Meyiti tapılmadığı üçün paltarı dəfn edilən döyüşçümüz kimdir?-İllər sonra oğlundan sensasion fakt

"Atamın bu qədər meyitini tapa bilməmişik. Onu itirəndə uşaq idim.Yadıma gəlir ki, anamgil atamın paltarlarını toplayıb, bir məzarda dəfn etdilər. Biz bu gün həmin məzarı ziyarət edirik".

Şuşa döyüşləri zamanı şəhid olan və meyiti bu günə qədər tapılmayan döyüşçü Məmmədov Nəsrəddin Hacımahmud oğlunun övladı Mahmud Məmmədov atası ilə bağlı xatirələrini Femida.az -a danışıb.

-Atanız barədə danışmağınızı istərdim. Hansı peşənin sahibi idi?

- Atam 1940-cı ildə Balakən rayonu, Hənifə kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirdikdən sonra Əzim Əzimzadə adına rəssamlıq məktəbində təhsil alıb.Əvvəlcə o vaxtlar rayon kolxozunda rəssam, daha sonra isə Nizami adına Balakən rayon 1 saylı orta məktəbdə rəsmxət müəllimi işləyib. Atamın yaxşı rəsm qabiliyyəti olduğu üçün sonradan onu Balakən rayon mədəniyyət evinə rəssam kimi dəvət ediblər. Son iş yeri də ora olub.Uşaq vaxtı bizim də şəkillərimizi çəkərdi.düzdür,o zaman mən çox kiçik idim. Amma müəyyən məqamlar yadımda qalıb.

- Atanızın döyüşlərə getməsi barədə hansı məlumatları bilirsiniz?

-Həmin vaxt cəmi 5 yaşında idim. Ailədə 6 uşağıq. 5 bacının yeganə qardaşı mənəm. Təbii ki, hər şey yadımda qala bilməz. Anamın danışdıqlarına görə,atam döyüşlərə könüllü olaraq gedib. 1992-ci ilin fevralında baş vermiş Xocalı Soyqırımı atama çox pis təsir edib. O vaxt jurnalist Çingiz Mustafayevin çəkdiyi kadrlar cəmiyyətdə böyük səs-küy yaradıbmış. Atam həmin vaxt 52 yaşında olub. Bu səbəbdən də onu döyüşmək üçün qəbul etmirlərmiş. Atam hərbi komissarlığa dəfələrlə getsə də, geri qaytarılıb. Evə qayıdıb,əvvəlcə bığını qırxıb, saçını da keçəl edib ki, bir qədər cavan görsənsin. Bir neçə dəfə imtinadan sonra özü könüllü olaraq döyüşlərə yollanıb.

- Hansı istiqamətdə döyüşüb? Döyüşçü yoldaşları kimlər olub?

-Atam Azərbaycanın Milli Qəhrəmanı, Şuşa özünümüdafiə batalyonunun komandiri Ramiz Qənbərovun könüllülər batalyonunda döyüşüb. Batalyonda ən yaşlı döyüşçü atam olub. Ona görə də ona ağsaqqal deyə müraciət edirlərmiş. Düzdür,o peşəkar hərbçi olmasa da, özündən nisbətən gənclərin döyüşlərdə əhval-ruhiyyəsinin qaldırılmasında bir böyük kimi rol oynayıb. Bunu mənə atamın döyüşçü yoldaşı Mustafa Hacılı danışmışdı.

- Atanız döyüşlərə gedəndən sonra heç görüşünüz oldumu?

-Atamızı sonuncu dəfə 1992-ci ilin martın sonunda gördük. Mayın 20-də ad günü olacaqdı. Evə gələ bilmədiyi üçün bizə məktub yazdı. Məktubda tezliklə qayıdacağını qeyd etmişdi. Amma bu qismət olmadı.

-Son döyüşü barədə hansı məlumatınız var?

-Atamın son döyüşü Şuşa ətrafında olub. Xankəndi ilə Şuşa yolunun üstündə yerləşən "Zapravka" postu deyilən ərazidə xidmət aparıb. Həmin vaxt bizdə ağır texnika olmadığından düşmən yaxın məsafəyə qədər gəlibmiş. Bu zaman Milli Qəhrəman Albert Aqarunov tankla atamgilin batalyonuna dəstək verirmiş. Atamın döyüşçü yoldaşının sözlərinə görə, Albert Aqanurov geriyə,tankı "zapravka" etməyə qayıdan zaman düşmən onların üstünə gəlib. Arxa posta çəkilən zaman atam yolda vurulub. Döyüşçü yoldaşları qayanın arxasında sığınıb Aqarunovun gəlməsini gözləyiblər. Atamla son döyüşdə olan Mustafa Hacılının dediyinə görə,Aqarunov tankla köməyə gəlib. İki nəfər döyüşçü tankın kənarından yapışıb ərazidən çıxa bilib. Qalan döyüşçülər hamısı ərazidə qalıb və Şəhid olanlar da olub.

-Bəs meyiti ərazidən necə çıxarıldı ?

-Onu ərazidən götürmək mümkün olmayıb. Döyüşdən cəmi iki nəfər çıxıb. Qalanları şəhid olub. Atamın meyitini tapa bilmədiyimiz üçün paltarlarını dəfn etdik. Bu gün də həmin məzarı ziyarət edirik. Onun meyitinin bu günə qədər tapılmaması mənə çox əziyyət verir.

-Atanızın əsir düşmə ehtimalı varmı?

-Yox, bu mümkün deyil.Döyüşçü yoldaşlarının dediyinə görə,orada sağ adam qala bilməzdi.Çünki ermənilər ağır silahlardan bizim döyüşçülərin yerləşdiyi ərazini güclü atəşə tutublar.Döyüşçü yoldaşları 40 mərasimində gəlib dedilər ki, gözləməyin,o döyüşdə həlak olub. Amma biz onun meyitini tapa bilmədik. Bəlkə də hardasa naməlum məzarlıqda dəfn olunub...

-Atanıza Şəhidlik statusu verilibmi?

-Bəli, rəsmi olaraq şəhidlik statusu verilib.Bir neçə il bundan əvvəl şəhidliyə görə verilən müavinət dayandırılmışdı. Həmin vaxt mən Şuşanın o vaxtki icra başçısı mərhum Nizami Bəhmənovun yanına getdim.Onda köhnə bir dəftər var idi. Həmin siyahıdan atamın adını tapdıq. Bizə arayış verildi ki,atam həqiqətən də Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Rəsmi ölüm haqqında olan şəhadətnamə də ölüm yeri Şuşa şəhəri yazılıb.

-Atanızın adının əbədiləşdirilməsi üçün hansı işlər görülüb?

-Düzdür,dövlətimiz Şəhid ailəsi olaraq bizə çox diqqət göstərib. Ailəmizə mənzil verilib,ata evimiz təmir olunub,Şəhid ailəsi kimi bizə aylıq müavinət verilir. Buna baxmayaraq məni narahat edən bir sıra məsələlər var. Atamın yaşadığı Zaqatala rayonunda adına bir küçə,məktəb,bir guşə yoxdur. Bununla bağlı müraciət etsək də,müsbət cavab ala bilməmişik. Bundan əlavə ölkə Prezidentinin məlum sərəncamından sonra Şəhid vərəsələrinə birdəfəlik məbləğ ödənilir. Amma bu bizim ailəyə aid edilmir. Bizə deyirlər ki, Prezidentin sərəncamı yalnız hərbçilərə aiddir.Atamsa, döyüşlərə könüllü olaraq gedib. Fikrimcə bu düzgün yanaşma deyil. Həmin illərdə ordumuz hələ formalaşmadığı üçün əsasən könüllülərdən ibarət insanlar vətəni müdafiə edirdi. Xahiş edirəm ki, bu məsələlərə yenidən baxılsın.
Meyiti tapılmadığı üçün paltarı dəfn edilən döyüşçümüz kimdir?-İllər sonra oğlundan sensasion faktMeyiti tapılmadığı üçün paltarı dəfn edilən döyüşçümüz kimdir?-İllər sonra oğlundan sensasion fakt


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1996   Tarix: 13 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

11 gün əvvəl zəhərlənmişdi - Xəstəxanada öldü

Dünən gecə saatlarında Kliniki Tibbi Mərkəzdə ölüm hadisəsi qeydə alınıb. "Qafqazinfo"nun məlumatına görə, Zaqatala rayon Yuxarı Tala kənd sakini 62 yaşlı Murad Ramazanov sözügedən vəfat edib. M. Ramazanov təxminən 11 gün əvvəl pomidor turşusundan zəhərlənmişdi

26 aprel
.

Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO

Bakıda təmizlik işçisinin şəhidlər abidəsi qarşısında dua etməsi gündəmə çevrilib. Bu barədə -in "qaynar xətti"nə məlumat daxil olub. Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı olan qadının bu hərəkəti insanlar tərəfindən rəğbətlə qarşılanıb. Görüntüləri təqdim edirik:

25 aprel
.

Elmira Süleymanova dəfn olundu

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb

25 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur (VİDEO)

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

26 aprel
.

Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO

Lənkəranda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüseyn oğlu Fərəcovun idarə etdiyi "Mercedes" markalı

25 aprel
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

26 aprel
.

"Bu bəyanat anti-Azərbaycan qüvvələrinin ölkəmizə olan hikkəsidir" - ŞƏRH

Məlumdur ki, Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib. Qətnamədə qeyd olunur ki, Avropa Komissiyasının Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlığın dayandırılması məsələsinə baxması istənilir. O cümlədən qətnamadə Azərbaycana qarşı bir sıra sanksiyaların tətbiq edilməsi təkli

26 aprel
.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

25 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Qeyd edə

25 aprel