Azərbaycanda böyrək alverçiləri ilə bağlı ŞOK FAKTLAR - 30 nəfərin böyrəyi...

Azərbaycanda böyrək alverçiləri ilə bağlı ŞOK FAKTLAR - 30 nəfərin böyrəyi...Tez-tez Bakıya gələrək, buradakı müxtəlif klinikalarda müayinə və müalicələr aparmış iranlı həkim barəsində cinayət işi başlanıb.

İran vətəndaşı olan cərrah-transpantoloq Tahiri Mahmudi Mohsen Mirzə Mohammadbager Azərbaycan Cinayət Məcəlləsinin 137 (insan orqanları və ya toxumalarının alqı-satqısı, onların transplantasiya məqsədilə götürülməsinə məcbur etmə), 144-1 (insan alveri) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrilə ittiham olunur. Onun haqqında araşdırmalar Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində aparılır.

Adıçəkilən həkim İranda "Xomeyni xəstəxanası"nda fəaliyyət göstərib. Bakıda pasiyentlər arasında daha çox Mohsen Tahiri kimi tanınıb. O, əsasən özəl klinikalarda, o cümlədən 9-cu mikrorayonda yerləşən "ElMed"də müayinə və müalicə ilə məşğul olur, bəzi hallarda Bakıda xəstələrin evinə də gedirmiş.

Mohsen Tahiri azərbaycanlılar arasında böyrək alverində ittiham olunur. Söhbət Bakıda böyrək xəstəliyindən əziyyət çəkən, orqan transplantasiyasına ehtiyacı olan şəxslərlə imkansızlıqdan böyrəyini satanların tapılıb görüşdürülməsi, qiymət razılaşmasından sonra hər iki tərəfin İranda onun işlədiyi xəstəxanada müayinəsinin təşkili (böyrək köçürməsinin mümkün olub-olmadığının müəyyənləşdirilməsi) və sonda Gürcüstanda "Lanset" klinikasında transplantasiyanın həyata keçirilməsindən gedir. Cinayət işində 30-a qədər böyrək satışından bəhs olunur.

Böyrəyin qiyməti resipientlə donor arasında razılaşdırılıb. Yəni qiyməti böyrəyini satanla alanın özü müəyyənləşdirib. Məbləğin adətən 9-12 min arası olduğu bildirilir. Cərrahiyyə əməliyyatı üçün Gürcüstandakı "Lanset" klinikasına 8 min dollar, hər dəfə İrandan gəlib orada böyrək köçürməsini həyata keçirən Mohsen Tahiriyə isə 10 min dollar pul verilib. Bundan əlavə, İrana və Gürcüstana səfərlər üçün çəkilən xərclər də resipientin üzərində olub.

Azərbaycanın hüquq-mühafizə orqanları böyrək alverinə görə iranlı cərrahla yanaşı, "Lanset"in azərbaycanlı rəhbəri Fərman Ceyranlı haqqında da eyni maddələrlə cinayət işi açıb və araşdırmalar gedir. Fərman Ceyranlı hazırda Gürcüstanda həbsdədir. O, 2016-cı ilin martında "Lanset"də qaraciyər köçürməsi zamanı iki xəstənin ölümünə görə cinayət məsuliyyətinə cəlb olunub. İddia olunur ki, ölən xəstələrdən heç birinin təcili əməliyyata ehtiyacı olmayıb, onları cərrah-transplantoloq və klinikanın direktoru əməliyyata inandırıb. Xəstələrə deyiblər ki, onlara təcili qara ciyər köçürülməlidir, bunun qiyməti 40 min dollardır. Hər iki xəstə kredit götürüb. Onlar 2016-cı il martın 3-də və 8-də əməliyyat olunub. Hər ikisi əməliyyatdan sonra bir həftə ərzində vəfat edib.

Fərman Ceyranlıya öncə 6 il həbs cəzası verilmişdi. Ötən ilin dekabrında Gürcüstanda apellyasiya məhkəməsi onun cəzasını 2 il 3 ayadək azaldıltdı. Fərman Ceyranlı isə özünü təqsirli bilmir və siyasi məqsədlərlə həbs olunduğunu deyir.

2016-cı ilin martında Fərman Ceyranlının həbs olunandan sonra da azərbaycanlılar arasında böyrək alveri davam edib. "Lanset"in fəaliyyəti dayandığından Möhsen Tahiri ondan sonra əməliyyatları Tacikistanın paytaxtı Düşənbədə Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki "İnsan orqanları və toxumaların transplantasiyası üzrə Milli Elmi Mərkəz"də həyata keçirib.

İranlı həkimə Bakıda yardım edənlərdən biri – taksi sürücüsü Vahib Xudadatov 2018-ci ilin martında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs olunandan sonra bu işlərin üstü açılıb. Vaxtilə Xudadatovun qızı da böyrək xəstəliyindən əziyyət çəkdiyinə görə o, Dializ Mərkəzindən bir çox xəstələri tanıyır, imkansızlıqdan böyərini satmaq istəyən şəxslərin bu barədə elanlarını izləyir, həmin şəxsləri tapıb görüşdürürmüş.(Bizimyol.info)


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 4145   Tarix: 07 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gənclərin xahişi ilə tədbirdə şeir səsləndirib - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "AK Parti Gənclik Görüşləri - Kampus Proqramı" çərçivəsində Sağlamlıq Elmləri Universitetinin Haydarpaşa Kampusunda gənclərlə bir araya gəlib. türk mediasına istinadən xəbər verir ki, tədbirdə çıxış edən Prezident Ərdoğan Türkiyənin savadlı universite

15 dekabr
.

Ucarda canavarlar kəndə hücum ediblər

Ucarda vəhşi heyvanlar kəndə hücum ediblər. APA-ya istinadla xəbər verir ki, hadisə gündüz saatlarında rayonun Alpout kəndində baş verib. Kənd sakini Şamil Hüseynovun fərdi təsərrüfatına sürü halında hücum edən canavarlar altı baş qoyunu parçalayıblar. Ev sahibinin dediyinə görə, ona təxminən 2 500 mana

12 dekabr
.

Kişi barəsində uzaqlaşdırma qərarı aldıran həyat yoldaşının evini yandırıb - VİDEO

Diyarbakırın Bağlar ilçəsində yaşayan M.K., həyat yoldaşının onun barəsində uzaqlaşdırma qərarı aldırdığını öyrənəndə əsəblərinə hakim ola bilməyərək yaşadığı evi od vurub yandırıb. türk mediasına istinadən xəbər verir ki, hadisə Bağcılar məhəlləsində yerləşən bir yaşayış kompleksində axşam saatlarınd

12 dekabr
.

Azərbaycanda gəlin qayınanası və baldızını qaynar çayla YANDIRDI

Astarada gəlin qayınanası və baldızına yanıq xəsarətləri yetirib. -a istinadla xəbər verir ki, hadisə rayonun Şahağacı kəndində qeydə alınıb. Kənd sakini, 45 yaşlı Süsən İmanova (ad və soyad şərtidir) toy yığıncağında iştirak etmək üçün oğlu ilə birgə əmisi arvadı olan qayınanasının evinə gedib. Burad

13 dekabr
.

10 gündür itkin düşən 74 yaşlı kişi evində ölü tapıldı

Türkiyənin Eskişehir şəhərində 10 gündür itkin düşən 74 yaşlı Sebahattin K. yaşadığı evdə ölü vəziyyətdə tapılıb. türk mediasına istinadən xəbər verir ki, hadisəni onunla əlaqə yarada bilməyən məhəllə muxtarı aşkarlayıb. Aparılan ilkin araşdırmalar zamanı yaşlı kişinin ölümünün şübhəli olduğu bildirilib

15 dekabr
.

Qonşusuna hirslənib, acısını qaynanasından çıxartdı

Ümraniyədə bir yaşayış binasında baş verən hadisə qonşulara qorxu dolu anlar yaşatdı. türk mediasına istinadən xəbər verir ki, iddiaya görə, maddə istifadə etdiyi iddia olunan bir şəxs, yaşayış binasında qonşusu ilə yaşadığı mübahisənin davaya çevrilməsi nəticəsində birlikdə yaşadığı şəxslərə hücum edib

15 dekabr
.

Biləsuvarda sürücü 15 yaşlı qohumunu avtomobillə vurdu

Biləsuvar rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini Xəyal Quliyevin idarə etdiyi "Niva" markalı avtomobil hərəkətdə olarkən qəfil yola çıxan 2010-cu il təvəllüdl

14 dekabr
.

Həbsxanının önündə həyat yoldaşının azadlığa çıxmasını gözləyən qadının rəqsi gündəm olub - VİDEO

Marmara Həbsxanası bu dəfə tanınmış məhbusları ilə deyil, həbsdən çıxmasını gözlədiyi həyat yoldaşı üçün rəqs edən bir qadının videosu ilə gündəmə gəlib. türk mediasına istinadən xəbər verir ki, Silivridə yerləşən həbsxananın qarşısında çəkilən görüntülərdə gənc qadın Ragga Oktayın "Yeniden"

15 dekabr
.

Balkon dəmirlərinə asılı qalan uşağı yoldan keçən qəhrəman xilas etdi - VİDEO

Gaziantepin Şahinbey qəsəbəsində nəfəs kəsən anlar yaşanıb. türk mediasına istinadən xəbər verir ki, Ulaş məhəlləsində bir evin balkonundakı dəmir barmaqlıqlara başı sıxılan 3 yaşlı uşaq, yoldan keçən vətəndaş tərəfindən saniyələr içində xilas edilib. İddialara görə, azyaşlı uşaq naməlum səbəbdən balkonu

12 dekabr