Azərbaycanda gəlin qayınanası və baldızını qaynar çayla YANDIRDI

Azərbaycanda gəlin qayınanası və baldızını qaynar çayla YANDIRDIAstarada gəlin qayınanası və baldızına yanıq xəsarətləri yetirib.

Sonxeber.az Lent.az-a istinadla xəbər verir ki, hadisə rayonun Şahağacı kəndində qeydə alınıb.

Kənd sakini, 45 yaşlı Süsən İmanova (ad və soyad şərtidir) toy yığıncağında iştirak etmək üçün oğlu ilə birgə əmisi arvadı olan qayınanasının evinə gedib.

Burada onunla qayınanası və baldızı arasında mübahisə yaşanıb. Mübahisə zamanı Süsən odun peçinin üstündəki isti çaydanı götürərək, içərisindəki çayı qayınanasının üstünə töküb. Nəticədə qadının bədəninin 17 faizi yanıq xəsarətləri alıb. Bu zaman baldızı çaydanı Süsənin əlindən almaq istəyib. Lakin qaynar çay onun da ayağının üstünə tökülüb.

Faktla bağlı Süsən İmanova barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərərvurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyətilə törədildikdə) maddəsilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində peşman olduğunu və bir daha belə hərəkət etməyəcəyini bildirib.

Astara Rayon Məhkəməsinin qərarı ilə Süsən İmanova barəsində 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 682   Tarix: 13 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İcra hakimiyyəti binasında silahlı insident - VİDEO

Antalyanın Kepez rayonunda İcra hakimiyyəti binasında iki tapança ilə atəş açaraq qorxu yaradan İlçe Milli Təhsil İdarəsinin əməkdaşı M.Y. barəsində aparılan inzibati araşdırma başa çatıb. Məmura maaşdan tutulma və vəzifə pilləsində irəliləyişin dayandırılması cəzası verilib. O, Tuncelinin Ovacık rayonun

19 avqust
.

Bakının "Milyonerlər məhəlləsi" adlanan ərazisindəki yanğın söndürüldü: Xəsarət alanlar var - VİDEO

Binəqədidə köhnə tikilidə baş verən yanğın söndürülüb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğınsöndürmə qərargahının rəisi İlqar Nəsibov məlumat verib. O qeyd edib ki, hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətinin texnika və şəxsi heyəti cəlb olunub:

18 avqust
.

Ötən gün Azərbaycanda narkotiklərlə bağlı 37 fakt aşkarlanıb

Ötən gün Azərbaycanda narkotiklərlə əlaqədar 37 fakt aşkarlanıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, avqustun 14-də qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib

15 avqust
.

Faciəvi şəkildə ölən 19 yaşlı Rəvanənin MEYİTİ TAPILDI

Beyləqanda Qarabağ kanalında batan şəxsin kimliyi məlum olub. "Report"a istinadən xəbər verir ki, kanalda batan şəxs rayon sakini, 19 yaşlı Rəvanə Rəşad qızı Hümbətəliyevadır. Axtarışlar nəticəsində R.Hümbətəliyevanın nəşi batdığı yerdən bir neçə kilometr aralıda, rayonun Kürdlər kəndi ərazisind

16 avqust
.

Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanılıb

Nizami rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olan sürücülərdən birinin avtomobilindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinə

8 avqust
.

Bitkiləri səhv salıb ayağına bağlayan qadın xəstəxanalıq oldu

Rusiyada yaşlı qadın atpıtrağından kompres hazırlamaq istəyərkən bitkiləri səhv salıb və xəstəxanalıq olub. xarici mediaya istinadən xəbər verir ki, qadın xalq təbabəti üsulundan istifadə etmək məqsədilə atpıtrağı yarpağı toplamaq istəyib, lakin o, səhvən zəhərli baldırğan yarpağı dərib və ayağına kompre

16 avqust
.

Övladlarından ayrı düşən ana uşaqlarına qovuşdu - RƏSMİ

Övladları əlindən alınan ana azyaşlı uşaqlarına qovuşub. xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilib ki, sosial şəbəkələrdə iki azyaşlı övladının tapılaraq ona qaytarılması ilə bağlı bir ananın videomüraciəti yayılmışdı. "Məsələ ilə bağl

18 avqust
.

Azərbaycanda 3 uşaq anası ZƏHƏRLƏNİB ÖLDÜ

Zərdab sakini Ucarda dünyasını dəyişib. -ın xəbərinə görə, Zərdab rayonunun Dəli Quşçu kənd sakini, 40 yaşlı Vüsalə Namət qızı İmanova zəhərlənmə diaqnozu ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ağır vəziyyətdə xəstəxanaya daxil olan V. İmanova həyatını itirib. Məlumata görə, Ucar rayonunda həya

9 avqust
.

Şəhərin mərkəzində avtobus yandı - VİDEO

Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsində avtobusda yanğın baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunublar. Yanğınsöndürənlər tərəfində

12 avqust