respublikasının Prezidenti Li Cemyönə təbrik məktubu ünvanlayıb. -a istinadən xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Koreya Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərim

3 oktyabr
.

Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq"

"Hamı yaxşı bilir ki, İslam həmrəyliyinin gücləndirilməsi üçün nə qədər böyük səylər göstəririk və burada da birləşdirici rol oynayırıq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı söyləyib. Dövlətimizi

2 oktyabr
.

Bu gün YAP regionun ən möhtəşəm uğurlarına imza atır

"1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransı keçiriləndə orada cəmi 550 nəfər iştirak edirdi. İndi siyasi həmfikirlərimizin sayı yüz minlərlədir. O zaman konfransda bir nəfər də olsun xanım siyasi həmfikir yox idi. İndi partiya üzvlərinin 48 faizdən çoxu xanımlardır.

3 oktyabr
.

Prezident İlham Əliyev: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

"Biz hamımız, əminəm ki, hər bir vətənpərvər azərbaycanlı, Azərbaycan vətəndaşı öz dövləti ilə fəxr edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı səsləndirib. "Biz dünyada misli görünməmiş Qələb

2 oktyabr
.

Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

"Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı deyib. Dövlətimizin başçısı vurğulayıb ki, bir çox tanınmış ekspertlər və təhlilçilə

2 oktyabr