Bu bitkinin sağlamlığa faydaları sonsuzdur – İKİ ADI VAR
Badyan (ulduz anasonu) ətirli şərq ədviyyatıdır. Badyanın toxumlarından bir çox məqsədlərlə istifadə edilir.
Bu bitki yalnız qiymətli ədviyyat bitkisi hesab olunmur, həmçinin, xalq təbabətində də geniş istifadə edilir.
Badyan bir çox ədviyyatlar kimi, çox sayda faydalı xüsusiyyətlərə malikdir.
Sonxeber.az medicina.az badyanın faydalı xüsusiyyətlərini sadalayır:
1. Badyanın tərkibində kalium, maqnezium, dəmir, kalsium, sink, mis, fosfor, B qrupu və A, C vitaminləri var. Bu ədviyyatda olan şikim turşusu bir çox qrip dərmanlarının tərkibinə daxil edilir.
Əgər bu ədviyyatdan kulinariyada mütəmadi istifadə edilərsə, o zaman mövsümi qrip xəstəliklərindən qorunmaq mümkündür.
2. Bu ədviyyatın az miqdarda davamlı istifadəsi bağırsaqların peristaltikasını təmin edir, köpməni aradan qaldırır, mədə və bağırsaq ağrılarını yox edir. Amma həddən çox istifadə edilən zaman daha çox oyandırıcı təsir göstərir.
3. Badyanın gümrahlaşdırıcı ətri stressi və depressiyanı aradan qaldırır.
4. Badyan ana südünün ifrazını artırır. Amma hamilə qadınlarda bu ədviyyat esterogen sintezinə səbəb olur ki, bu, vaxtından əvvəl doğuşa gətirib çıxara bilər.
5. Badyanın efir yağının tərkibində olan faydalı qətranlar, tanin, terpen maddələri oynaq ağrılarını, qıcolmaları və şişkinlikləri aradan qaldırır.
6. Bu ədviyyat boğaz ağrısını effektli şəkildə müalicə edir, səsi açır və öskürəyi aradan qaldırır.
7. Badyanın tərkibi antioksidantlarla zəngindir. Bu maddələr yağ turşularının oksidləşməsinin qarşısını alır.
8. Badyanın daha bir faydalı xüsusiyyəti nəfəsi təravətləndirməsidir. Hətta saqqız belə bu ədviyyat qədər nəfəsi təmizləyə bilmir.
Badyandan hazırlanan vasitələr
Badyandan dərman hazırlamaq üçün toxumu qəhvəüyüdəndə üyüdün. 1 ç/q tozun üzərinə 50 ml qaynar su tökərək, 10 dəqiqə saxlayın. Alınan dəmləməni su ilə qataraq və ya olduğu kimi qəbul etmək olar. İçki orqanizmə gümrahlıq, enerji verir, şlaklardan, toksinlərdən təmizləyir, immun sistemini gücləndirir.
Mədə üçün vasitə
Qarın ağrısı, köpmə, həzm pozğunluğu, ürəkbulanma zamanı 1 qr badyan efir yağını 1 ç/q bal ilə udun üzərindən azacıq isti su qəbul edin. Lakin bu maddənin çox miqdarda qəbulu əks təsir göstərir.
Bəlğəmgətirici vasitə
1 ç/q xırdalanmış badyan toxumunun üzərinə 200 ml qaynar su tökün. Daha sonra həmin məhlulu 30-40 dəqiqə müddətinə su buxarına qoyun. Hazır olan kimi tənzifdən süzün. 100 ml məhlulu 1 stəkan suda həll edərək, gündə 3 dəfə yeməkdən əvvəl qəbul edin.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu tarixdə 12 DƏRƏCƏ ŞAXTA OLACAQ - XƏBƏRDARLIQ
Zərgər gətirilən bir çanta qızılı qəbul etmədi: "Bu günaha girə bilmərəm"
Pensiyalar bu tarixdə tam ödəniləcək
Baş Prokurorluq Kamran Əsədov və "şərikləri" ilə bağlı - Açıqlama yaydı
Yumurtanın qiyməti ilə bağlı vəziyyət dəyişəcək - BU TARİXDƏN
Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video
Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: "Bizdə nə müalicə alıb, nə də ölüb" - YENİLƏNİB
Kərim harda dəfn olunacaq? (AÇIQLAMA)
Məşhur müğənni KOMAYA DÜŞDÜ - FOTO
Mətanət İsgəndərlinin keçmiş gəlini qəbir daşlarının hasarına zərər yetirdi - VİDEO
Vəzifəli şəxs qəzada HƏLAK OLDU
Ağzını, əlini və ayaqlarını "skoç"la bağladı - Qusarda dəhşətli qətlin TƏFƏRRÜATLARI - VİDEO
Bu toyuqları almayın - AÇIQLAMA
Ac qalmadan 23 kilo verdi: "Sadəcə hər yeməyin yanında bunu yeyirdim" - FOTO
Nazir anons etdi: Azərbaycanda ətin qiyməti YENİDƏN DƏYİŞİR