Eldar Mahmudov, Məhərrəm Əliyev, yoxsa Əli Nağıyev... - "Diqlas" kimindir?
Dəhşətli yanğın nəticəsində külə dönən "Diqlas" Ticarət Mərkəzinin hansı məmura məxsus olması ilə bağlı mediada və sosial şəbəkələrdə müxtəlif məlumatlar yayıldı. Bu məlumatlardan ən önə çıxanı isə yanğın baş verən andan bir az sonra yayılan mərkəzin keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova məxsus olması haqda informasiya oldu.
Sonxeber mia.az-a istinadən bildirir ki, həmçinin, keçmiş nazir Əli Nağıyevin də adı hallandı. Hətta bu yanğını onun dünənki sensasion açıqlaması əlaqələndirməyə cəhdlər də oldu. Bu haqda araşdırmaçı jurnalist Fikrət Hüseynli maraqlı paylaşım edib. O, bildirib ki, bəzi şəxslər "Diqlas"ı zorla keçmiş sosial təminat naziri Əli Nağıyevə bağlamağa çalışır.
"Əslində, bir az məlumatlı adam bilir ki, Nağıyevin belə bir yeri olmayıb. Həmin bazarı Koorrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini Əli Nağıyevin qardaşları tikib istifadəyə verib.Bazar özü isə uzun illər Bakı şəhər Baş Polis İdarəsinin keçmiş rəisi Məhərrəm Əliyevin nəzarətində olub. Nadir Əzizov adlı yaxın qohumu idarəetməyə baxırdı.
Eldar Mahmudovun MTN-ə gəlməsilə bazar uğrunda savaş başladı. Öncə Mahmudov bazarın 40 faizinə, sonra da 60 faizinə sahib oldu. Hazırda bazarın 40 faizi Məhərrəm Əliyevin qohumunun, 60 faizi isə Eldar Mahmudovun oğlu Anarın nəzarətindədir. Yerin isə Nağıyevlərin adına olduğu deyilir.
Bazarın yanması təsadüf də ola bilər, dünən Məhərrəm Əliyevin YAP-çı, keçmiş nazir Əli Nağıyevin açıqlamasından sonra onunla təmasa keçməsindən də...".
F. Hüseynli qeyd edib ki, Ticarət Mərkəzilə bağlı Əli Nağıyevin adının çəkilməsinin bir səbəbi isə bu bazarın, o cümlədən Lotos-un tikintisini Koorupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini Əli Nağıyevin qardaşı Cəlil Nağıyev həyata keçirməsidir: "Nağıyevlər tikib sonra da satıblar (bəzi məlumatlarda da icarəyə verdikləri deyilir). Ticarət Mərkəzinin sığortası var, amma dükanlardakı malların yox. Yəni, oliqarxlar yenə pullarını alacaqlar. Olan ticarətçilərə oldu..."
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4775 Tarix: 27 mart 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş
Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib
İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund
18 sentyabr 2021Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə
17 sentyabr 2021Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO
Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs
18 sentyabr 2021Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir
"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco
17 sentyabr 2021Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO
Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca
17 sentyabr 2021Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı
Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı
17 sentyabr 2021Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB
"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın
17 sentyabr 2021