Papaq atmaq - Novruz adəti niyə lağa qoyulur? - Papağı qeyrət, namus simvolu sayanların ETİRAZI

Papaq atmaq - Novruz adəti niyə lağa qoyulur? - Papağı qeyrət, namus simvolu sayanların ETİRAZIBu günlərdə - Novruz bayramı ərəfəsində orta və yaşlı nəslin nümayəndələrindən keçmişdə folklorumuzda yer alan maraqlı adətləri, inancları öyrənirik. Xüsusilə, uşaqlığı Azərbaycanın hansısa rayonunda, kəndində keçən, sonralar Bakıda məskunlaşan insanlar tez-tez deyirlər: biz papaq atmağı şəhərdə görmüşük. Onların dediklərinə görə, son zamanlar geniş yayılan papaqatdı adəti 20-30 il əvvələ qədər mövcud olmayıb. Bunun əvəzində rayon və kəndlərimizdə Novruz bayramı üçün xüsusi tikilən torbaları qonşuların pəncərəsindən, qapısından, bacasından uzadıb, bayram payı istəyiblər. Buna görədir ki, papağı qeyrət, namus simvolu kimi qəbul edən insanlar Novruzda qonşunun evinə papaq atmağı yaxşı qarşılamırlar.

Son günlər sosial şəbəkələrdə bu adət-ənənəni lağa qoyanların, ələ salanların sayı artmaqdadır.
Novruzda papaq atılmalıdırmı?

Bu barədə Modern.az-a danışan AMEA Folklor institutunun Mifologiya şöbəsinin müdiri Seyfəddin Rzasoyun fikrincə, papaqatdı yanlış addım deyil:

"Düzdür, həqiqətən də əvvəllər Novruz bayramında xüsusi torbalar tikilər, uşaqlar, cavanlar qonum-qonşunun evinə torba sallayardılar. Amma tək torba deyil, qurşaq da keçmişdə bayram payı yığmaq üçün vasitə olub. O zamanlar gənclər belinə qurşaq bağlayıblar. Ona görə, Novruzda həmin qurşağı uzun bir ağacın ucuna torba şəklində bağlayıb, pəncərələrdən, qapılardan evlərə uzadıblar.

Kənd və rayonlarda yayılan bu adətlər şəhərlərdə fərqli formada təzahür edib. Şəhərdə evlər əsasən çoxmərtəbəli binalar olduğuna görə, evlərə ağaca bağlanmış qurşaq sallamaq çətin olub. Evlərin bacalarından torba atmaq adətləri mümkün olmayıb. Ona görə, cavanlar papaqatdı formasında bu adətləri yerinə yetiriblər. Amma düşünürəm ki, necə formada olur-olsun, keçmişdən qalan adətlərimizin yaşadılması təqdirəlayiq haldır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1483   Tarix: 18 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Sosial mediada həddini aşanlar hansı maddə ilə cəzalandırılır? - AÇIQLAMA

Sosial şəbəkələrdə paylaşılan bəzi məzmunlar artıq ifadə azadlığının sərhədlərini aşaraq hüquqi məsuliyyət doğuran hallara çevrilir. Təhqir, böhtan, şəxsi həyatın pozulması kimi hallar istifadəçiləri qanun qarşısında cavab vermək məcburiyyətində qoya bilər. Bəs görəsən bu kimi davranışların hansı hüquq

3 aprel
.

Baş nazir selin fəsadları ilə bağlı TAPŞIRIQLAR VERDİ

Aprelin 4-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə bir sıra mərkəzi, şəhər və rayon hakimiyyət orqanlarının rəhbər şəxslərinin iştirakı əsasında müşavirə keçirilib. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, müşavirədə martın 26-28-də respublikanı

4 aprel
.

Azərbaycanda güclü yağışlar gözlənilir - Nazirlikdən əhaliyə müraciət

Bu gündən başlayaraq yaxın günlər ərzində ölkə ərazisində havanın yağıntılı keçəcəyi, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, bəzi dağ çaylarında qısamüddətli sel və daşqın hadisələrinin baş verəcəyi, intensiv və arabir güclənən yağışların Bakıətrafı subasmaya meyilli ərazilərə təsir göstərəcəyi

4 aprel
.

Azərbaycanda bu şəxslərə burun əməliyyatı pulsuz OLDU

İcbari tibbi sığorta çərçivəsində plastik və rekonstruktiv cərrahiyyə əməliyyatlarının siyahısının açıqlanması bu sahədə hansı xidmətlərin qarşılandığı ilə bağlı suallar doğurur. Ümumiyyətlə, bu əməliyyatların əsasən tibbi zərurət olan halları əhatə etdiyi bildirilsə də, bəzi hallarda estetik müdaxilələri

4 aprel
.

Onların təhsilhaqqını - Dövlət ödəyəcək

Minatəmizləyənlərin övladlarının təhsil haqqını dövlət qarşılayacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında" Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb. Qeyd edilib ki, minatəmizləm

3 aprel
.

Hava ilə bağlı növbəti - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında aprelin 4-ü səhərdən 6-sı gündüzədək arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi, 4-də gün ərzində isə qısa müddətə güclü olacağı, şimşək çaxacağı ehtimalı var. Gözlənilə

3 aprel
.

"JEK"lər ləğv edilir - Əvəzində nə olacaq?

Bakı şəhərində uzun illərdir fəaliyyət göstərən və idarəetmə mexanizmi tez-tez tənqid hədəfinə çevrilən Mənzil Kommunal Təsərrüfatı Birlikləri (MKTB) üçün artıq yolun sonu görsənir. Paytaxtın mənzil təsərrüfatı sistemində inqilabi dəyişiklik kimi qiymətləndirilən bu addım, ölkənin 2022-2026-cı illə

4 aprel
.

Nizami Kino Mərkəzinin divarlarına belə ziyan vurdular - Anbaan video

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkmək adı ilə cızma-qara edərək tarixi binanın görünüşünə xələl gətirən şəxslərin törətdiyi vandalizm aktının anbaan görüntüləri əldə olunub. -a istinadən həmin görüntüləri təqdim edir:

3 aprel
.

Tanınmış jurnalistə vəzifə verildi

Mingəçevir Dövlət Universitetində yeni kadr təyinatı həyata keçirilib. Tanınmış jurnalist Firuzə Cəlilova universitetin İctimai əlaqələr və marketinq şöbəsinin müdiri - mətbuat katibi vəzifəsinə təyin olunub. Firuzə Cəlilova Bakı Dövlət Universiteti-nin məzunudur, pedaqogika üzrə fəlsəfə doktorudur v

3 aprel