Prezident ona mənzil verdi - FOTO

Prezident ona mənzil verdi - FOTOXalq artisti, bəstəkar Yaşar İmanov evlə təmin olunub.

Sonxeber.az xəbər verir ki, bu barədə ONA-ya bəstəkarın özü məlumat verib.

O bildirib ki, mənzil Yeni Yasamalda yerləşir: "Bu gün gedib baxdıq, 3 otaqlı, təmirsiz mənzildir. Düzdür, hələ sənədləşdirmə işləri aparılmayıb. Əsas odur ki, mənzili bəyəndim. Bundan əvvəl Qaradağ rayonunda mənzil təklif edilsə də, qəbul etməmişdim".

Qeyd edək ki, Prezident İlham Əliyevin bir qrup mədəniyyət işçisi ilə görüşündə Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə 86 yaşlı bəstəkar Yaşar İmanova evsiz olduğunu bildirmiş, ona mənzil verilməsini xahiş etmişdi.

Sosial   Baxılıb: 11144   Tarix: 13 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR