"Bilsinlər ki, belə oğullar var" - Qod Nisanov yoxlamalardan danışdı

"Bilsinlər ki, belə oğullar var" - Qod Nisanov yoxlamalardan danışdı"Obyektlərimdə aparılan reydlər martın 11-də səhər saatlarında başlayıb, səbəbi mən deyiləm, Beloreçensk küçəsində travmatik silahlardan istifadə olunduğu, iki qafqazlı qrup arasında baş vermiş davadır. Üç azərbaycanlı saxlanılıb, onlara qarşı cinayət işi açılıb".

Sonxeber.az "qafqazinfo"ya istinadla xəbər verir ki, bu barədə tanınmış azərbaycanlı iş adamı, "Kievskaya ploşad" şirkətinin Direktorlar Şurasının sədri Qod Nisanov Moskvada ona məxsus ticarət mərkəzlərində aparılan yoxlamalarla əlaqədar yaranmış vəziyyətlə bağlı Oxu.az-a verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, reydlər nəticəsində saxlanılan üç şəxs ticarət meydançalarının icarədarları olublar: "Bununla əlaqədar miqrasiya xidməti və hüquq-mühafizə orqanları "Moskva", "Sadovod" "Food city" ticarət mərkəzlərində yoxlamalar keçirib. Bu, normaldır. Miqrasiya xidməti axtarış aparanda, biz də öz növbəmizdə hüquq-mühafizə orqanlarına qanun-qaydaya riayət olunması məsələsində əlimizdən gələn yardımı göstəririk. Axtarışlar artıq üçüncü gündür ki, davam edir, səhərlər aparılır. Obyektlərdə iş qrafiki bərpa olunub, fəaliyyətdə heç bir pozuntu yoxdur".

İş adamı haqqında yazılan bütün mənfi fikirli məqalələrin sifariş xarakterli olduğunu söyləyib: "Bəs görəsən, niyə heç kim mənim Moskvanın mərkəzində 18 hektar sahəsi olan Olimpiya stadionunu almağımdan yazmır?"

Q. Nisanov jurnalistin "Sizin ailənizi ölkə xaricinə göndərdiyinizi yazırlar" sualına cavabında bildirib ki, ailəsi hazırda Moskvada yaşayır və heç yerə getməyə hazırlaşmır.

Biznesmen obyektlərində çalışan azərbaycanlılardan da danışıb: "Onlar minlərlədir, ailələrini saxlayırlar, Azərbaycana pullar göndərirlər. Qoy Azərbaycanda bilsinlər ki, öz həmyerlilərinin problemlərini həll etməyə kömək edən oğullar var. Bizdə hətta miqrantlara yardım xidməti də var. Biz həmyerlilərimizin məişət problemlərini həll edirik. Mənim üçün bu xırda bir məsələ ola bilər, ancaq onlar üçün böyük bir işdir".

46 yaşlı milyarder hüquq-mühafizə orqanları ilə bağlı problemlərinin olduğu barədə yayılan xəbərlərə münasibətində vurğulayıb ki, əgər hər hansı problemlər ortaya çıxsa, onu həll etməyə hazırdır: "Mənim az-çox imkanım var, başıma çarə tapacağam. Bəs mənim obyektlərimdə çalışan minlərlə həmyerlimin aqibəti necə olacaq? Azərbaycanlıların bundan nə xeyri olacaq?".

Qod Nisanov Rusiya prezidenti ilə münasibətlərinin yüksək səviyyədə olduğunu sözlərinə əlavə edib: "Son yeddi il ərzində mən Rusiyanın yaşa görə ən zəngin insanıyam. Rusiya mənə dəyər verir, Moskva rəhbərliyi mənə hər cür dəstək olur".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1486   Tarix: 14 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İran İsraillə əlaqəsi olan GƏMİNİ VURDU

İran Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından keçən və İsraillə əlaqəsi olduğu bildirilən ticarət gəmisinə dronla hücum edib. xəbər verir ki, bu barədə SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanlığı məlumat yayıb. Qeyd olunur ki

4 aprel
.

London merinin mühafizəçisi silah dolu çantanı küçədə unudub

Böyük Britaniya paytaxtının hüquq-mühafizə orqanları London meri Sadiq Xanın mühafizəçilərindən birinin içərisində odlu silahlar olan çantanı küçədə unutması ilə bağlı araşdırmaya başlayıb. xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb. Bildirilib ki, yoldan keçən bir şəxs merin cənub

4 aprel
.

Şahzadə İzabella əsgər gedir

Danimarkada qadınlar üçün məcburi hərbi xidmət tətbiq olunduqdan sonra Şahzadə İzabella tarixi bir qərar verib. "Qafqazinfo"nun məlumatına görə, yeni qanunlara əsasən, 18 yaşlı şahzadə hərbi xidmətdən azad edilmədən orduda xidmət edəcək. Şahzadə 2026-cı ilin avqustunda Slagelsedəki Mühafiz

1 aprel
.

Trampdan dünyaya Hörmüz ultimatumu: Qərb və Çin küncə sıxışdırılır - FOTO

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranın blokadaya aldığı Hörmüz boğazına ölkəsinin yox, digər dövlətlərin ehtiyacı var. O qeyd edib ki, Qərb ölkələri və Çin ya Hörmüzün açılmasını təmin etməli, ya da ABŞ-dən neft və neft məhsulları almalıdırlar. Görəsən, bu açıqlamalar fonunda Qərb və Çinin addımlar

2 aprel
.

Xamenei Rusiyaya gedib?

"İranın yeni Ali Lideri Müctəba Xameneinin Rusiyaya getməsi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir, aldığı yaralar isə onun işinə mane olmur". "Qafqazinfo" xəbər verir ki, bu barədə "RİA Novosti" diplomatik mənbəyə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, İranı

4 aprel
.

Aİ-nin beş ölkəsi enerji şirkətlərinin izafi mənfəətinə vergi tətbiq etməyə çağırıb

Avropa İttifaqının (Aİ) beş ölkəsi - Almaniya, İtaliya, İspaniya, Portuqaliya və Avstriya - Yaxın Şərqdə eskalasiya başlayandan sonra yanacaq qiymətlərinin artması fonunda enerji şirkətlərinin izafi mənfəətinə vergi tətbiq edilməsi təşəbbüsü ilə çıxış edib. "Report" "Reuters"ə istinadə

4 aprel
.

Bursa Bələdiyyə sədri HƏBS EDİLDİ - Ailə üzvləri də saxlanılıb

Korrupsiya və rüşvət iddiaları əsasında həyata keçirilən istintaq tədbirləri çərçivəsində nəzarətə götürülən Bursa Böyükşəhər Bələdiyyə sədri Mustafa Bozbey barəsində çıxarıldığı məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. xəbər verir ki, bu barədə saytı məlumat yayıb. Qeyd olunub ki, Bursa şəhərind

4 aprel
.

Tramp NATO-nu ABŞ-nin son dərəcə etibarsız tərəfdaşı, özünü isə sevimli prezident adlandırıb

ABŞ Prezidenti Donald Tramp NATO-nu ciddi şəkildə zəifləmiş və Birləşmiş Ştatların son dərəcə etibarsız tərəfdaşı adlandırıb. "Report" xəbər verir ki, ABŞ lideri bu bəyanatı "The New York Times" (NYT) nəşrini kəskin şəkildə tənqid etdiyi "Truth Social" sosial şəbəkəsind

4 aprel
.

Alen Simonyan: Vətəndaşlar Ermənistanda siyasi xüsusi hərbi əməliyyata yol verməməlidirlər

Ermənistan parlamentinin sədri Alen Simonyan Ktriç Nersisyanı (Bütün ermənilərin Katolikosu II Garegin - red.) ölkənin təhlükəsizliyi üçün təhdid adlandırıb. "Report"un Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, o bunu "Vətəndaş müqaviləsi" partiyasının növbədənkənar qurultay

4 aprel