Azərbaycanda yenilik: yeni kassa aparatları

Azərbaycanda yenilik: yeni kassa aparatlarıAzərbaycanda yeni nəsil kassa aparatları tətbiq ediləcək. Bu tətbiqlə kassa əməliyyatları haqqında məlumatların Vergilər Nazirliyinin informasiya bazasına operativ ötürülməsi bir sıra yeniliklərə yol açacaq.

Vergilər Nazirliyindən Sonxeber.az-a verilən məlumatalara görə, bu yeniliklərə kassa əməliyyatlarının uçotunun düzgün aparılması, bununla bağlı məlumatların asan əldə olunmasına və bu sahədə nəzarətin təkmilləşdirilməsi, məlumatların Vergilər Nazirliyinin informasiya bazasında avtomatlaşdırılmış rejimdə ötürülməsi və s. aiddir. Məlumatların toplanmasında və ötürülməsində elektron sistem insan faktorunu əvəz edərək əməliyyatların sürətli, şəffaf və sistemləşdirilmiş olmasına yol açacaq.

Yeni nəsil kassa aparatlarının tətbiqi ilə yeniliklərdən biri kassa çeklərinə tələblərlə bağlıdır. Belə ki, kassa çeklərində olan məlumatlara bir sıra əlavələr edilib. Bu əlavələr nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti) və QR-koddur. Bunlardan QR-kod istehlakçıların maraqlarına xidmət edən yenilikdir. Belə ki, mağazadan alış-veriş edən vətəndaş çekdə yerləşdirilmiş QR-kod vasitəsilə ona verilən çekin həqiqiliyini, həmin çekin Vergilər Nazirliyinin bazasında olub-olmamasını yoxlamaq imkanı əldə edəcək. Bunun üçün mobil telefonlara QR-kod reader mobil əlavəsini yükləmək və çeki telefona yaxınlaşdırıb bu əlavə vasitəsilə onun düzgünlüyünü yoxlamaq olar. Bununla yanaşı yeni nəsil kassa aparatları üzrə məlumatların çatdırılması üçün yaradılacaq e-kassa.gov.az saytı vasitəsilə də çeki yoxlamaq mümkündür. Bunun üçün həmin saytdakı "Çekin yoxlanılması" bölməsinə müraciət etmək lazım olacaq.

Vətəndaşlar həmçinin "QR-kod reader"dən istifadə etməklə və ya e-kassa.gov.az saytındakı "Çekin yoxlanılması" bölməsinə çek məlumatlarını daxil etməklə kassa çekində yerləşdirilmiş QR-kodun sürətini çıxararaq çekin elektron nüsxəsini də əldə edə biləcəklər.

Qeyd edək ki, pərakəndə ticarətdə nağd və nağdsız ödənişlər edən vətəndaşlar ödənilən vergi məbləğinin bir hissəsi ilə bağlı vergi güzəştləri əldə etmək imkanına malik olacaqlar. Bu baxımdan bu vəsaitin əldə edilməsi üçün alış-veriş zamanı alıcılara çeklərin düzgün təqdim edilməsi mütləqdir.

Təbii olaraq bu, vətəndaşlardan da fəal vətəndaş mövqeyini tələb edir. Belə ki, vətəndaşlar alış-veriş edərkən kassa çeklərini tələb etməlidirlər. Çünki kassa çekinin təqdim olunması alış-veriş zamanı keyfiyyətinin aşağı olduğu sonradan anlaşılan məhsulların yenisi ilə əvəz edilməsi və ya qaytarılması, bonuslardan istifadə və vətəndaşların hüquqlarının müdafiəsi baxımından vacib əhəmiyyət daşıyır. Bundan əlavə, çeklərin təqdim olunması dövlət büdcəsinə daxilolmaların təmin olunmasına və bu vəsaitlərin büdcə xərcləri vasitəsilə yenidən vətəndaşların rifahına yönəldilməsinə xidmət edir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1691   Tarix: 02 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Bitcoin"in qiyməti düşdü

Dünyanın ən populyar kriptovalyutası olan "bitcoin"in qiyməti 18 faizdən çox düşüb. TASS-a istinadla xəbər verir ki, saat 20:45 (GMT+4) üçün "bitcoin"in dəyəri 18,32 faiz ucuzlaşaraq 31,179 min dollar təşkil edib. Qeyd edək ki, saat 16:55-də "bitcoin"in qiyməti 33,348 (-11,0

23 may 2021
.

İnvestisiya Holdinqinin idarə edəcəyi qurumlarla bağlı - Sərəncam

Baş nazir Əli Əsədov Prezidentinin "Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı"nda dəyişiklik edilməsi haqqında" Fərmanının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb

8 may 2021
.

Dünya bazarında neft qiymətləri necə dəyişib?

Dünya bazarında neft qiymətləri yüksəlib. Bu barədə RT məlumat yayıb. Belə ki, WTI markalı neftin avqust fyuçersləri 0,15 faiz bahalaşıb və bir barelinin qiyməti 66,52 ABŞ dolları təşkil edib. "Brent" markalı neftin sentyabr fyuçersləri 0,16 faiz bahalaşıb və dəyəri 68,73 ABŞ dolları olub

20 iyul 2021
.

Musiqi təhsilinin inkişafında xidmətlərə görə orden və medallar verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə Azərbaycanda musiqi təhsilinin inkişafında xidmətlərin

17 sentyabr 2021
.

Toylara icazənin verilməsi qızıl bazarına necə təsir edəcək? - AÇIQLAMA

Xəbər verdiyimiz ki, iyulun 1-dən ölkəmizdə toylara icazə verilib. Bu, təbii ki, qızıl satışının artımı deməkdir. Bəs qızıl satışında uzunmüddətli durğunluqdan sonra bahalaşma ola bilərmi?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı-ekspert Elmir Səfərli bildirib ki, qızıl satışında bahalaşma gözlənilmir:

6 iyul 2021
.

Azərbaycanın əsas ixrac-idxal tərəfdaşları AÇIQLANDI

2021-ci ilin yanvar-mart aylarında Azərbaycanın məhsul ixrac və idxal etdiyi əsas ölkələr məlum olub. xəbər verir ki, qeyd olunan müddət ərzində ixracın 35,5 faizini İtaliyaya, 17,9 faizini Türkiyəyə, 8,4 faizini Hindistana, 6,3 faizini Gürcüstana, 4,4 faizini İspaniyaya, 3,3 faizini Rusiyaya, hər bir

16 may 2021
.

Azərbaycanda ərzağın qiyməti niyə bahalaşır? - AÇIQLAMA

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

17 may 2021
.

Çip defisitinə görə "Toyota" istehsalı kəskin azaldır

Yaponiyanın avtomobil nəhəngi "Toyota" gələn ay bütün dünya üzrə avtomobil istehsalını 40 % azaldacaq. Report-a istinadən xəbər verir ki, şirkət çip çatışmazlığına görə, sentyabrda 900 min yerinə 500 min avtomobil istehsal edəcək. İstehsalın azalmasına görə gələn aydan Yaponiyadakı bir neç

19 avqust 2021
.

Laçında ətrafında içki məclisi qurulduğu iddia edilən bulağı salan şəxsin övladı danışdı - VİDEO

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə çəkiliş üçün Laçına gedən bir qrup rəsmi şəxsin və deputatın Laçında Humay Hümbətov adlı şəxsin xatirəsinə salınmış bulaq başında kef məclisi qurması ilə bağlı iddialar yayılıb. Yayılan məlumatda bildirilir ki, qeyd edilən məclisdə Laçın rayonunun deputatı Mahi

19 may 2021